Dünya - Becan.az
Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək
Yaponiya hökuməti iyul-sentyabr aylarında əhali üçün elektrik və qaz ödənişlərini azaltmaq məqsədilə subsidiya proqramı hazırlayır.
Becan.az Musavat.com-a istinadən xəbər verir ki, subsidiyalar hesabına vətəndaşların aylıq kommunal xərcləri orta hesabla təxminən 5 min yen (təxminən 53 manat) azalacaq.
Məlumata görə, proqram üçün ayrılacaq ümumi vəsaitin 500 milyard yeni (təxminən 5,3 milyard manat) keçəcəyi bildirilir.
Qeyd olunur ki, əlavə büdcə Yaxın Şərqdə gözlənilən uzunmüddətli gərginlik fonunda enerji bazarındakı risklərə qarşı tədbir kimi nəzərdə tutulur. Müvafiq qanun layihəsinin gələn həftə parlamentə təqdim ediləcəyi gözlənilir.
Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq
Astronomlar Günəş aktivliyinin 2030-cu ilə qədər minimum səviyyəyə çatacağını proqnozlaşdırırlar.
Becan.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Tsiolkovski Dövlət Müasir İncəsənət Muzeyinin Fizika və Astronomiya şöbəsinin elmi işçisi Aleksandr Alekseyev TASS-a açıqlamasında deyib. Onun sözlərinə görə, Günəş aktivliyinin azalması tədricən baş verəcək və bu dövrdə ayrı-ayrı alovlanmalar müşahidə oluna bilər:
"Minimum aktivliyə 2030-cu ilə qədər çatılmalıdır. Aktivliyin azalması mərhələli şəkildə gedəcək və təcrid olunmuş partlayışlar mümkündür. Hazırda proqnozlar göstərir ki, 2026-cı ilin iyun ayının ortalarında Günəşin uzaq tərəfində yerləşən aktiv zonalar görünən hissəyə keçəcək və bu da alovlanma ehtimalını artıracaq”.
Mütəxəssis qeyd edib ki, Günəşin görünən tərəfində hazırda bir neçə aktiv günəş ləkəsi qrupu mövcuddur:
"Onların mayın sonunadək bir neçə alovlanma yaratması ehtimal edilsə də, xüsusilə güclü hadisələrin baş verməsi gözlənilmir".
Alekseyev həmçinin vurğulayıb ki, Yer səthinə çatan günəş radiasiyasının miqdarı ilin fəsillərindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir:
Paşinyan liderliyi əldə saxlayır
Ermənistan Baş naziri Nikol Paşinyan və “Vətəndaş Müqaviləsi” Partiyası qarşıdan gələn parlament seçkiləri öncəsi rəqiblərini qabaqlayır.
Becan.az Teleqraf-a istinadən xəbər verir ki, bu qənaətə Ermənistanda sorğu keçirən Beynəlxalq Respublikaçı İnstitutu (IRI) gəlib.
Sorğuda iştirak edənlərin 32 faizi Vətəndaş Müqaviləsi Partiyasına səs verəcəyini bildirib. İkinci yerdə isə 6 faizlə rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku qərarlaşıb.
Sorğuda iştirak edənlərin 23 faizi qərarsız olduğunu deyib, 21 faiz isə cavab verməkdən imtina edib.
IRI-nin 2026-cı ilin mart ayında keçirdiyi əvvəlki sorğuda iştirakçıların 24 faizi Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasına, 9 faizi isə Karapetyanın “Güclü Ermənistan” blokuna səs verəcəyini bildirmişdi.
İyunun 7-də keçiriləcək seçkilər kritik yarış və Ermənistanın geosiyasi istiqaməti ilə bağlı referendum kimi qiymətləndirilir. Paşinyan Qərblə əlaqələri dərinləşdirməyə çalışdığı halda, Karapetyan və digər müxalif fiqurlar, xüsusən də “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan və “Ermənistan” blokunun lideri Robert Köçəryan Rusiyaya yaxın xətt yürüdür. Sorğuda iştirak edənlərin 4 faizi Köçəryan, 3 faizi isə Sarukyanın partiyasına səs verəcəyini qeyd edib.
