“Ahıl yaşa çatanların çoxuna pensiya hüququ qazanmaq nəsib olmayacaq”

21:46 19.03.2023 2 184
“Ahıl yaşa çatanların çoxuna pensiya hüququ qazanmaq nəsib olmayacaq”

2023-cü ilin yanvarın 1-i vəziyyətinə Azərbaycanda 1 milyon 114 min 200 nəfər pensiyaçı qeydiyyatda olub. Halbuki 2022-ci il yanvarın 1-i vəziyyətinə onların sayı 1 milyon 200 min 500 nəfər idi.

Pravda.az bildirir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu sosial şəbəkə hesabında paylaşıb.

İqtisadçı-ekspertin paylaşımını təqdim edirik:

“Son 1 ildə pensiyaçıların sayı 86 min 300 nəfər azalıb. Azalma bu templə getsə, Azərbaycanda ahıl yaşa çatanların çoxuna pensiya hüququ qazanmaq nəsib olmayacaq. Öncə, onu bildirim ki, Azərbaycanda əhalinin 11 faizi pensiya alır. Müvafiq göstərici Rusiyada 30 faizə yaxındır, Belarusda 26,5 faizdən yüksəkdir. Belə ki, Azərbaycandan əhalisi az olan Belarusda hazırda pensiya alanların sayı 2 milyon 532 min nəfərdir. MDB Statistika Komitəsinin məlumatına görə, hər 1000 nəfərə düşən pensiyaçıların sayı Azərbaycanda 111 nəfər, Qazaxıstanda 157 nəfər, Ermənistanda 158 nəfər, Ukraynada 258, Moldovada 262 nəfər, Belarusda 267 nəfər, Rusiyada 297 nəfərdir. Yeri gəlmişkən, onu da qeyd edim ki, Rusiya və Belarusda orta pensiya məbləği də Azərbaycandan yüksəkdir.

Azərbaycanda 2016-ci ildən indiyə qədər pensiyaçıların sayı 200 minə qədər azalıb. Bunu aşağıdakı amillər şərtləndirir:

1. Pensiya yaşının yüksək olması və yaşa görə imtiyazların sərtləşdirilməsi - Qadınlar üçün pensiya yaşının 2 ildə 1 il artırıldığından, onlar arasında pensiyaya çıxanların sayı hər il azalır;

2. Yaşa görə pensiya alanların sayının azalması - 2021-ci il üzrə demoqrafik statistikaya görə, Azərbaycanda 2019-cu ildə kişilər arasında ölənlərin 49,8 faizi, 2020-ci ildə 52,3 faizi, 2021-ci ildə 47 faizi 65 yaşına, yəni pensiya yaşına çatmamış vəfat edib. Qadınlar arasında bu göstərici aşağı olsa da, onların pensiya yaşının 2027-ci ilə qədər artırılaraq 65 yaşa çatdırılmasına görə dinamika artıma meyllidir. Nəticədə 2021-ci ildə yaşa görə pensiya alanların sayı 707 min nəfərdən 2022-ci ildə 696 min nəfərə qədər azalıb. Deməli, ötən 1 ildə yaşa görə pensiya alanların sayı 11 min nəfər azalıb;

3. Əlilliyə görə pensiya alanların sayının azalması - 2021-ci ildə 347,3 min nəfər əlilliyə görə pensiya alıb. Bu göstərici 2022-ci ildə 272,9 min nəfər olub. Beləliklə də son 1 ildə əlilliyə görə pensiya alanların sayı 74,4 min nəfər azalıb;

4. Ailə başçısını itirməyə görə pensiya alanların sayının azalması - Belə ki, 2022-ci ildə 144,8 min nəfər ailə başçısını itirdiyinə görə pensiya alıb. Müvafiq göstərici 146,2 min nəfər olub.

Bəs, artan nədir? Artan göstəriciləri təqdim edirəm:

1. Yaşa görə müavinət (qocalıq müavinəti) alanların sayı - Belə ki, 2023-cü ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 128,3 min nəfər olub. Halbuki 1 il bundan əvvəl, ötən ilin yanvarın 1-i vəziyyətinə onların sayı 113,6 min nəfər təşkil edirdi. Beləliklə də 1 il ərzində yaşa görə müavinət alanların sayı 14,7 min nəfər artıb. Deməli, ötən 1 il ərzində 15 minə qədər əhali pensiya yaşına çatsa da, onlar pensiya hüququ əldə edə bilməyiblər;

2. Minimum məbləğdə pensiya alanların sayı - Belə ki, minimum pensiya məbləği 240 manatdan 280 manata qaldırıldığına görə, pensiya hüququ əldə etmək üçün tələb olunan sığorta kapitalının məbləği də 1 il ərzində 34 560 manatdan 40 320 manata çatıb. Bir işçi minimum əmək haqqı (345 manat) ilə 38,9 il işləyərsə, bu məbləği toplaya və minimum məbləğdə pensiya ala bilər. Beləliklə də minimum məbləğdə pensiya alanların sayı da son 1 il ərzində 65 min nəfərdən 100 minə çatıb;

3. Xüsusi şərtlərlə pensiya alanların sayı - Ötən ilin ilin sentyabr ayında onların sayı 125,4 min nəfərdən çox olub”.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}