“BU, GENERALLARIN PUTİNDƏN QİSAS ALMASIDIR...” – “Priqojini və “vaqnerçiləri” “siçan tələsinə” salıblar”

12:55 13.03.2023 866
“BU, GENERALLARIN PUTİNDƏN QİSAS ALMASIDIR...” – “Priqojini və “vaqnerçiləri” “siçan tələsinə” salıblar”

Artıq heç kimə sirr deyil ki, Putinin aşbazı kimi tanınan “Vaqner”-in başçısı Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi arasında kəskin ziddiyyət, qarşıdurma var. Tərəflər, xüsusilə də Priqojin bunu gizlətmir və zaman-zaman nazir Sergey Şoyqudan, Baş Qərargah rəisi Valeri Gerasimovdan tutmuş, ayrı-ayrı generallara qədər, ordu rəhbərliyini təhqir və təhdid edir.

Hazırda bu qarşıdurma, az qala, ölüm-dirim savaşı səviyyəsinə qalxıb və Baxmut ətrafında baş verənlər bunun əyani sübutudur. Belə ki, Priqojin ordu rəhbərliyini “Vaqner”-ə bilərəkdən silah-sursat, mərmi verməməkdə ittiham edir və hətta, “Vaqner”i cəbhədən çəkəcəyilə hədələyir.

Ordu rəhbərliyi isə Priqojinin haray-həşirinə reaksiya vermir. Hələ bu da azmış kimi, “Vaqner”-in həbsxanalardan məhbus toplamasına qadağa qoyulub. Priqojin isə son günlər onun telefonlarının ordu və ölkə rəhbərliyinə çıxışının belə bloklandığını bəyan edib. Yəni, “Vaqner” rəhbəri, sözün əsl mənasında, hər tərəfdən “vurulur” və hələlik Putinin onu müdafiə etməsini göstərən heç bir əlamət yoxdur.

Sabiq müxalif deputat və FTX polkovniki Gennadi Qudkov hazırda “Vaqner”-in Baxmut ətrafında düşdüyü acınacaqlı durum və çoxsaylı itkiləri barədə maraqlı fikirlər səsləndirib.


Rusiyalı tanınmış hüquqşünas və hüquq müdafiəçisi Mark Feyqinin kanalında danışan Qudkov özünün hakimiyyətdəki mənbələrinə istinad edərək, deyib ki, Rusiya generalları Priqojini bilərəkdən Baxmutda tələyə salıblar:

“Məlum olduğu kimi, Ukrayna tərəfi Baxmutu təhvil verəcəyini bildirməyə başlayanda, körpüləri partladanda və s. dərhal Priqojin oraya ilk olaraq soxulmaq qərarı verdi. Çoxbilmiş rusiyalı generallar isə kənara çəkilərək, ona mane olmadılar və “buyur” dedilər. O da Baxmuta soxuldu. Ancaq ona dəstək vermədilər. Ukraynalılar isə dedilər ki, əgər Priqojin oraya girirsə, onda biz də qayıdırıq Baxmuta. Və qayıtdılar. Nəticədə indi Priqojin Baxmutda məngənəyə, hətta, mühasirəyə düşüb. Bir tərəfdən onu darmadağın etmək istəyən düşmən Ukrayna Ordusu, digər yandan isə ukraynalıların Priqojini darmadağın etməsini istəyən Rusiya generalları. Bu, generalların Priqojindən qisas almasıdır. Özü də təkcə Priqojindən yox, həm də Putindən. Çünki, o, zaman-zaman Priqojinin ordunu və generalları təhqir və təhdid etməsinə imkan verib, şərait yaradıb. Bu, faktdır. Ona görə də “vaqnerçilərin” Baxmutdakı perspektivləri olduqca kədərlidir.


Görünür, orada onların sonuna çıxacaqlar və generallar sükutla bunu görməzlikdən gələcəklər. Deyəcəklər ki, müharibədə hər şey olur... Bir sözlə, generallar Priqojindən qisas alırlar. Onlar bilərəkdən Priqojini Baxmuta çəkdilər və “siçan tələsinə” saldılar. Bu, Ukrayna üçün yaxşı xəbərdir. Elə generallar üçün də. Putin üçünsə çox bərbad xəbərdir. Çünki hamı görür ki, Putin artıq ona ən yaxın olan qulbeçələrini belə müdafiə etmək iqtidarında deyil... ”.

Onu da qeyd edək ki, ötən gün Priqojin həyəcan təbili çalaraq, “Baxmutda vəziyyətin çox ağır olduğunu” bəyan edib. O, deyib ki, Ukrayna Ordusu şəhərə yeni-yeni qüvvələr atır, “Vaqner”-insə ciddi silah-sursat və mərmi çatışmazlığı problemi var. “Azpolitika”
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}