Digər suallara verilən cavablar seçicilərin Ermənistanın hazırkı istiqamətini əsasən müsbət qiymətləndirdiyini göstərir. İştirakçıların 61 faizi ölkənin doğru istiqamətdə irəlilədiyinə inandığını bildirib.
Xarici siyasət və təhlükəsizlik hələ də Ermənistanda ən mühüm mövzulardır. Seçicilərin fikrincə, Ermənistanın qarşısında duran əsas problem kimi bu iki məsələ 17 faizlə birinci yerdədir. İqtisadiyyat isə 15 faizlə ikinci sırada qərarlaşıb. Bundan başqa, seçicilərin əsas problem kimi göstərdiyi digər təhlükəsizliklə bağlı məsələlər arasında “sülhün olmaması” 12 faiz, “yanlış xarici siyasət” 6 faiz, “regional təhlükəsizlik” isə 4 faiz təşkil edir.
Rusiyanı yerlə-yeksan edərik! - Budris
NATO lazım gələrsə, Kalininqraddakı Rusiya hərbi obyektlərinə zərbə endirmək imkanına malikdir.
Becan.az Axar.az-a istinadən xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris deyib.
ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır
ABŞ Prezidenti Donald Trampın yaxın ətrafı Çinin Tayvana mümkün müdaxiləsindən narahatdır.
Xəbər verilir ki, bu barədə "Axios" mənbələrə istinadla məlumat yayıb.
"Amerika liderinin müşavirləri qorxur ki, yaxın beş il ərzində Çin lideri Szinpin Tayvana silahlı hücumu təsdiqləyəcək.
Bu, Amerika şirkətlərinin süni intellektin inkişafı üçün istifadə etdiyi çiplərin tədarükünün dayandırılmasına səbəb olacaq. Szinpin Çini yeni mövqeyə qaldırmağa və Tayvanın ona məxsus olduğunu nümayiş etdirməyə çalışır.
Bu səfər Tayvanın növbəti beş ildə müzakirə mövzusu olacağı ehtimalının daha yüksək olduğunu göstərib",- deyə mənbə bildirib.
İsrail edam hökmünü qüvvəyə mindirdi
İsrailin terrorçulara qarşı ölüm hökmü qanunu qüvvəyə minib.
Xəbər verilir ki, İsrail Mərkəzi Komandanlığının komandanı general-mayor Avi Blot Qərb Şəriyəsinin təhlükəsizlik tədbirləri fərmanına düzəlişi təsdiqləyib. İsrail Müdafiə Nazirliyinin məlumatına görə, bu düzəliş Knesset (ölkə parlamenti) tərəfindən bu yaxınlarda qəbul edilmiş terrorçular üçün ölüm hökmü qanununun tətbiqinə imkan verir.
Departament vurğulayıb ki, bu qanun İsrail siyasətində açıq və birmənalı bir dəyişikliyi təmsil edir və bu, 7 oktyabr 2023-cü ildə Fələstin HƏMAS hərəkatının hücumuna cavabdır.
ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu
ABŞ Hörmüz körfəzində qalan gəmiləri çıxarmağa çalışırkən prosesə müdaxilə edən İranın 7 sürətli qayığını vurub.
Xəbər verilir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib:
“Müdaxilə etmək istədilər. Əvəzində özlərinin dediyi kimi 7 “sürətli qayıq”ları vuruldu. Onlara qalan bu oldu”.
BƏƏ də İranın hücumundan sonra Fuceyrə neft limanında yanğının baş verdiyini bildirib.
