Tam versiya

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var
BÖLÜM : Dünya
YAYIM TARİXİ : 17 noyabr 2026 11:48
Oxunub:  413
Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

Bu gün səhər saatlarında Türkiyənin Sözcü TV müxalifət telekanalı və “Sözcü.com.tr” saytına qarşı polis tərəfindən əməliyyat keçirilib.

Xəbər verilir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, televiziya binasında axtarış aparılır. Kanalın idarə heyətinin sədri Funda Tuncer Sıdalı və keçmiş sədr Asim Akgül saxlanılıb.

Kanala qəyyum təyin edilib.

Qeyd edək ki, ötən ay da Türkiyənin Xalq TV müxalif kanalında əməliyyat aparılmış, kanala qəyyum təyin olunmuşdu.(Axar.az)