Rusiyanın Almaniyada casus əməliyyatları...

14:24 11.03.2023 1 757
Rusiyanın Almaniyada casus əməliyyatları...

Almaniya federal prokurorluğu Rusiyanın ən varlı iş adamları siyahısına daxil olan Olqa Belyavtsevanın əri Visa Mizaevi alman kəşfiyyatçısını işə götürməkdə şübhəli bilir. Bu barədə “Der Spiegel” jurnalı yazır.

Nəşr Almaniya Federal Kəşfiyyat Xidmətinin əməkdaşı, Rusiyaya casusluqda və vətənə xəyanətdə şübhəli bilinən Karsten Linkenin mümkün əlaltıları barədə ətraflı məlumat dərc edib.

Nəşr iddia edir ki, Mizaev Rusiya agentinin əlaqə saxladığı şəxs olub. Məlumat Linkenin iddia edilən şəriki rus əsilli alman iş adamı Artur Ellerin ifadəsinə əsaslanır.

“Der Spiegel” şübhəlilərin tam adlarını açıqlamasa da, onlar daha əvvəl digər media orqanları tərəfindən dərc olunub.

“Der Spiegel”ə görə, A.Eller müstəntiqlərə Mizaevlə görüşləri barədə ətraflı ifadələr verdi. Bildirib ki, onunla 24 oktyabr 2020-ci ildə Moskvada, Qırmızı Meydan yaxınlığındakı "Ritz-Carlton" otelində görüşüb. Qərb kəşfiyyat xidmətlərinin məlumatına görə, Mizaev FSB-nin yüksək rütbəli zabitlərindən biri ilə dostluq münasibətlərinə malikdir.

O, əvvəllər Almaniya vətəndaşı ilə evli olub və bu ölkədə yaşayış icazəsi alıb. Müstəntiqlər onun qeydiyyat yerinin Münhen yaxınlığındakı Erdinq şəhərində olduğunu müəyyən ediblər. Nəşrin məlumatına görə, sözügedən rusiyalı Karib dənizindəki keçmiş Britaniya koloniyalarından birinin vətəndaşlığına malikdir.

Artur Linke Mizaevlə ilk dəfə 2022-ci ilin avqustunda Bavariyanın Weilheim şəhərindəki “Pöltner Hof” otelində tanış olub. Görüşdə Almaniya ordusunun keçmiş əsgəri, “Almaniya üçün Alternativ” radikal sağ partiyasının funksioneri Eller də iştirak edib.

Mizaev ümid edirdi ki, Eller Linkenin köməyi ilə onun Almaniyada müddətsiz yaşayış icazəsi almasını təşkil edə bilər. İddialara görə, Mizaev bunun əvəzində Ellerə Afrikadakı biznesindən pay vəd edib. Eller onun xahişi ilə Linkedən Avropa İttifaqı sanksiyalarına məruz qalan Rusiya vətəndaşlarının ən son siyahılarını alıb.


İddialara görə, Linke üç həftə sonra Elleri Berlin restoranlarından birində görüşə dəvət edib və orada onu həmkarı Filiplə tanış edib. Eller alman kəşfiyyat xidmətinin telefon nömrəsini və rəsmi təxəllüs alıb. Söhbət kazinoda, daha sonra Berlindəki Artemida fahişəxanasında davam etdirilib.

12 sentyabr 2022-ci ildə Eller, Linke və Mizaev Bavariyadakı Starnberger See gölünün sahilindəki restoranda görüşdülər.

“Çox güman ki, həmin gün alman kəşfiyyatçısı işə götürülüb”, - deyə, “Der Spiegel” yazır.

Linke iki həftə sonra Eller ilə əlaqə saxlayıb. Almaniya kəşfiyyatının Bavariyanın Pullax şəhərindəki ərazisinin idman meydançasında keçirilən görüşdə Linke iş adamına masalar olan zərf verib.

“Der Spiegel” yazır ki, söhbət Afrika və Ukraynada yerləşən “Vaqner PMC” muzdluları haqqında olduqca məxfi məlumatlardan gedirdi.

23 sentyabr 2022-ci ildə Eller İstanbul üzərindən Moskvaya uçaraq orada FSB agentləri ilə görüşüb.

İkinci görüş zamanı ona sualları olan kağızları verdilər və o, şifrəli messencerdə Linkenə göndərdi. Moskva agent vasitəsilə Amerikanın HIMARS reaktiv yaylım atəş sistemlərinin yeri və alman "İris-T" hava hücumundan müdafiə sisteminin Ukraynada hərəkəti haqqında məlumat əldə etmək niyyətində idi. O, məlumatın yalnız bir hissəsini əldə edə bilib, bundan sonra bir neçə yüz min avro olan zərf alıb.

2022-ci ilin dekabrında Eller Almaniyaya girmək istəyərkən, hava limanında saxlanılıb. Mizaev isə azadlıqdadır.

“Der Spiegel”in yazdığına görə, o, Oleq Şişkinin adına olan sənədlərdən istifadə edir. “Forbes”in rus versiyasına görə, onun həyat yoldaşının sərvəti, 600 milyon dollardır. “Azpolitika”
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}