“Məni taparsınız şeirlərimdə...” - Cabir Novruz

22:49 11.03.2023 10 036
Cabir Novruzun 90 illik yubileyi ilə bağlı xatirə gecəsi keçirilib

“Məni taparsınız şeirlərimdə...” - Cabir Novruz

Martın 12-si XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruzun (1933-2002) 90 illik yubileyi tamam olur. Bu münasibətilə martın 9-da Beynəlxalq Muğam Mərkəzində “Məni taparsınız şeirlərimdə” adlı xatirə gecəsi keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar çıxış edərək, Cabir Novruzun yaradıcılığından, ədəbi qəzet və jurnallarda fəaliyyətindən söz açıb. O, deyib ki, şairin yaradıcılığı bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir, sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbətlə qarşılanır. Cabir Novruzun əsərləri müxtəlif dillərə tərcümə edilib, eyni zamanda, onun bədii tərcümələri sayəsində Azərbaycan oxucusunun dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı yaranıb.

AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, Cabir Novruz gəncliyindən bəşəri hiss və duyğuları özündə ehtiva edən lirik şeirləri ilə şöhrət qazanıb. Onun poeziyası oxucunu düşündürür, həyata düzgün baxış formalaşdırır.

Xatirə gecəsində şairin sağlığında lentə alınan kadrlarda öz ifasında şeirlərindən nümunələr təqdim olunub. Mərhum aktyor, Xalq artisti Əliabbas Qədirovun qiraətində “Cavanlığım” şeirinin lent yazısı alqışlarla qarşılanıb.

Milli Konservatoriyanın professoru Abbasqulu Nəcəfzadənin rəhbərliyi ilə “Günaydın” ansamblının müşayiəti ilə Xalq artistləri Gülyanaq Məmmədova, Zaur Rzayev, Əməkdar artist Mətanət İsgəndərli və gənc müğənnilərin ifasında şairin sözlərinə yazılmış mahnılar səslənib.

Qeyd edək ki, Cabir Novruzun müxtəlif illərdə çap olunmuş “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”, “Bir dünyam var”, “İnsan himnləri”, “Ömür keçir karvan kimi”, “Ulu dünya, heyifsən”, “Özünü qoru, xalqım” və digər kitabları bu gün də maraqla oxunur. Sözlərinə bəstələnən mahnılar (“Məhəbbət”, “Mənim duyğularım”, “Cavanlığım”, “Bulaq suyu, dağ havası”, “Böyüməyə tələsmə”, “Bu nə cür məhəbbətdir”, “Səsim səsinə öyrəşib”, “Ömür keçir”, “Sən oldun”, “Gecikmiş məhəbbət” və s.) dinləyicinin qəlbinə təravət bəxş etməklə bərabər, düşüncələrə qərq edir.(medeniyyet.az)

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}