Keçmişdəkilər - Becan.az
İnsan kimi doğuldu, alim kimi yaşadı, dahi kimi köçdü - AZAD MİRZƏCANZADƏ
TANIŞLIQ
Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alaraq, dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir, 1968-ci ildə isə həqiqi üzvü seçilib.
1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir. Azad Mirzəcanzadə orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifidir.
1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.
Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir.
XİDMƏTLƏRİ
Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanmışdır. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılmışdır.
Alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri öz həllini tapmışdır. 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi.
ELMİ NAİLİYYƏTLƏRİ
Maye və qabların süzülməsində başlanğıc təzyiqlər qradiyenti nəzərə alınmaqla qanun təklif edilmişdir.
Məsaməli mühitdə qazkondensat sistemlərinin süzülməsi və özlü plastik mayelərin hərəkətini təsvir edən differensial tənlik təklif edilmişdir .
Süzülmənin relaksasiya qanunu təklif edilməsi qazkondensat sistemləri və qeyri-niuton neft yataqlarının işlənməsinin metodik əsasları işlənilmiş və tətbiq edilmişdir.
Mürəkkəb şəraitdə quyuların qazılmasının hidrodinamik əsasları işlənilmişdir.
Quyuların qazılması, neft-qaz yataqlarının işlənməsi və neft nəqlinin iş rejimlərinin tənzimlənməsi üçün müxtəlif fiziki sahələr təklif və tətbiq edilmişdir.
Neftqazçıxarmanın texnoloji prosesləri üçün sistemli təhlil işlənilmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodları yaradılmış və tətbiq edilmişdir.
MÜKAFATLARI
Azərbaycan SSR Əməkdar elm və texnika xadimi (1970);
SSRİ-nin Fəxri neftçisi (1971);
SSRİ EA-nın Qubkin adına mükafatı (1977 və 1982);
SSRİ Qaz sənayesinin Fəxri işçisi (1978);
Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980);
2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni;
Azərbaycan Respublikasının “İstiqlal” ordeni.
29 YAŞLI ELMLƏR DOKTORU
Onun elmi fəaliyyətindən nə qədər istəsəniz yazmaq olar. Ancaq bizim məqsədimiz bu dahi alimin maraqlı və keşməkeşli həyat yoluna nəzər salmaqdır. A.Mirzəcanzadə 23 yaşında elmlər namizədi, 29 yaşında elmlər doktoru, 34 yaşında Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 40 yaşında isə həqiqi üzvü olub.
15 YAŞLI MÜƏLLİM
Birinci sinfə Bakıdakı 14 nömrəli orta məktəbdə gedib. Məktəbdə oxuyarkən Böyük Cahan Müharibəsi başladığından onun təhsil aldığı məktəbi hərbi hospitala çevirirlər. Buna görə də sözügedən məktəbin bütün şagirdləri kimi, 13 yaşlı Azadı da Bakıdakı 18 nömrəli məktəbə köçürürlər.
A.Mirzəcanzadə xüsusi riyazi qabiliyyəti ilə hələ orta məktəbdə oxuyarkən müəllimlərinin sevimlisinə çevrilir. Riyaziyyatla yanaşı, digər fənlərdən də əla oxuyan Azad, ekstern yolla imtahan verərək məktəbi 15 yaşında bitirir.
1941-45-ci illər müharibəsinin yaratdığı çətinliklər onların da ailəsindən yan keçmir. Ailəsinin - anasının və bacısının dolanışığına qatqısının olması üçün 15 yaşlı yeniyetmə işləmək məcburiyyətində qalır. Riyaziyyatdan qeyri-adi istedadının olması burada dadına çatır.
15 yaşındaykən axşam fəhlə-gənclər məktəbində riyaziyyatdan dərs deməklə, o da ailənin yükünü çiyinlərində daşıyır. Daha sonra isə, elə müharibə dövründən başlayaraq, 44 nömrəli məktəddə dərs deməyə başlayır. 1952-ci ilə qədər, o, məktəbdə müəllimlik fəaliyyətini davam etdirir.
Sinif yoldaşları ixtisasına görə Azadı qınayır.
Orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) vermək istəsə də, yaşının az olması səbəbilə sənədlərini qəbul etmirlər. Yeniyetmə institutun rektoruna müraciət etməli olur. Rektor, neft-mədən fakültəsində oxumağı arzulayanların sayı az olduğundan onun sözügedən fakültədə təhsilini davam etdirməsinə razılıq verir.
Amma Azadın fitri istedadına bələd olan sinif yoldaşları sözügedən fakültədə oxumasına razılıq verdiyinə görə həmişə onu qınayırlar.
Azadsa onlara “yerin təkinin hansı elmi imkanlarının olduğunu başa düşmürsünüz”, - deyə, cavab verir.
Tələbəlik illərindən elmi laboratoriyalar A.Mirzəcanzadənin ən sevimli məkanına çevrilir və dərslərinə xüsusi fikir verir.
“Şagird birinci müəllimini, sonra onun fənnini sevir"
A.Mirzəcanzadə üçün orta təhsil insan həyatında xüsusi yer tutduğundan, onun təşəbbüsü ilə 1989-cu ildə Bakı şəhərinin mərkəzində Hacıbəy Mahmudbəyov adına lisey, 1998-ci ildə isə Xətai rayonunda 147 nömrəli texniki-humanitar təmayüllü lisey fəaliyyətə başlayıb.
Qeyd edək ki, Azad müəllimin pedaqoji fəaliyyətində xüsusi orijinallıq və özünəməxsus mühazirə oxumaq üslubu olub. Riyazi və fiziki məsələləri o qədər sadə dillə, ədəbiyyatdan, incəsənətdən və fəlsəfədən misallar çəkərək izah edib ki, qarşısındakı ən savadsız tələbə belə onun mühazirələrindən nəsə götürsün. Tələbələrinin sevimlisi olan qəhrəmanımızın dediyi bu fikri indi də onu tanıyanlar unutmayıb: “Şagird birinci müəllimini, sonra onun fənnini sevir”.
Tələbələrinin yoluna daim işıq tutan dahi fenomenin “istedadlılara kömək edin, yol göstərin. İstedadsızlar özləri-özlərinə onsuz da yol tapacaqlar” fikri də onu tanıyanlar arasında deyimə çevrilib.
Neft sənayesi mütəxəssisinin musiqi sevgisi
Maraq dairəsi yalnız elmlə məhdudlaşmayan neft sənayesi üzrə mütəxəssis ədəbi-bədii əsərləri, təsviri sənət və musiqi nümunələrini yüksək peşəkarlıqla təhlil edirmiş. Operaya, teatra getməyi, balet rəqslərinə tamaşa etməyi sevirmiş. A.Mirzəcanzadənin həm də yaxşı piano çalmaq qabiliyyəti varmış. Azərbaycan musiqisinə vurğunluğunun nəticəsidir ki, iş otağında və evində masanın üzərində həmişə Üzeyir Hacıbəylinin şəkli olub.
Sovet mexanika məktəbinin nümayəndələrindən olan, Amerikada yaşayan Bakı yəhudisi akademik Qriqori İsaakoviç Barenblatt Azad Mirzəcanzadəyə məktublarının birində yazırdı: “Əziz Azad! Mən həmişə Sizin parlaq və çoxşaxəli - əsl milli və eyni zamanda ümumbəşəri istedadınıza heyranam. Bizi ümumi işimiz yaxınlaşdırdı , lakin dərin elmi təəssüratla yanaşı , dahi xalqınızın musiqisini mənə sevdirdiyinizə görə Sizə borcluyam”.
