5 nömrəli Uşaq Vərəm Sanatoriyası büdcəni belə talayır: 1 ssenari, 1 aparıcı, 100 dənə şara 40 min manat...

16:35 8.03.2023 2 771
5 nömrəli Uşaq Vərəm Sanatoriyası büdcəni belə talayır: 1 ssenari, 1 aparıcı, 100 dənə şara 40 min manat...

5 nömrəli Uşaq Vərəm Sanatoriyası cari ilin fevral ayının 27-də və mart ayının 2-də 3 lot üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmaların ümumi məbləği 82.715 manat təşkil edib.

Dövlətin pulu nəyə xərclənir?

Sanatoriyanın keçirdiyi satınalmalarda şişirdilmiş rəqəmlərə rast gəlinir. Belə ki, Sanatoriyanın "İstehlakyönlü müxtəlif xidmətlər" lotu üzrə yekun vurduğu satınalma "8 Mart" qadınlar günü münasibəti ilə keçiriləcək tədbirlə bağlıdır.

Bu satınalmanın məbləği 40.168 manatdır. Satınalmanın qalibi isə "VİOLET-F" Məhdud Məsuliyyətli Cəmiyyətidir. "VİOLET-F" MMC 2022-ci ilin iyul ayında təsis edilib. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Bəşirov Fuad Əlişah oğludur. "VİOLET-F" MMC-nin maddi-texniki bazası, fəaliyyət profili, müvafiq lisenziyaları barədə heç bir məlumat yoxdur.

Dövlətin 40 min manatdan artıq vəsaitini tibb müəssisəsinin hansı işlərə xərclədiyinin siyahısına nəzər yetirək:

1. Ssenarinin yazılması və tədbirin hazırlanması;

2. Musiqi qrupunun iştirakı (5 nəfər);

3. Zalın bazədilməsi, gül çələngi (təbii güllərdən);

4. Helium şarlar (rəngli) (100 ədəd);

5. Aparıcı 1 nəfər;

6. Səsgücləndirmə musiqi alətləri, mikrofonun quraşdırılması və kirayəsi.


Qeyd edilən işlərə büdcədən 40 min manat vəsaitin xərclənməsini səlahiyyətli orqanların ixtiyarına buraxıb, keçək sanatoriyanın digər satınalmalarına...

"Otkad"da adı hallanan MMC ilə işbirliyi?

5 nömrəli Uşaq Vərəm Sanatoriyasının 2023-cü ilin fevral ayının 27-də "Çirkab mayelərin daşınması""İçməli suyun alınması" lotu üzrə yekun vurduğu satınalmalarda da çox ciddi şübhəli məqamlar var.

Bu satınalmaların ümumi məbləği 42.547 manat təşkil edir.

Hər iki lotun qalibi "OPPONENT-2019" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"OPPONENT-2019" 2019-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 5 manat, hüquqi ünvanı isə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 9, mənzil 56 ünvanıdır.

"OPPONENT-2019" MMC-nin qanuni təmsilçisi Allahverdiyev Ruhin Səxavət oğludur.

Əldə etdiyimiz məlumata görə, əslən Cəbrayıl rayonundan olan Allahverdiyev Ruhin Səxavət oğlu Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə qeydiyyatdadır. Onun adına xeyli sayda MMC-lərin rəsmiləşdirildiyi və bu MMC-lərin dövlət satınalmalarında "otkad" məqsədlərlə istifadə edildiyi deyilir.

Məsələ ilə əlaqədar 5 nömrəli Uşaq Vərəm Sanatoriyasından mövqe öyrənə bilmədik.

Qeyd edək ki, 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının direktoru Cavadova Ruhəngiz Kamil qızıdır.(qlobal.az)(Yenixeber.org)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}