İranın əsas məqsədi... görüntü yaratmaqdır

21:26 15.03.2023 1 416
İranın əsas məqsədi... görüntü yaratmaqdır

İranla İsrail arasındakı ritorikanın real müharibə həddinə qədər sərtləşməsi qlobal risklər üçün əlavə dəyər yaradır.

İranın uranı 84 faizə qədər zənginləşdirməsi onun nüvə dövlətləri ailəsinin üzvü olması yolunda ambisiyalarını göstərir.

Beynəlxalq ictimaiyyət Rusiya-Ukrayna müharibəsinin bir illik nəticələrini təhlil edərkən, ortaya çıxan yeni dərdlər münaqişənin miqyasının genişlənməsinə gen-bol fürsət verir.

İran uranı nüvə silahı səviyyəsində zənginləşdirməyə yaxınlaşdıqca, İsrail bunu ekzistensial təhlükə kimi görərək hərəkət edir.

İranla İsrailin davakar ritorikası iki ölkə arasında müharibə və ya ona bərabər tutulacaq hadisələrin olacağının anonsu kimi başa düşülə bilər.

İran məqsədinə çatana qədər nüvə proqramı ilə bağlı təhrifedici rəy yaratmaq istəyir, guya, bu, elmi və dinc məqsədlərə xidmət edir. İkinci bir tərəfdən, İran uranın 84 faiz həcmində saflaşdırılmasını təkzib edir, ancaq əldə etdiyi və açıqlamadığı nəticələrin arxasına sığınaraq, təhdid etmək şakərini yuxarı mərtəbələrə qaldırır.

ABŞ ilə İsrail müttəfiqliyi İranın girdiyi yolun təhlükəli sonluqlara doğru getdiyini dünyaya dərk etdirmək istəyir.

Paralel şəkildə İrana qarşı birgə tədbirlər proqramını icra etməkdə israrlı olduğunu göstərmək üçün hərbi əməliyyatlara başlamaq səlahiyyətlərinə və imkanlarına işarə edir.

İranı cəzalandırmaq aktının ssenarilərini effektiv yazmaq üçün ABŞ ilə İsrail İranın qonşuluğundakı ölkələrin də rəyini öyrənmək məcburiyyətindədirlər.

Azərbaycan həmin ölkələr içərisində eksklüziv strateji qiymətə malikdir. Çünki İran nüvə silahı vitrininə əlini uzatdıqca, Azərbaycana qarşı hədə səsini yüksəldir və Azərbaycanın İsraillə dərinləşən əlaqələrini həzmə verməyəcəyini deyir.

İran dəfələrlə elə Azərbaycanın prinsipiallığı və qurduğu mexanizmlər sayəsində geri oturdulub, lakin məsələ bu dəfə daha təhlükəli şəkil almaqdadır.

Çünki hadisələr və proseslər daha sərt qərarların fonunda növbəti mərhələlərə adlayır, xüsusilə İsrail İranın müdafiə sənayesi obyektlərini zərbə altına qoyduqdan sonra, bu gərginlik bir neçə dəfə artıb.

Azərbaycan İsrail üçün İrana qarşı taktiki üstünlüklər vəd edən coğrafiyadır, lakin Bakı bir qərarında qətiyyət göstərir: Azərbaycan üçüncü ölkəyə müdaxiləyə imkan verməyəcək.

Hərçənd ki, İran Cənubi Qafqazda Azərbaycanın əleyhinə çevrilə biləcək cəbhə formatını təsis etməklə nüvə ambisiyalarının davamını gətirmək istəyir.

İran beynəlxalq təcridə məruz qalması, daxildəki problemlərin qalaq-qalaq yığılması, Azərbaycanın öz tərəfdaşları ilə düzgün iş apara bilməsi səbəbindən istədiyi xətti yaratmaqda xeyli çətinlik çəkir.

Hissləri və nifrəti qırılıb içərisinə tökülən İran, alternativ olaraq, elə hərbi hədə ritorikasından yapışmağı çarə kimi görür.

Bu mənada, İran qoşunlarının bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi və uzaqmənzilli raketlərin ölkənin bütün ərazisi boyunca məxfi ərazilərdə yerləşdirilməsi barədə məlumatlar həqiqət kimi görünür.

İranın əsas məqsədi İsrailə və ABŞ-nin Yaxın Şərq üzrə bazalarına zərbələr endirmək görüntüsü yaratmaqdır.

Ola bilsin ki, İran raketlərinin yerləşdirilməsi İsrailin zərbəsinin şərti vaxtı ilə bağlı daxil olan məlumatlara cavabdır.

Ancaq İran illüziyaların və reallıqların arxasından Azərbaycana qarşı barmaq silkələmək cəhdlərini nümayiş etdirir.

Bu cəhdlər, əvvəlki illərdəki kimi, İran üçün zərərli olacaq cəbhələri aktivləşdirmək zərurətlərini aktuallaşdırır.

İran başa düşür ki, Azərbaycana qarşı hər hansı hərbi təhdid Türkiyənin prosesə cəlb edilməsi deməkdir, belə bir vəziyyətdə İran Türkiyə ilə baş-başa gəlməkdən çəkinər.

İkincisi, Azərbaycan əleyhinə bəhanələrin bəhanələrə calanması İranı cəzalandırmaq istəyən ABŞ-İsrail tandeminin, Britaniyanın maraqlarına zidd addımlardır.

Bu baxımdan, ABŞ, İsrail və Böyük Britaniya Azərbaycanı dəstəkləyən mexanizmləri gücləndirməkdə qətiyyətlidirlər.

ABŞ-ın Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqanın Azərbaycana səfəri və Müdafiə Nazirliyində müzakirələr keçirməsi İran gündəliyi fonunda maraq doğurur.

Yəni, nəticə olaraq, deyə bilərik ki, Azərbaycan İrandan gələn təhdidlərə qarşı təhlükəsizlik arxitekturasını Türkiyə ilə yanaşı, ABŞ-İsrail müttəfiqliyi və Britaniya ilə təmas şəklində qurur.

Bu tərz İrandakı türk kimliyinə vurğular kontekstini böyüdəcək. Bu prosesə İsrail mediası da qoşulub və görünür ki, məna yükü daha çox İsrailin dərin strategiyası tərəfindən ötürülən tezislər üzərindədir.(Yenixeber)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}