Hətta bir dəfə Amerikadan kimsə Azad müəllimə zəng edib susur. Telefondan yalnız "Koroğlu uvertürası"nın səsi gəlir. Azad müəllim musiqini dinləyib, dəstəyi asmaq istəyəndə, dəstəyin o başından Qriqori İsaakoviç Barenblattın səsini eşidir.
ALİ ARZUSU
Akademik Mirzəcanzadə həyatda ən çox sevdiyi bacısının ölümündən bir il sonra onun dünyasını dəyişdiyi palatada, onun yatdığı çarpayıda və onun rəhmətə getdiyi gün - 77 yaşında həyatla vidalaşır. Son olaraq yazını dahi alimin indi də yaddaşlarda yaşayan sözləri ilə bitiririk:
“Mənim arzum özümdən sonra məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir”.
Allah qəni-qəni rəhmət eləsin!
İlk Azərbaycan dilli qəzəlin müəllifi - Həsənoğlu
Azərbaycanca olan şeirlərində "Həsənoğlu", farsca olan şeirlərində isə "Puri-Həsən" təxəllüsünü işlətmişdir. Divanı Azərbaycan və Rumda geniş yayılmış, şeirləri XIV əsrdə Xarəzm, Qıpçaq eli və Misirdə oxunmuşdur.
Həsənoğlunun azərbaycanca "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər", "Necəsən gəl, ey yüzü ağım bənim" və "Əcəb bilsəm məni şeyda qılan kim" başlıqlı 3, farsca isə "Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim" başlıqlı 1 qəzəli məlumdur.
Misirdəki Məmlük dövləti dövrünün şairi Seyf Sarayi Həsənoğlunun "Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər" qəzəlinə, Anadoluda yaşayıb-yaratmış şairlər; Namusi və Ömər ibn Məzidi isə şairin başqa bir qəzəlinə nəzirə yazmışdır.
Həsənoğlunun "Əcəb bilsəm məni şeyda qılan kim" başlıqlı azərbaycanca qəzəli Türk ədəbiyyatı tədqiqatçısı Səadətdin Nüzhət (Ərgün) tərəfindən Ömər ibn Məzidin 1437-ci ildə tərtib etdiyi "Məcmuatun-nəzair" məcmuəsindən aşkar edilmiş və 1928-ci ildə "Milli Məcmuə" adlı toplunun 9-cu cildində özü yazdığı məqalə ilə yayımlanmışdır.
İzzəddin Həsənoğlu XIII əsrin ikinci yarısında Xorasan vilayətinin Əsfərain şəhərində dünyaya gəlmiş və orada da yaşamışdır. Sufi şeyxi Raziyəddin Əli Lələnin tələbəsi sufi şeyxi Cəmaləddin Əli Zakirin müridi olmuşdur. Bundan sonra Şeyx İzzəddin Əsfəraini adı ilə də tanınmışdır.
Doğulduğu və yaşadığı Əsfəraində də vəfat etmiş və elə orada da dəfn edilmişdir.
Məzarı bir neçə dəfə dağıdılan ilk Azərbaycan dilli qəzəlin müəllifi İzəddin Həsənoğlunun bu günümüzə gəlib çatmış qəzəllərini oxucularımıza təqdim edirik:
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül,
Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.
Başımdan getmədi hərgiz səninlən içdigim badə,
Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.
Əzəldə canım içində yazıldı surəti-məni,
Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.
Şaha şirin sözün qılır Misirdə bir zaman kasid,
Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.
Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər,
Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.
Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq,
Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.
Əcəb bilsəm bəni şeyda qılan kim?
Bana bu eşq oduna peyda qılan kim?
Əcəbləram, əcəb qaldım ilahi!
İman əhlin tutub tərsə qılan kim?
Qamışdan şəkkərü, daşdan cəvahir
Ağacdan daneyi xurma qılan kim?
Tənim yetmiş iki dürlü damardır,
Kimin irmaq, kimin dərya qılan kim?
Qoy bu tedbiri, gəl təqdiri gözlə,
Bu gün ki vədeyi fərda qılan kim?
Bu natun fərrişi hər dəm bu fərraş,
Bu ərşin rangini mina qılan kim?
Həsənoğlu, bu bir qətrə mənidən
Anın xub suratini ziba qılan kim?
Necəsən gəl, ey yüzü ağım bənim?
Sən əritdin odlara yağım bənim.
And içirəm səndən artıq sevməyim,
Sənin ilə xoş keçər çağım bənim.
Hüsn içində sana manənd olmaya,
Əsli yuca, könlü alçağım bənim.
Al əlimi irəyim məqsudimə,
Qoyma yürəkdə yana dağım bənim.
Sən rəqibə sirrini faş eylədin,
Anun ilə oldu şıltağım bənim.
Qışladım qapında itlərin ilə,
Oldu kuyin üştə yaylağım bənim.
Bən ölücək yoluna gömün bəni,
Baqa dursun yarə toprağım bənim.
Toprağımda bitə həsrətlə ağac,
Qıla zari cümlə yaprağım bənim.
Bu Həsənoğlu sənin bəndəndürür,
Anı rədd etmə yüzü ağım bənim.
Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim?
Aparıb fikri bütün səbrü qərarım, nə edim?
El mənə tənə vurur: söylə, tükənməzmi yasın?
Axı, mən bağrıyanıq aşiqi-zarəm, nə edim?
Ayqabaqlım görüşə gəlmədi, tənha gəzərək,
Saymayım nəcmi-münəvvər, şəbi-tarəm, nə edim?
Yar apardı canımı, olmadı dildar mənə,
Özü asudə gəzir, mən güli-xarəm, nə edim?
Saldı əldən qəmi-məşuqə məni, yoxmu dəva,
Eşqdən oldu pərişan səri-karım, nə edim?
Hər iki dünyada allah gözəli düst tutar,
Mən ki, puri Həsənəm, yoxdu nigarım, nə edim?
Klassiklərin əsərləri bu gün üçün də meyyardır - Qətran Təbrizi
Qətran Təbrizi - Əbu Mənsur Qətran ət-Cəbəri Azərbaycani (1012-1081)
Qətran Təbrizi Təbriz yaxınlığındakı Şadiabad kəndində anadan olmuş, ilk təhsilini burada almış, elmin sirlərini isə Təbrizdə öyrənmişdir.
Qətran yaradıcılığa çox erkən başlamış, istedadı, bacarığı, gözəl şeirləri ilə məşhurlaşmışdır. Qətran gənc yaşlarında Təbrizdən Gəncəyə gəlmiş, Şəddadilər sarayında xidmət etmiş, böyük hörmət sahibi olmuşdur. O, ədəbiyyat tarixində farsca yazan ilk azərbaycanlı şair və XI əsrdə yaranan saray poeziyasının ən qüdrətli nümayəndələrindən biridir.
