Luis Bono niyə Bakıya qayıtdı?..

23:11 10.03.2023 1 185
Luis Bono niyə Bakıya qayıtdı?..

Martın 10-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə müşaviri Luis Bono gözlənilmədən Bakıya qayıdıb və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

“Görüş zamanı Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti, Münhen təhlükəsizlik konfransı zamanı liderlər arasında keçirilmiş görüşdən irəli gələn məsələlər, Naxçıvana maneəsiz keçidi təmin edəcək kommunikasiyanın təmin edilməsi və delimitasiya prosesi üzrə cari vəziyyət və perspektivlər müzakirə olunub”, - Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Ceyhun Bayramov üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mütəmadi hərbi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb. Eyni zamanda, nazir Ermənistan sakinlərinin reinteqrasiyası ilə bağlı Bakının mövqeyi barədə məlumat verib.

Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Bono bazar ertəsi Bakıda olub və İrəvana gedib və orada Ermənistan rəhbərliyi ilə görüşlər keçirib.

Öz növbəsində, "Turan" agentliyinin ABŞ-ın Bakıdakı səfirliyinə sorğusuna cavab olaraq, diplomatik missiyanın nümayəndəsi bildirib:

"O, bu həftənin əvvəlində ölkədən kənarda olan xarici işlər naziri Bayramovla əlavə görüş üçün Bakıya qayıdıb. Baş müşavir həm Yerevanda, həm də Bakıda sülh prosesini təşviq etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb. Hələ regionda olduğu müddətdə, Bono, xarici işlər naziri Bayramovla görüşmək imkanını yüksək qiymətləndirib. Bono hər iki ölkədə mətbuat qarşısındakı çıxışlarında deyib ki, ABŞ davamlı sülhə nail olunmasında Azərbaycan və Ermənistana kömək etməyə çalışır".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}