İrandakı aksiyalarda tələblər dəyişir

14:11 13.03.2023 950
İrandakı aksiyalarda tələblər dəyişir

İranı yenidən kütləvi aksiyalar bürüyüb. Ötən həftənin sonlarında Tehran, Kərəc, Ərdəbil, Zahidan, Bəndər Abbas, Hörmüzgan vilayətlərində kütləvi aksiyalar keçirilib. Aksiya iştirakçıları artıq siyasi tələblər irəli sürərək, hakimiyyətdə təmsil olunan şəxslərin deyil, bütövlükdə İranın siyasi quruluşunun dəyişməsini tələb edirlər.

Ötən ilin sentyabrında 22 yaşlı gənc qızın polis zorakılığı nəticəsində həyatını itirməsindən sonra, etiraz aksiyası keçirən insanlar qadınlara azadlıq istəyərək, diktatorun istefasını tələb edirdilərsə, bu gün bu tələblər dəyişib. Siyasi müşahidəçilər hesab edirlər ki, aksiyaların ilk günlərində hakimiyyət qan tökməklə insanları qorxudub, yerinə oturdacağını düşünürdü. Çünki inqilabdan sonra İranın siyasi həyatında insanların haqlı tələblərinin qarşısını qan tökməklə almaq təcrübəsi var. Bu təcrübədən istifadə və insanları xarici dövlətlərin casusu adlandırmaq, eyni zamanda, siyasi məhbusları edam etmək heç də ictimai-siyasi sabitliyin bərqərar olmasına deyil, onun tamamilə pozulmasına gətirib çıxardı.

Bu gün İran hakimiyyəti ictimaiyyətdə tanınmış və nüfuza malik olan şəxsləri həbs edir ki, bu da insanlarda hakimiyyətə qarşı nifrət hissi oyadır. Tehran Universitetinin professoru sosioloq Məhəmməd Zəbəkalımın sosial şəbəkələrin birində status yazdığına görə həbs edilməsi tələbələrin kəskin etirazına səbəb oldu. Məhkəmə tələbə etirazından çəkinərək, professoru azad etmək məcburiyyətində qaldı. Onun günahi isə, sadəcə olaraq, İranda islahatların keçirilməsinin zəruriliyini bildirməsi idi.

Bütün bunlardan başqa, İrana qarşı tətbiq olunan sanksiyaların genişləndirilməsi sosial vəziyyəti daha da gərginləşdirib. Qiymətlərin sürətlə artması və inflyasiyanın səviyyəsinin hər gün yüksəlməsi ailələrin, necə deyərlər, var-yoxdan çıxmasına səbəb olub. ABŞ dollarının kursunun artmasının qarşısını iqtisadi tədbirlərlə almaq əvəzinə, hakimiyyət insanların gözünə kül üfürərək bankdan kənarda dollar mübadiləsi ilə məşğul olub, cüzi qazanc əldə edənləri tutur və görüntü yaratmaq xatirinə səs-küylü məhkəmə prosesləri keçirərək, xalqa dolların kursunu yüksəldən şəxslərə qarşı mübarizə apardığını göstərməyə çalışır. Məsələ heç də dollar alverçilərini tutmaqla həll olunmur. İqtisadi əsasları olan islahatlar keçirmək lazımdır. Lakin İran hakimiyyəti heç bir dəyişiklik etmək fikrində deyil. Neft gəlirlərinin insanların sosial vəziyyətinin deyil, mənasız geosiyasi planlara sərf olunması, yaxın Şərqin müxtəlif ölkələrinin daxili işlərinə qarışmaq üçün silahlı qruplaşmaları dəstəkləməsi maliyyə tələb edir. Milli gəlir xalqa deyil, siyasi ambisiyalara xərclənir ki, bu da haqlı etirazlara gətirib çıxarır.

Artıq yeddinci aydır davam edən aksiyalarda tələblər də dəyişib. İranda kütləvi aksiyaların nə ilə nəticələnəcəyini zaman göstərəcək. Görünən odur ki, İran bundan sonra çətin ki, özünə gəlib regionda hegemonluq etmək iddiasinı davam etdirə bilsin. İranda hakimiyyətin həyata keçirdiyi həbslər, edamlar və xarici dövlətləri ittiham etmək vəziyyəti nəinki düzəltməyəcək, əksinə, daha da mənfi istiqamətə yönəldəcək.(Yeni Müsavat)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}