Məhəbbət mövzusuna, təbiət təsvirlərinə, müharibələrə, Təbrizdə baş vermiş zəlzələyə və digər hadisələrə aid çoxsaylı şeirləri, eyni zamanda hökmdarlara həsr etdiyi qəsidələri Şərq poeziyasına yeniliklər gətirmişdir. Şairin ədəbi irsi lirik şeirlər toplusu olan divanıdır. Hələ sağlığında əsərləri əlyazma halında yayılaraq yüksək qiymətə layiq görülmüşdür. Qətran Təbrizi ilk dəfə fars dilinin "Əttəfasir" adlı izahlı lüğətini yazmışdır. Zəmanəmizə qədər gəlib çatmış bu əsər dilinə, məzmununa görə olduqca dəyərli, əhəmiyyətlidir.
Şairin "Qövsnamə" adlı dastan yazdığı güman edilir. Qətran Təbrizinin ayrı-ayrı şeirlərində həyat, ölüm, insan haqqında düşüncələri ilə rastlaşır, xəyali fikirlər görürük. Əsasən saraylarda xoş güzəran keçirən şair bəzən qəlbinin dərinliklərində çağlayan ağrıları gizlədə bilmir, kədərə, qəmə qərq olur. Yüksək istedadı, ecazkar sənətkarlığı Qətranı hər yerdə tanıtmış, məşhurlaşdırmışdır. Özünün dediyi kimi, Xorasanda, İraqda günəş kimi parlayaraq əziz və şöhrətli bir sənətkar kimi sevilmişdir.
Qətran Təbrizinin yüksək sənətkarlıqla yazdığı əsərləri fars və türkdilli poeziyanın inkişafına müsbət təsir gösərmişdir. Qətran Təbrizi haqqında ilk məlumata tacik şairi Nasir Xosrovun 1047-ci ildə yazdığı "Səfərnamə" adlı əsərində rast gəlirik. Müəllif yazır: "Təbrizdə gözəl şeirlər deyən Qətran adlı bir şair gördüm. Mənə şeirlərini oxudu".
XII əsrin məşhur şairi Rəşidəddin Vətvat "Şeirin incəliklərinə dair sirlər bağı" əsərində qeyd edir ki, mən, Qətranı əsas şair kimi tanıyıram, yerdə qalanlar, ümumiyyətlə, şairdirlər.
Məhəmməd Qufi özünün "Lübab ül-əlbab" əsərində yazır: "Bütün şairlər qətrədir, Qətran isə dənizdir. Başqa şairlər zərrədir, o isə günəşdir. Onun qəsidələri zərif təcnislərdən ibarətdir".
Şairin yaradıcılığı haqqında Cənubi Azərbaycan alimi Kəsrəvi geniş məlumat vermiş, tədqiqatlar aparmış, əsərlərini nəşr etdirmişdir. Digər alimlər M.Tərbiyət və Səif Nəfisi şairin yaradıcılığını araşdıraraq maraqlı fikirlər söyləmişlər.
Qətranın Təbriz şəhərində saxlanılan divanı Cənubi Azərbaycanda yaşamış Hacı Məhəmməd Naxçıvani tərəfindən hicri tarixi ilə 1333-cü ildə Təbrizdə nəşr etdirilmişdir. Səkkiz nüsxədən ibarət olan bu əsər indiyə qədərki nəşrlərdən ən dəyərlisidir. Bu divanın Azərbaycan dilində sətri tərcüməsi Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda saxlanılır.
Qətran Təbrizinin divanı 1967-ci ildə Bakıda çap olunmuşdur. Azərbaycan, İran, türk, rus, Avropa alimləri şairin əsərlərinin tədqiqatını aparmış, həyat və yaradıcılığına aid monoqrafiyalar, məqalələr yazmış, çap etdirmişlər.
Şeirləri:
Hardasan, ey könlümə dinclik verən can, hardasan?
Çox çağırdım, gəlmədin, ey dərdə dərman, hardasan?
Firqətə dözmək çətin, vəslində kəsdim ülfəti,
Şadlığı, şeriyyəti məhv etdi hicran, hardasan?
Hər zaman könlüm sorar: neyçün susub əyləşmisən?
Bir qəmər hicrində könlüm qaldı nalan, hardasan?
Daşla sınsaydı qolu vəslin, tapardım mumiya,
Hicr ilə sınmış qolum, qıl çarə, Loğman, hardasan?
Bir çırağ imiş vüsal, düşdü qəfil tufanlara
Nurumu zülmətmi uddu, ey çirağban, hardasan?
Hicrinin, ya vəslinin xeyri nədir, mənası nə?
Bir qılınc çəkmiş zaman, vəsli tutur qan, hardasan?
Firqətin bir tanrı hökmü... Sən özün tanrım mənim!
Tanrı hökmündən nə cür qurtarım can, hardasan?
Yox, ümidlər heç zaman doğrulmur,
Çünki dünyanın bünövrəsi etibarsızdır.
Gecə ilə gündüz bir-birini əvəzlədikcə, sən dəyişirsən
İllər yolda dayanmayıb, irəli tələsir.
Sən gələcəyə ümidlə xırda şeylərin dərdini çəkirsən,
Fələk isə pusquda durub səni fəlakətə yaxınlaşdırır.
Ey xoşbəxt, elə düşünürsən ki, bədbəxtlikdən qurtulacaqsan.
Gördüyün gözəllər də daim cavan qalacaq.
Dünyada gözəllikdə, bolluq və əzəmətdə
Təbrizdən yaxşı şəhər yox idi.
Orada əmir, rəiyyət, ordu başçıları və alimlər
Hər kəs istədiyi kimi yaşayırdı.
Bəziləri Allaha, bəziləri xalqa xidmət edirdi,
Kimi sərvət dalınca, kimi ad dalınca gedirdi.
Biri qəzəl dinləyir, şərab qədəhi istəyir,
Biri ceyran ovlamaq üçün şikara gedirdi.
Gündüzlər şirin dilli xanəndələrin
Gecələr isə gözəllərin nəğmələrini dinləyirdilər.
Heç kəs dostuna və qonşusuna böhtan atmırdı,
Kobud sözlər hamıya yabancı idi.
Birdən elə gün gəldi ki, yer titrədi
Hər şey bir-birinə qarışdı.
Yer aralandı, ağaclar yıxıldı
Dəli sel hər yanı ağzına aldı.
Bu bəladan canını qurtaranlar həmişəlik
Ağlaya-ağlaya qorxudan nal kimi əyildilər.
Allah dünyanın əvvəlki əzəmətini əlindən aldı,
Yerdəki gözəllik yerli-dibli yoxa çıxdı.
Eyləyir dünyaya fərvərdin yeli hər dəm səfər,
Eylədikcə hər səfər dünyaya o çalmış zəfər.
Eyləyir bülbül fəğan gülşəndə hər saət yenə,
Nazlanır güllər baxıb gördükcə hər dəm nalələr.
Tutiyə bənzər şəqayiq dimdiyində qır tutub,
Suri zərdir, üstünü qıpqırmızı tozlar bəzər.
İldırım şimşək çaxar daim buludlar oynaşar,
Sanki zənci ordusu tatar görüb xəncər çəkər.
Bənzəyir bağlarda nərgiz bütlərin əllərinə,
Qol-bilək mina tamam, ovcu hənadır sərbəsər.
Göl külək əsdikcə bənzər köksünə şahinlərin,
Sanki tovuzdur, qızılgül, bağda açmış balü-pər.
