Azərbaycan səfiri Laçın yoluna görə Niderland XİN-ə çağırılıb?

12:41 23.03.2023 1 212
Azərbaycan səfiri Laçın yoluna görə Niderland XİN-ə çağırılıb?

Azərbaycan səfiri Niderland Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə “Armenpress” Niderland Erməni Təşkilatları Federasiyasına (FAON) istinadən xəbər yayıb. İddia olunur ki, səfirin XİN-ə çağrılması “Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməməsidir”.

İddiaya görə, Niderlandın Xarici İşlər Nazirliyində Azərbaycan səfirinə ölkəsinin Beynəlxalq Məhkəmənin Laçın dəhlizinin açılması ilə bağlı qərarına əməl etməsinin zəruriliyini xatırladıb.

Qeyd olunur ki, Niderland parlamentinin 13 fraksiyası Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də Laçın dəhlizinin blokunun açılması ilə bağlı qərarını yerinə yetirməməsi ilə bağlı bu ölkənin xarici işlər naziri Vopka Hoekstraya yazılı suallar göndərib. “Cavabında Vopke Hukstra parlamentarilərlə razılaşaraq qeyd edib ki, Azərbaycan məhkəmənin qərarına əməl etmir, ona əsasən Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün əlində olan bütün vasitələrdən istifadə etməlidir”, - deyə, FAON-a istinadən bildirilir.

Cavab məktubunda nazir vurğulayıb ki, beynəlxalq məhkəmənin qərarları hüquqi qüvvəyə malikdir, buna görə də Niderland Azərbaycan hakimiyyətini bu qərara əməl etməyə çağırıb.


FAON-un məlumatına görə, Niderlandın xarici işlər naziri “Laçın dəhlizinin blokadası nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar vəziyyətlə bağlı narahatlığını dəfələrlə, o cümlədən Azərbaycan hakimiyyəti ilə ikitərəfli danışıqlarda, habelə bu yaxınlarda keçirilən görüşdə bildirib. FAON qeyd edir ki, Niderlandın xarici işlər naziri bu narahatlığı azərbaycanlı həmkarına bir neçə söhbətində də çatdırıb. Bu narahatlıqlar müxtəlif beynəlxalq konfranslarda Aİ bəyanatlarında da ifadə olunub. Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra qeyd edib ki, məhkəmənin qərarı tam icra olunmalıdır, bu isə o deməkdir ki, Azərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkətini təmin etməlidir”, - deyə, iddiada bildirilir.

Qeyd edək ki, Azərbaycanın Niderlanda Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundovdur.

Bu ilin yanvarında Davosda Azərbaycan Prezidenti İlham Əliyev Niderland Krallığının baş naziri Mark Rutte ilə görüşü olub.

Görüşdə İlham Əliyev Azərbaycanın Laçın-Xankəndi yolunda cərəyan edən son hadisələr barədə məlumat verib, Ermənistanın yolun guya blokadada olması barədə yalan məlumatlar yaydığını və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını qeyd edib. Dövlətimizin başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti təşkilatlarının haqlı narazılığına səbəb olduğunu bildirib.

Prezident yolda Rusiya sülhməramlılarının, Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə lazımi humanitar yüklərin, mülki şəxslər və mülki təyinatlı yüklərin sərbəst keçidinin təmin edildiyi diqqətə çatdırıb, kriminal ünsürlərin həmin ərazilərdən çıxarılmasının vacibliyi bir daha vurğulayıb.

Səfirin XİN-ə çağrılması ilə bağlı Azərbaycan hələ ki, rəsmi məlumat yaymayıb.(Yeni Müsavat)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}