Direktor “qaraladı”, bığına görə efirə buraxılmadı, səhnədə öldü... - Bir Vaqif ömrü

22:24 17.03.2023 2 499
Direktor “qaraladı”, bığına görə efirə buraxılmadı, səhnədə öldü... - Bir Vaqif ömrü

16 mart Azərbaycan caz musiqisinin banisi, muğamla klassik Amerikan caz musiqisinin sintezini yaratmış, Vaqif Mustafazadənin doğum günüdür. Yaşasaydı 83 yaşı olacaqdı. O, uzun illər boyunca yaşaya bilmədi. Lakin 39 illik ömrünə çox şey sığdıra, adını əbədiyyətə yaza bildi.


Vaqif milli varlığımızın bir parçasıdır. Onun cazla muğamı sintez etməsi Üzeyir bəyin muğamla operanı, Fikrət Əmirovun muğamla simfoniyanı qovuşdurması qədər önəmli yenilik idi.

“Muğam–Caz” stilinə həyat vermiş böyük musiqiçi 16 mart 1940-cı ildə Bakıda, İçəri Şəhərdə doğulmuşdu. 1960-cı illərdə Bakı musiqinin intibah dövrünü yaşayırdı, Bakı piano şəhəri idi. Az qala hər evdə piano vardı, əla çalanlar da az deyildi. Lakin etiraf etməsələr də, hamı bilirdi ki, ən əla çalan, birinci yerə layiq olan Vaqifdir. Bəlkə qədim qala divarları ilə, müasir paytaxtın harmoniyası onun ruhuna güclü təsir etdi, beləcə də cazla muğamın sintezi yarandı.

Anası Zivər Əliyeva Üzeyir bəyin tələbəsi olmuşdu. Vaqifin muğam bilgisi anasından gəlmişdi.


O, Konservatoriyanın nəzdindəki musiqi məktəbini bitirir. Lakin direktor Tahir Atakişiyev o illərdə azad ruhlu musiqiçi kimi populyarlaşmağa başlayan Vaqifi “qaralayır”. Məktəbi bitirən Vaqifə attestat verərkən, onu “ixtisasa uyğun gəlməyən” kimi qiymətləndirir, bununla da onun yollarına böyük bir əngəl yaradır.

Vaqif dəfələrlə sənəd versə də, Konservatoriyaya daxil ola bilmir. Onu hər dəfə bir bəhanə ilə kəsirlər. Vaqif Asəf Zeynallı adına musiqi məktəbini bitirir. Elə tələbəlik illərində klublarda kiçik konsertlər verərək, klassik caz, blüz və oynaq mahnılar ifa edə-edə populyarlıq qazanıb.

Bir neçə il sonra, o, istədiyini edir. Edir etməyinə, lakin baxır ki, konservatoriyanın ona öyrədəcəyi bir şey yoxdur, ərizəsini verib özü könüllü ayrılır. O, Qara Qarayevin sinfində oxumaq istəyirdi, Qarayev isə Moskvada yaşayırdı deyə, ildə bir dəfə formal olaraq konservatoriyaya baş çəkirdi. Buna görə Vaqif təhsilini dayandırır.

Dünya onu gözəl caz ifaçısı, bilicisi, caz bəstəkarı kimi qəbul və təsdiq edirdi. Amma Azərbaycanda onu Bəstəkarlar İttifaqına qəbul etmirdilər və bu da Vaqifin ürəyini incidirdi. Ali musiqi təhsilinin olmamasını bəhanə gətirir, həvəskar bəstəkar deyirdilər.

“Həvəskar” isə 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdi. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olmuşdu.


1979-cu ildə Monakoda festival keçirilir. 100-lərlə ad içərisindən onun adı qalib olaraq seçilir. Caz dünyası milli elementlərlə zənginləşdirilmiş, etnik caza heyran qalmışdı. O, Monakodan "Ağ royal" mükafatı ilə qayıdır. Elə həmin il Əməkdar artist fəxri adına layiq görülür.

Fəxri ad alsa da, onu efirlərə sıx dəvət etmirdilər. Radioda, Azərbaycan Dövlət Televiziyasında Vaqifin kompozisiyaları fon musiqisi kimi müntəzəm olaraq istifadə edilirdi, lakin üzünü az-az göstərirdilər. Səbəb sadəcə onun qeyri-adi görünüşü, daha doğrusu, uzun buruq saçları və bığları idi. Ekrana çıxmaq üçün ondan görünüşünü səliqəyə salmaq tələb olunsa da, cazmen razılıq vermirdi.

Hətta, bir dəfə televiziyaya o vaxt rəhbərlik edən, özünü marksist adlandıran adam Vaqifə: “Başa düşmürəm, sən bu bığla necə çay içə, çörək yeyə bilirsən?” - deyə, soruşur. O da kinayə ilə “Marks kimi” - cavabını verir.

Bəstəkar ikinci xanımı gürcü qızı Elza ilə Tiflisdə tanış olur, bir müddət Gürcüstanda yaşayırlar (Bu arada qeyd edək ki, birinci xanımı Nərmin də ləzgi qızı idi, onunla evliliyini gizli saxlayırdı. Onlar az müddət ailəli olub, boşanmışdılar. Bu nikahdan Lalə adlı qızı da olmuşdu. Və Vaqif qızıyla bir daha görüşə bilməyib).

Elza Mustafazadə caz-muğam tərzində oxuyan ilk qadınlardandır. Və heç qəribə deyil ki, iki musiqiçinin, iki cazsevərin ailəsində doğulan uşaq da, cazı sevməli, sevdirməli idi. Onların yeganə qızları, Xalq artisti Əzizə Mustafazadə dünya şöhrətli cazmendir. Ona "Cazın şahzadəsi" adı verilib. Atasının yolunu davam etdirir. Hazırda xaricdə yaşasa da, qəlbi Azərbaycanla döyünür. Ramizxan adlı bir oğlu var.


16 dekabr 1979-cu ildə Vaqif Daşkənddə musiqi festivalında iştirak edərkən qızı Əzizənin adıyla bağladığı kompozisiyanı çala-çala səhnədə can verdi. Royal arxasında, ürək tutmasından ölmüşdü sənətkar.

Sağlığında onu incidənlər bəlkə də sonralar Yasamaldakı məzarına çiçəklər töküb, saxta göz yaşları axıtdılar, “o, böyük adam idi” dedilər.

Böyük adam bezdirildiyi dünyadan köçdü getdi. Lakin uzaqlara yox, ürəklərə.(Lent.az)

Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}