Xoşbəxt vətən arzulu əziz yazıçı - Əzizə xanım Cəfərzadə
“Xalqlar həbsxanasının dağılmasından sonra Kirovun Bakının dağüstü parkındakı “çalağana bənzəyən heykəl”inin uçurulduğu gün həyatımda ən xoşbəxt gün idi.” – Həyatındakı ən çox xoşbəxt günü belə anladırdı o... – Millətinin, dövlətinin, Vətəninin anlamlı gününü öz həyatının ən xoşbəxt günü saymaq, ömrünü millətinin ömrünə qatmaq deməkdir, ürəyi Vətənlə bir döyünmək deməkdir... Bunu söhbətlərimiz, müsahibələrimiz zamanı bir neçə dəfə səsləndirmişdi. Və bu anı anlatdığı zaman o gözlərin dərinliyindəki mənanı, o təlatümlü illərin yaşantılarından sonra belə bir sevincin doğurduğu həyəcanı sözlə ifadə etmək çox çətin idi. Xalqımıza ən böyük arzusunu belə dilə gətirirdi: “Gələcək nəslimiz üçün sakit, dinc, müstəqil bir vətən istəyirəm, xoşbəxt bir istiqbal arzulayıram”. Bu möhtəşəm qadın uşaqlıq, gənclik illərimdə, jurnalistlik fəaliyyətim dövründə hər zaman heyranlıqla oxuduğum, yaradıcılıq nailiyyətlərini izlədiyim, yaxından tanımaqdan böyük məmnuniyyət duyduğum, söhbətlərindən və müsahibələrindən böyük zövq aldığım, bir neçə dəfə ədəbi dialoq, müsahibə, fikir mübadiləsi aparmaq şərəfinə, xoşbəxtliyinə nail olduğum Əzizə Cəfərzadəydi (1921-2003).
2023-cü ildə vəfatının 20-ci ildönümü olan bu böyük yazıçının, önəmli ədəbi şəxsiyyətin, əzəmətli qadının, 2021-ci ilsə 100 illik yubiley iliydi. Çox şadam ki, yubiley ilində qədirbilən aydınlarımız Əzizə xanımı çoxsaylı tədbirlərlə, kitablarla gözəl şəkildə andı. Vəfalı övladı Turan İbrahimov tərəfindən əsərlərinin külliyyatı hazırlandı, nəfis şəkildə gün üzü gördü. Biz də MM Mədəniyyət Komitəsi olaraq, ortaq türk qurumlarının iştirakı ilə yaddaqalan onlayn konfrans keçirdik, qardaş Özbəkistanda, Türkiyədə də kitabları yayınlandı və s.
O, milli təfəkkürümüzün yetişdirdiyi ən önəmli simalardan, XX yüzil Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biri kimi xalqımıza əzizdir. Yazıçı, nasir, tarixi roman janrının görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim, ictimai xadim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan, bir sözlə, bir ömrə bir neçə ömrün işlərini sığdıran Əzizə Cəfərzadə haqqında yazmaq və danışmaq həm asan, həm də çətindir. Biz onun yaradıcı şəxsiyyətini çoxşaxəli fəaliyyətindən – əsərlərindən, kitablarından, televiziya, radio verilişlərindən yaxşı tanıyırıq. Amma bu zəngin fəaliyyət yolunu bütün çalarları, parametrləri ilə geniş şəkildə əhatə etmək, anlatmaq o qədər də asan deyil. Çünki Əzizə Cəfərzadənin keşməkeşli ömrü çox kiçik yaşlarından başlayan bir mübarizə yoludur. İlk qələm təcrübəsi olan “Əzrayıl” adlı hekayəsini 1937-ci ildə “Ədəbiyyat” qəzetində çap etdirdiyi vaxtdan ədəbi həyata vəsiqə alan yazıçının həyat və yaradıcılıq yolu o qədər böyük və genişdir ki, onu araşdırdığın, haqqında yazdığın zaman bu zənginliyə heyran olmamaq mümkün deyil.
Bütöv bir ömrü çətinliklər, sınaqlar, imtahanlar və təlatümlərlə keçmişdi. Amma heç zaman qürurunu, mətanətini sındırmamışdı. Bütün çətinliklər qarşısında təmkinlə, vüqarla dayanıb məğrurluğunu qoruya bilmiş, mübarizəsini davam etdirərək xalqı üçün qiymətli bir ədəbi irs qoymuşdu. Bu zəngin ədəbi irsin hər bir səhifəsi isə Vətənin milli-tarixi taleyi, mənəvi-əxlaqi dəyərləri, ulu mədəniyyəti ilə bağlıdır. Buna görə də həmin əsərlər Azərbaycanın bu günkü və gələcək nəsilləri üçün çox dəyərli milli-mənəvi mirasdır.
1937-ci ildə əski Azərbaycan əlifbası ilə yazılan kitabların yandırılması barədə qərar veriləndə Əzizə xanım evlərində bu əlifba ilə yazılan kitabları həmin yanğınlardan qorumaq üçün bir kisəyə yığaraq çay kənarında basdırmışdı. Bu hadisə qeyri-ixtiyari Səməd Vurğunun 1947-ci ilin yanvarında yazdığı “Yandırılan kitablar” şeirini yada salır. Həmin vaxt da Fars-Molla irticaçıları Azərbaycan türkcəsində olan kitabları evlərdən yığıb Tehranın küçələrində qalanan böyük tonqallarda yandırırdı. Həmin şeir 1946-cı ildə Güney Azərbaycan türklərinə qarşı soyqırım aktı zamanı milli mədəniyyətimizi məhv etmək cəhdlərini xatırladırsa, 1937-ci ildə Stalinin əmri ilə yandırılan kitablar da Quzey Azərbaycanda eyni barbarlıqla milli dəyərlərimizə zərər verildiyini göstərir; lakin məhz Əzizə Cəfərzadə kimi aydınlarımız sayəsində o kitabların tamamilə məhvinə nail ola bilmədilər. Həmin kitabları yanğınlardan gizlədənlər, qoruyanlar Sözün yaşamasına xidmət etmiş oldu...
Sovet dövrünün ideoloji təzyiqlərinin ən sərt vaxtlarında Əzizə Cəfərzadə yaradıcılığı da belə bir sarsıdıcı durumla üzləşmişdi. 1948-ci ildə çap edilən ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmadan yığışdırılaraq yandırılmışdı. Yazıçını “Axmatovşina”da təqsirləndirərək bu əsərlərdə akmeizm izlərini, salon lirikasının tərənnümünü “görən” sovet rejimi onun ilk kitabını yandırmaqla bir gənc yaradıcılığa zərbə vurmuşdu; amma Əzizə Cəfərzadə həmin zərbədən sarsılıb ruhdan düşməmiş, əksinə bu hadisə onu daha böyük mənəvi savaşlara səsləmiş, mübarizlik ruhunu gücləndirmişdi.
Əzizə xanım uşaqlığımda və gəncliyimdə nəsr əsərlərini, əsasən də tarixi roman janrında yazdığı əsərlərini böyük maraqla oxuduğum, həyat üçün gərəkli olan bir çox mətləbləri öyrəndiyim, mənəvi keyfiyyətləri əxz etdiyim yazarlarımızdandır. Çağdaş Azərbaycan nəsri tarixində bu janrı yenidən canlandıran, ona təzə ruh, həyat bəxş edən yazıçının əsərləri ruhumu fəth etmişdi. Seyid Əzim Şirvani haqqında “Aləmdə səsim var mənim”, Abbas Səhhətdən bəhs edən “Yad et məni”, Şah İsmayıl Xətai mübarizəsinə həsr etdiyi “Bakı – 1501”, coğrafiyaşünas Zeynalabdin Şirvaninin ömür yolunu əhatə edən “Eldən-elə” və s. romanlarını, o cümlədən, rəngarəng mövzularda yazdığı hekayələrini hələ illər öncə böyük maraqla oxumuşdum. Amma onun ən sevdiyim əsərlərindən biri “Anamın nağılları” idi. Vaxtilə anasının dilindən eşitdiyi nağılları qələmə alan yazıçı bu nağıllarda Azərbaycan xalqının ruhunu, milli xarakterini bütün zənginliyi ilə ifadə edə bilmişdi.
