Cəzalı futbolçu növbəti oyuna buraxıldı və qol vurdu - AZƏRBAYCANDA

22:31 6.03.2023 1 231
Cəzalı futbolçu növbəti oyuna buraxıldı və qol vurdu - AZƏRBAYCANDA

Azərbaycan futbolunda növbəti biabırçılıq

Region Liqasında fevralın 5-də keçirilən “Difai” – “Çinar Zəngilan” oyununda meydan sahiblərinin iki futbolçusu – Gülalı Mehrəliyev və Fərid Bədəlov hakimi təhqir etdiklərinə görə İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalanıblar.

Ancaq çox təəccüblüdü ki, Gülalı artıq fevralın 11-də keçirilən “Difai” – “İrəvan” matçında meydana çıxıb. Bəs bu necə olub?

Məsələ ilə bağlı “Football-plus.az"a açıqlama verən “İrəvan”ın nümayəndəsi Alı Alıyev Azərbaycan futbolunda yaşanan növbəti biabırçılıq barədə bunları söylədi:

“İntizam Komitəsi Həm Gülalını, həm də Fəridi “Çinar Zəngilan”la matçda hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandırıb. Ancaq bir həftə sonra “İrəvan”la oyunda Gülalı meydana çıxır və bizə qol vurur. Əlimizdə şəkillər və videolar var. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edib, başverənlərə aydınlıq gətirmələrini istəmişik. Apellyasiya Arbitraj Tribunalının rəhbəri Ziya Babayev absurd qərar verib. O futbolçuların cəzasını qüvvədə saxlasa da, “Difai”yə texniki məğlubiyyət verilməsinə qarşı çıxıb.

Bu günə kimi futbolda belə hal yaşanmayıb. Bu olayla bağlı AFFA-da bir çoxları ilə danışmışam. Rüstəm Rəhimov, Vaqif Sadıqov, Məlik Həsənov kimi illərini futbola verən hörmətli şəxslər belə bunun düzgün olmadığını bildirdilər. Komanda cəzalı futbolçunun xidmətindən yararlanırsa, cəzalanmalıdı. Ziya Babayevi tapmaq, onunla əlaqə saxlamaq qeyri-mümkündü. Bu adam kimdisə, telefon nömrəsini belə tapmaq müşkülə çevrilib. Biz absurd qərarla razılaşmırıq.

Ümumiyyətlə, AFFA-da çalışanlar, komitə sədrləri klubların haqqını qorumalıdı. Xeyli vaxt idi assosiasiyaya getmirdim. Bu məsələ ilə bağlı bugünlərdə ora baş çəkdim. 5-6 nəfərdən başqa heç kimi tanımadım. Mənə elə gəlir ki, hazırda AFFA-da işləyənlərin sayı çempionatda çıxış edən yerli oyunçuların sayından çoxdur”.


“İrəvan”ın prezidenti Zahid Niyazəliyev isə bunları bildirdi:

“Difai”nin bu addımı ilə bağlı şikayət etmişik. Adını qeyd etdiyim klubun rəhbərliyi AFFA-ya gedərək Şuşanı təmsil etdiklərini, qazilər komandası olduqlarını deyib hay-küy salıblar. Ondan sonra belə biabırçılıq yaşanıb. Bizim komandada 6 qazi oynayır, rəhbərlikdə şəhid ailəsi olan da var. “Difai” rəsmiləri qazi adından sui-istifadə edir. Ölkə başçımız şəhid ailələrinə, qazilərə yetərincə diqqət göstərir, onların problemlərini vaxtında həll edir. Ancaq futbolda bu imtiyazdan istifadə edib qanunsuzluğa yol vermək düzgün deyil. Məsələ ilə bağlı çox mütəxəssisin mövqeyini öyrənmişik. Hamı bizim haqlı olduğumuzu söyləyir”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}