Gəmiçilik şirkəti olan “Maersk”dan BBC-yə bildirilib ki, onlara aid gəmilərdən biri ABŞ-nin hərbi mühafizəsi ilə – Trampın “Azadlıq layihəsi” adlandırdığı şəkildə boğazdan uğurla çıxıb.
ABŞ ordusu qayıqlara hücum etmək üçün helikopterlərdən istifadə edib.
İranın xarici işlər naziri Abbas Araqçı deyib ki, boğazda baş verənlər siyasi böhranın hərbi yolla həllinin olmadığını aydın göstərir.
İranın dövlət mediası isə 7 qayığın vurulmasını inkar edib. Bildirilib ki, körfəzdə iki kiçik yük gəmisi vurulub və 5 mülki şəxs həlak olub.
Çində partlayış - 26 nəfər öldü - VİDEO
Çinin Hunan əyalətində fişəng fabrikində partlayış baş verib.
Xəbər verilir ki, dünən günorta saatlarında baş verən partlayışda 26 nəfərin öldüyü, 61 nəfərin yaralandığı bildirilir.
Dağıntılar altında qalan 7 nəfər xilas edilib.
Partlayışın təsiri o qədər dağıdıcı olub ki, yaxınlıqdakı yaşayış binasının şüşələri qırılıb.
İran ABŞ-a meydan oxudu
ABŞ ilə İran arasında mövcud olan kövrək atəşkəs fonunda hərbi əməliyyatların yenidən başlanması ehtimalı yüksəkdir.
Xəbər verilir ki, bunu İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının nümayəndəsi, briqada generalı Məhəmməd Cəfər Əsədi deyib.
Onun sözlərinə görə, ABŞ heç bir öhdəlik və razılaşmaya əməl etmir:
“Amerikalı rəsmilərin addımları və açıqlamaları əsasən mediaya hesablanıb. Bu, bir tərəfdən neft qiymətlərinin düşməsinin qarşısını almağa, digər tərəfdən isə özlərinin düşdüyü çətin vəziyyətdən çıxmağa yönəlib. İran Silahlı Qüvvələri ABŞ tərəfindən mümkün yeni avantüralara və yanlış hesablamalara qarşı tam hazır vəziyyətdədir”.
Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə
Himalayın qar örtüyü ilə örtülmüş zirvələri iqlim böhranı səbəbindən rəngini dəyişir. Son 20 ildə bitki örtüyü hər il daha yüksək nöqtələrə doğru irəliləyərək buzlaqları "yaşıla boyayır".
Xəbər verilir ki, Ekseter Universitetinin tədqiqatçıları peyk məlumatlarına əsasən müəyyən ediblər ki, əvvəllər yalnız buz və çılpaq qayalıqdan ibarət olan ərazilərdə artıq bitkilər yetişir.
Himalayda bitki örtüyü sərhədi ildə orta hesabla 7 metr yuxarıya doğru sürüşür.
Tədqiqat Hindistanın Ladax bölgəsindən Butana qədər uzanan altı fərqli ərazini əhatə edib.
1999-2022-ci illər arasındakı təhlillərə görə, ən sürətli dəyişiklik Nepalın Mantanq bölgəsində, ən yavaş yüksəliş isə Everest ətrafındakı Xumbu bölgəsində qeydə alınıb.
Himalay qlobal orta göstəricidən daha sürətli isinir.
Artan temperaturlar qar örtüyünün nazilməsinə və bitkilərin böyümə mövsümünün uzanmasına səbəb olur.
Bəzi bölgələrdə (Xumbu və Butan) yaşıllaşma ilə yanaşı, bitki örtüyünün xüsusiyyətlərinin dəyişdiyini göstərən "saralma" halları da müşahidə edilib.
Himalay Asiyada milyonlarla insanın su ehtiyacını ödəyən çayların mənbəyidir.
Bitki örtüyünün yüksəkliklərə yayılması qarın yerdə qalma formasını, torpağın rütubətini və suyun axın nizamını dəyişdirərək su təhlükəsizliyinə təsir edə bilər.