Əzizə Məmməd qızı Cəfərzadə düz 29 dekabr 1921-ci ilin soyuq bir qış günündə Bakı şəhərində anadan olmuşdu. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndi. Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əliyusif Qənizadə Şirvani kimi görkəmli şəxsiyyətləri yetirən Sarıtorpaq məhəlləsi Bakıda dünyaya göz açan Əzizə Cəfərzadənin adı ilə bir daha məşhurlaşmışdır. İbtidai təhsilini 25 saylı məktəbdə aldıqdan sonra təhsilini (o vaxtkı) Teatr Texnikumu və ikiillik Müəllimlər İnstitutunda davam etdirən Əzizə xanım bir müddət təyinatla Ağsu rayonunun Çaparlı kəndində müəllim işləyib. Sonradan Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirən Əzizə Cəfərzadə, Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında ssenari şöbəsinin müdiri, Teatr Texnikumunun müdiri, Elmlər Akademiyasının Əlyazmalar İnstitununda baş elmi işçi, şöbə müdiri kimi önəmli vəzifələrdə çalışaraq xalqımıza xidmət edib. 1974-cü ildən isə doğma universitetinin professoru kimi gənc kadrların yetişməsinə öz töhfəsini verib.
O, XIX yüzil Azərbaycan ədəbiyyatının tədqiqi məsələləri ilə ciddi məşğul olmuş, 1950-ci ildə “XIX yüzil Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə isə “XIX yüzil Azərbaycan poeziyasında xalq şeiri üslubu” kimi önəmli mövzuda doktorluq dissertasiyası müdafiə edib. Əzizə xanımın həyatında elmi fəaliyyətlə bədii yaradıcılıq paralel addımlayıb, yanaşı inkişaf edib. O, zəngin elmi fəaliyyətlə bərabər çox möhtəşəm bədii yaradıcılıq örnəkləri ərsəyə gətirib, bir-birindən maraqlı əsərləriylə ədəbi ictimaiyyətin diqqətini üzərində toplayıb. XX yüzil Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri kimi Əzizə Cəfərzadənin ədəbiyyat tariximizdə önəmli mövqeyi var. Onun yaradıcılığı minlərlə oxucunun sevimlisidir, gənc nəsillərin bədii zövqünün formalaşmasında bu əsərlərin xüsusi rolu olub. Milli-mənəvi dəyərlərin qorunması yolunda 50 ildən artıq yorulmadan fəaliyyət göstərən görkəmli yazıçının həyat və yaradıcılığı bütövlükdə bir məktəbdir.
Mürəkkəb ictimai-siyasi təbəddülatlarla səciyyələnən Azərbaycan tarixinin ayrı-ayrı dönəmlərində baş vermiş hadisələr, görkəmli şəxsiyyətlərin parlaq həyatı Əzizə xanımın həmişə diqqət mərkəzində olub. Təkcə “Bakı 1501” romanında Şah İsmayıl Xətainin ölməz obrazı ilə bütöv Azərbaycan tarixinin əzəmətli mənzərəsini yaratdığını xatırlasaq fikrimizi təsdiq etmiş olarıq. Xətainin dilindən söylənən bu kəlmələr isə gələcək nəsillərə öyüd-nəsihət kimi daim qulaqlarımızda səslənir:
“Fәtһlәr edib parça-parça bölünmüş diyarımızı qılınc gücünә birlәşdirmәyә çalışdım. Vәtәnin bir sıxma torpağını bir ovuc qızıldan, dilimizin bir kiçicik sözünü bir ölçü lәl-cәvaһiratdan üstün bildim. Hәr ikisinin—Vәtәnimizin vә dilimizin әbәdiyyәti üçün. Nә bacardımsa onu elәdim. Mәni lәnәtlә yad etmәyin! Yaxşı nә başlamışamsa – onu göyәrdin! Sәһvlәrimi tәkrar etmәyin! Sizә vәsiyyәtim budur. Bir dә әşarım var. Əgәr zövqünüzu oxşasa – mәzarımda bir qәdәr raһat ola bilәrәm. Sizә üç әmanәt qoyub әrәn babalar: dilimiz, qeyrәtimiz, Vәtәnimiz—can sizin can onlar әmanәti”.
Biz bir çox tarixi dönəmlərin aparıcı özəlliklərini, önəmli hadisələrini, görkəmli tarixi şəxsiyyətlərin həyatını, yaradıcılığını məhz onun əsərləri ilə daha dərindən öyrənmişik. Eyni zamanda, çağdaş gəncliyin həyatından bəhs edən roman, povest və hekayələri də hər zaman oxucular tərəfindən rəğbətlə qarşılanıb. Görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin bədii yaradıcılığı Azərbaycan tarixi nəsrinin inkişafı baxımından diqqətəlayiq olub özünəməxsusluğu ilə seçilir. Yazıçının müxtəlif tarixi mövzulu əsərləri janr baxımından da rəngarəng, ideyaca orijinal örnəklərdir. Onun elmi əsərləri isə Azərbaycan filoloji fikrinin zənginləşməsinə və inkişafına ciddi töhfələr kimi dəyərləndirilir.
Əzizə xanımın şəxsi həyatına nəzər saldıqda onun heç bir zaman özü üçün yaşamadığını, taleyini, ömrünü xalqının mənafeyinə həsr etdiyini görmək mümkündür. Yazıçı ilə söhbətlərimiz, müsahibələrimiz zamanı da millətimizə, ədəbiyyatımıza, insanlarımızın maariflənməsinə xidmət edən bir ömür yoluna heyranlığımızı bildirirdik. Əzizə xanım vaxtilə pilot olmaq istəyib və bunun üçün aviasiya klubuna yazılıb. Burada gələcək həyat yoldaşı ilə tanış olub, 1941-ci ildə ailə qurublar, bu evlilikdən bir qızı dünyaya gəlib; amma bir bədbəxt hadisə nəticəsində Əzizə xanımın qızı vəfat edib. Bundan sonra qardaşı oğlu Turan və qardaşı qızı Kəmaləni öz övladları kimi böyüdüb.
Şəxsi həyatı onun üçün hər zaman ikinci plandaydı. Onu tanıdıqdan sonra bunu daha yaxından gördüm. Əzizə xanımın alın yazısında Afrika qitəsində yaşamaq da varmış. Pilot olan həyat yoldaşının işi ilə bağlı 1965-66-cı illərdə Qanaya, Afrikaya gedib. Həmin illərdə Afrikada yaşayan Əzizə xanım yaradıcılığını bu uzaq qitədə də davam etdirib. Onun səfər gündəlikləri 1968-ci ildə çap olunan “Qızıl sahilə səyahət” xatirat kitabında toplanıb. – O kitabı hamımız uşaqlıq və gənclik illərində böyük maraqla oxuyardıq. Kitabda yazıçı afrikalı insanların həyat tərzini, fəaliyyətlərini, qıraqdan görünə bilən və bilinməyən tərəflərini məharətlə təsvir edib. Və təbii ki, o illərdə, qapalı sovet məkanında yaşadığımız vaxtlarda belə nadir əsərlər bizim üçün dünyanı daha yaxından görmək, bilmək və tanımaq üçün möhtəşəm bələdçi idi.
Əzizə xanımın maraqla oxumadığım bir əsərini, bir kitabını belə xatırlamıram. Onun elə əsərləri vardı ki, oxucunun masaüstü kitabı idi. Müəyyən bir dönəmdə onun ünlü “Aləmdə səsim var mənim” romanı çoxsaylı oxucuların əldə etmək, oxumaq istədiyi kitablardan biri kimi əl-əl dolaşırdı. Çox yaxşı xatırlayıram ki, gənclər atamın zəngin kitabxanasındakı bu romanı çox tez-tez oxumaq üçün istəyərdi. Yazıçı bu əsərin adını Seyid Əzim Şirvaninin “Seyyida, ölmərəm, aləmdə səsim var mənim” məqtəli qəzəlindən götürmüşdü. Roman əsasən şairin yaradıcılığından bəhs etsə də, o dövrün Şamaxı mühitini, ədəbi-mədəni hadisələrini, yüzilliyin mənzərəsini o qədər ustalıqla, təsirli bədii boyalarla canlandırıb ki, oxucu o kitabı birnəfəsə oxuyub bitirmək istəyir. Əsərdə el şənlikləri – cəngi məclisi, toy və yas mərasimləri, şeir məclisi – “Beytüs-Səfa”, Novruz bayramı, ilaxır çərşənbə adətləri oxucuda böyük bir maraq yaradır. Belə maraq sovet illərində daha yükək idi, təbii. – Tariximiz, mədəniyyətimiz, adət-ənənlərimizin qədim kökləri ilə bağlı bir çox həqiqətləri məhz bu kitablardan oxuyub öyrənmişik.
Əzizə Cəfərzadənin dərin bədii təsiri ilə diqqətimi cəlb edən əsərlərindən biri də “Xəzərin göz yaşları” povesti olub. Çox yaxşı xatırlayıram, bu əsəri bir neçə dəfə oxumuşdum, hər dəfə də göz yaşlarımı saxlaya bilməmişdim. Povestdə Əzizə xanım 1938-ci ildə Azərbaycanda yaşayan Güney Azərbaycanlı qardaş-bacılarımızın, soydaşlarımızın Stalin rejimi tərəfindən bir həftə ərzində İrana məcburi deportasiyasından bəhs edir. Bu əsəri oxumayan insanlara, özəlliklə gənclərimizə tövsiyyə edərdim.
Əzizə Cəfərzadə istər klassik Azərbaycan ədəbiyyatının, istərsə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində durmadan, yorulmadan, böyük fədakarlıqla çalışıb. Bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib. “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Şirvanın üç şairi” (1971), “Mücrüm Kərim Vardani. Sünbülstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) kitabları böyük yazıçının ədəbiyyatımıza, mədəniyyətimizə bağlılığından və sevgisindən xəbər verməklə yanaşı, minlərlə Azərbaycan gəncinin böyük ədəbi və mədəni irsimizi, şəxsiyyətlərimizi, sənətkarlarımızı daha yaxından tanımasına səbəb olub.
Əzizə Cəfərzadə bizim nəsil gənclərin yadında televiziya ekranlarından – “Klassik irsimizdən”, “Aşıq Pəri” və b. çoxsaylı verilişlərin müəllifi və aparıcısı kimi də qalıb. Yaddaşımızda dərin iz buraxan o möhtəşəm verilişləri bu gün də xatırlayırıq. Çünki mənəvi cəhətdən təkmilləşmək üçün onlardan çox şeylər öyrənmişik. Bununla yanaşı, radioda uzun illər Güney Azərbaycan mövzusunda olan proqramların və “Ana” radiojurnalının iştirakçısı kimi ədəbi irsimizi təbliğ etməsi yazıçının unudulmaz xidmətlərindən idi. İstər efirdə, istərsə də radioda Əzizə xanımın müdrik söhbətlərini böyük maraqla dinləyirdik.
Əzizə Cəfərzadə haqqında bəzən “kişi kimi qadın” ifadəsini işlədərdilər. Buna çox üzülərdüm, hətta bir dəfə özünə də söyləmişdim: “Əzizə xanım siz əsil qadın kimi qadınsınız”. Mərd, qürurlu, əyilməz, mübariz, bütün əngəlləri, bütün maneələri aşan, ona qalib gələn, güclü xarakterə malik idi Əzizə xanım. O, xalqımızın tarixini bədii ədəbiyyata gətirməklə onun təbliğinə çalışır, bununla da sovet dövrünün Azərbaycan tarixini saxtalaşdıran, təhrif edən tarix dərsliklərinə və tədqiqatlarına qarşı çıxaraq milli keçmişimizin əzəmətli şəxsiyyətlərini yada salırdı. Çünki onun ən böyük istəyi, ən vacib hədəflərindən biri gənclərimizin tariximizi daha dərindən bilməsi, böyük şəxsiyyətlərimizi daha düzgün tanıması idi. Uzun illər sovet imperiyasının əsil tariximizi oxutmaması və ya yanlış şəkildə gənc nəsillərə öyrətməsi Əzizə xanımı ciddi şəkildə narahat edirdi. O, tarixi əsərləri gənclərimizin gerçək tariximizi bilməsinin, bu tarixi oxutmağın ən yaxşı yollarından biri kimi görür, bu vasitə ilə tarixi mənimsətməyin mümkünlüyünü çox gözəl bilirdi. Təsadüfi deyil ki, tarix dərsliklərində milli keçmişimizi unutdurmaq məqsədilə Səfəvilər dövlətindən, Şah İsmayıl Xətaidən kiçik bir abzasda bəhs edildiyi halda, Əzizə Cəfərzadə şair-şahın ömür yolunu, fəaliyyətini, dövrünü canlandıran sanballı roman yazmışdı.
İstər tarixi, istərsə ədəbi prosesi gözəl bilən və daim axtarışda olan Əzizə Cəfərzadə böyük ədəbiyyatşünas alim kimi də Azərbaycan ədəbiyyatında silinməz izlər qoyub. XIX yüzil Azərbaycan ədəbiyyatının bu günkü dolğun, bütöv elmi mənzərəsinin yaradılmasında Əzizə xanımın da ciddi rolu olub.
Onun tərcüməçilik fəaliyyəti də yaradıcılığının önəmli istiqamətlərindən biridir. Bir sıra müəlliflərin əsərlərini Azərbaycan dilinə tərcümə etmiş, rus yazıçıları Sergey Smirnov, Albert Lixanov yaradıcılıqlarından tərcümələri, qardaş ölkə yazıçıları – Şərəf Rəşidov (Özbəkistan), Əhməd Kabaklı, Sevinc Çokum (Türkiyə) bu baxımdan diqqətəlayiqdir. Yazıçının öz əsərləri də rus, fars, qazax, ərəb, tacik və s. dillərə çevrilərək, bir çox ölkədə gün üzü görüb.
O bir çox yerdə, o cümlədən qardaş Türkiyə, İsrail, İran, Malayziya, Hindistan, Sinqapur, Suriya, Kipr və keçmiş Yuqoslaviya Respublikasında təşkil olunan konfranslarda da ölkəmizi layiqincə təmsil edərək Azərbaycan qadınının, Azərbaycan aydınının adını ucaldan böyük bir şəxsiyyət idi. 1981-89-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışan Əzizə xanım, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində aktiv fəaliyyət göstərirdi. Onun Respublika Qadınlar Şurasına sədrlik etdiyi illər çox gözəl və səmərəli bir dönəm kimi yaddaşlarda qalıb.
Özünü Azərbaycana həsr edən bu böyük yazıçı həm də xeyriyyəçi kimi insanların sevgisini qazanmışdı. Düşünün ki, bir yazar kitablarından qazandığı qonorar hesabına 1979-cu ildə orta məktəb və klub binası (Hacıqabul rayonunun Tağılı kəndində) tikdirmişdi.
Böyük yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadə 2003-cü ilin 4 sentyabrında dünyasını dəyişəndə bu xəbər hamımızı sarsıtdı.
O, öz vəsiyyətinə əsasən, Hacıqabul rayonunun Tağılı kəndində, valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib. O zaman da sövq-təbii hiss edirdik ki, köçən Əzizə xanımın yalnız cismidi, xatirəsi isə hər zaman qəlbimizdə yaşayacaq. – Bu gün olduğu kimi!.. Onun böyük yaradıcılığı, zəngin ədəbi mirası hər zaman xalqımız tərəfindən yüksək dəyərləndirilib və bundan sonra da dəyərləndiriləcək.
Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısındakı göstərdiyi xidmətlər dövlət səviyyəsində yüksək qiymətləndirilib. O, sovet dövrünün nüfuzlu mükafatlarından biri – “Xalqlar dostluğu” ordeni və müstəqil Azərbaycan Respublikasının yüksək dövlət təltiflərindən olan “Şöhrət” ordeni ilə təltif edilib, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 2001-ci ildə Əzizə xanım Xalq yazıçısı fəxri adına layiq görülüb.
Azərbaycan Telefilm Yaradıcılıq Birliyi onun həyatı və yaradıcılığı haqqında iki telefilm çəkib. İnanırıq ki, Xalq yazıçısının həyatından yazılan əsərlərin, çəkilən filmlərin sayı gələcəkdə daha da artacaqdır.
Pedaqoji fəaliyyəti, elmi axtarışları, səfərləri, tərcümələri və ictimai fəaliyyətinə nəzər saldıqda hər bir insan Əzizə xanımın öz ömrünü xalqı üçün yaşadığını daha yaxından görür. Əzizə xanımın sadəcə tarixi romanları deyil, “Sahibsiz ev”, “Əllərini mənə ver”, “Sənsən ümidim”, “Xəyalım mənim” əsərləri də bizim dövrün gəncləri arasında çox maraqla oxunurdu. Əzizə Cəfərzadə öz yaradıcılığında uşaqlara, onların dünyagörüşünün formalaşmasına böyük önəm verirdi. Onun “Qızımın hekayələri”, “Anamın nağılları”, “Çiçəklərim”, “Pişik dili” kimi hekayə və nağılları böyüyən balalarımızın dünyagörüşü, onların fikir və düşüncələrinin formalaşması üçün çox önəmli bədii örnəklərdir.
Əzizə Cəfərzadənin bütün əsərlərində Azərbaycan dilinin saflığını, gözəlliyini görüb hiss etmək olur. O, vətəndaş olaraq dil uğrunda apardığı mübarizədə həmişə qalib olub. Onun digər üstünlüyü isə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə əlaqələndirə bilməsində idi. Azərbaycan elmi qarşısında böyük xidmətlər göstərən Əziz Cəfərzadə istər klassik Azərbaycan ədəbiyyatının, istərsə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində durmadan, yorulmadan çalışıb və mədəniyyətimizə, Vətənimizə çox böyük xidmətlər göstərib.
Özbəkistanda (2021-ci ilin oktyabrında keçirilən) Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Günləri çərçivəsində biz Xarəzm bölgəsinə də getmişdik. Bu səfərdə biz Əzizə xanımı da sevgiylə, ehtiramla xatırladıq. – Özbəkistanlı aydınlarla onun yazdığı “Cəlaliyyə” romanıyla bağlı çox maraqlı fikir mübadiləsi apardıq və birlikdə Əzizə xanımın ruhuna dualar oxuduq. Türk dünyasının bir çox bölgələrinə getdiyimiz zaman aydınlarla Əzizə xanımın tarixi romanları ətrafında maraqlı fikir mübadilələri edirik. Bəli, Əzizə Cəfərzadə imzası yalnız Azərbaycanda deyil, Türk dünyasında və bir sıra başqa ölkələrdə də tanınır, sevilir. Əminəm ki, onun bədii və elmi-mədəni irsinin daha geniş şəkildə təbliğ olunması, dünya oxucuları, gənc nəsillərimiz arasında geniş yayılması istiqamətində bundan sonra da müvafiq işlər görüləcək. Çünki o, sözün əsil mənasında buna layiq idi.
Əzizə xanımın 100 iliyini 44 günlük Vətən müharibəmizdə qazandığımız Zəfərin birinci ildönümünün qüruru və işğaldan azad olunmuş torpaqlarımızda böyük quruculuq işlərinin fərəhi içində qeyd etdik. Əminəm ki, onun ruhu da bu Zəfərə bizim qədər sevinir. Çünki onun həyatda ən böyük diləyi gələcək nəsillərimiz üçün sakit, dinc, müstəqil bir Vətən və xoşbəxt nəsillərin istiqbalı idi.
Nur içində yatın, Əzizə xanım! Siz ömrünüzü özünüz üçün deyil, xalqımız üçün, Vətənimiz üçün yaşadınız. Və xalqımız, Vətənimiz də Sizin yaşadığınız bu fədakar ömrü hər zaman yüksək qiymətləndirib, bundan sonra da qiymətləndirəcək. Yüzlərlə Azərbaycan qızına böyük bir mənəvi güc olduğunuz üçün, yol, cığır açdığınız üçün, minlərlə Azərbaycan qızına gözəl örnək olan mənalı ömür yaşadığınız üçün ruhunuza şükranlığımız var! Nə yaxşı ki, Sizi tanımışam!
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva
Klassiklərin əsərləri bu gün üçün də meyyardır - Xaqani Şirvani
Əfzələddin Xaqani Şirvani
Şairin adı İbrahim, atasının adı Əli olub. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir.
Xaqani təqribən 1126-cı ildə Şamaxının Məlhəm kəndində anadan olub. İlk təhsilini əmisindən alıb və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərib. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani, Şirvanşahlar sarayına dəvət edilib və orada böyük şöhrət tapıb. Saray çəkişmələri nəticəsində şair həbs edilib. Həbsdə olduğu dövrdə O, "Həbsiyyə" şeirlərini yazıb. Daha sonralar Xaqani Yaxın Şərq ölkələrində səfərdə olub və təəssüratlarını poetik əsərlərdə verib. Şair ömrünün son illərini Təbrizdə keçirib. Xaqani 1199-cu ildə vəfat edib və Təbrizin Şairlər qəbiristanlığında dəfn edilib.
Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, "Töhfətül-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şeirləri və "Töhfətül-İraqeyn" poeması daxildir.
İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edib. Dövrünün elmlərini dərindən bilən Xaqani, bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olub. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülüb, poetik simvollardan geniş istifadə edilib.
Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan "Töhfətül-İraqeyn" ("İki İraqın töhfəsi") (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olub. Bu baxımdan, istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdiriblər. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməyib, Məkkəyə ziyarətə getdikdən sonra, bir daha saraya qayıtmayaraq, Təbrizdə məskən salıb və orada da vəfat edib.
Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulub. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir.
“Gənclərə nəsihət”
Fitnə törətmə, ey fitnəkar cavan!
Fitnədir elləri dərdlərə salan.
Cana məlhəmsə də vəfa, etibar,
Fitnəkarlıq edən onu tarımaz.
Hiylə - oğurluqdur, xoşsa əvvəli,
Oğrunun axırda kəsilər əli.
Vəfa küçəsində ev tut, yəqin bil,
Vəfa mənzilidir, ən yaxşı mənzil.
Bu gün yoxdursa da kimsədə vəfa,
Vəsiyyət edirəm: olma bivəfa.
Çalış az dostluq et, etsən də əgər,
Dostluqda möhkəm ol, sözdə mötəbər.
Dostu qovanları alma yanına,
Yoxsa gözün ağlar belə halına.
Dostun haqlı vursa birini zinhar,
Demək ki, layiqdir çıxma havadar.
Dost müttəhim edib, kimi etsə rədd,
Qardaşın olsa da, önünə çək sədd.
Qırsa bir budağı dost hirslənərək,
O, cənnət ağacı olsa da, əl çək.
Dostun əkdiyi gül olsa da tikən,
Çıxarıb yerindən onu atma sən.
Özgənin əlilə adam olanlar,
Dost qədri bilməzlər, nankor olarlar.
Bir kiçik adama nəvaziş etsən,
Sənin böyüklüyün getməz əlindən.
İtə nə rəng vursan itdir, arslandan,
Qalan sümükləri yeyər hər zaman.
Razılıq etsə də təriflərindən,
Naəhlin başını havalatma sən.
Sən onu öydükcə, o lovğalanar,
Özünü yoldaş yox, əmioğlu sanar.
Daha boyun qoymaz işə, xidmətə,
Lovğalıq yabançı olur hörmətə.
Boyun böyüklüyü deyildir gərək,
Hümmətdə böyükdür hər xırda ürək.
Dünyada aqil tək bir ustad varmı?
O, bir qul yanında şagird olarmı?
Nemət üçün tərif yazma nadana,
Elmü hikmət əhli layiqdir buna.
Yalnız hünərinlə sən şöhrət qazan,
Təriflə həcvdir yerdə qalanlar.
Sənətdə tək olan bu Xaqanidən,
Gəl, incə mənalı fikir eşit sən.
Qorun pis adamdan, anla ki, onlar,
Əqrəb tək kor olar, ilan tək lal, kar.
Klassiklərin əsərləri bu gün üçün də meyyardır - Əbülüla Gəncəvi
Əbülüla Gəncəvi (1096-1159)
Əbülüla Gəncəvi mənşəcə Azərbaycan türklərindən olmaqla, XI əsrin sonunda Gəncədə dünyaya göz açıb. Təhsilini bitirdikdən sonra O, müsəlman Ərmənşahlar dövlətinin paytaxtı Xilat şəhərinə gedir. Akademik Krımskinin mülahizələrinə görə, o, "Ərmənşahlar sarayında şeir qoşurdu." Əbülüla burada çox qalmır və Şamaxıya köçür. Şamaxıda da fitri istedadına və yüksək hazırcavablığına görə o, tezliklə şairlərin böyük himayədarı Şirvanşah I Mənuçöhrün (1120–1149) yanında xidmətə götürülür.
Şairin əsərlərinin təhlili göstərir ki, Əbülüla poetika, fəlsəfə, astronomiya və tibb elmləri sahələrində hərtərəfli biliklərə sahib olmuşdur. Əbülülanın poeziyası akademizmi və bədii kamilliyi ilə seçilir. Sarayda o, öz ətrafına qabiliyyətli cavanlar toplayaraq, rəsmən "məliküşşüəra" (şairlərin hökmdarı) adını qazandıqdan sonra faktiki olaraq, məşhur farsdilli Şirvan poeziya məktəbinin əsasını qoyur. Əbülülanın şagirdləri içərisində bütün Şərqdə məşhur olan Xaqani Şirvani və Fələki Şirvani kimi şairlər vardı.
Özündən qabaqkı ədəbi,elmi fikri yaxşı bilən Əbülüla dövrünün qabaqcıl ziyalılarından idi, dövrünün məlik-üş-şüərası idi. Ədəbi irsindən "Andnamə"(Sövqəndnamə) adlı bir qəsidəsi və bir neçə kiçik qitəsi qalmışdır. Təkcə "Andnamə" qəsidəsi onun qüdrətli şair olduğunu göstərir:
Ürək bulud, sözüm inci, könülsə bir dərya,
Dilim bu gövhərə carçı, zəmanə isə baha.
Mənəm həməsrlərimdən qabaq gedən ustad,
Mənimlə gəncəlilər fəxr edir, deyil bica.
Bir parçasını nümunə göstərdiyimiz bu qəsidədəki əzəmət, obrazlılıq Xaqani və Nizami qəsidələrini xatırladır. Şairin özünü "Tay-tuşundan qabaq gedən ustad" adlandırması bu baxımdan lovğalıq təsiri bağışlamır. Əbülülanın Əbu Əli ibn Sina və Əbu Əli Dəqqaq kimi qabaqcıl şəxsiyyətləri xatırlatması, özünü onlarla müqayisə etməsi onun dövrün ideoloji döyüşlərində mövqeyini göstərən maraqlı faktdır.
Məni zəmanənin doğdu anası,
Dünyada yüksəklik, hünər ustası.
Arandan çıxmışam, altmış yaşım var,
On altı il etdim Şirvanda qərar.
Zəif bir qocayam, şahı vəsf edən,
Demirəm Keyxosrov, Keyqubadam mən.
Sual etsən məndən, ey Əfzələddin,
Özün doğrusunu eylərsən yəqin.
And olsun o əziz canına, səndən —
Xeyli narazıyam, düzünü bilsən...
Mən sənin ustadın, həm də qaynatan.
Sən mənim övladım, göz işığımsan.
Sən məni özünə seçərkən ustad,
Verdim qızımı da, olasan damad.
Sənin təliminə bel bağlamışdım,
Sənin şairlikdə dilini açdım.
Səni o xaqana özüm göstərdim,
“Xaqani” adını sənə mən verdim.
Nədəndir od kimi üstümə coşmaq?
Nə sən odsan, susan, nə mən yel, torpaq!
Ey Xaqani, sözü yaxşı başa düşdüyündәn
Gәl, sәnә incә bir söz deyim, müftәcәsinә eşit:
O kәs ki, yaşda sәndәn böyükdür, onu hәçv elәmә,
Ola bilәr ki, o sәnin atan olsun vә sәn bilmәyәsәn.
İllərcə gizlədim onu əğyardan müdam,
Verdim o şuxə gözlərim üstündə yer feqət.
Ol şux baxışlı göz yaşımın sadə tifli tək,
Gözdən yüyürdü, üz-gözümə çıxdı aqibət.