İranın məkrli planı: Azərbaycanla sərhəddə təxribat gözlənilir

11:22 24.03.2023 1 103
İranın məkrli planı: Azərbaycanla sərhəddə təxribat gözlənilir

"Cənubdan Bakıya qarşı irəli sürülən təhdidlər və iranlı generalların Azərbaycan sərhədinə intensiv səfərləri bu sualı aktuallaşdırır: İran Azərbaycanla sərhəddə hansı planı hazırlayır?

İran sərhəd qoşunlarının komandanı general Əhməd Əli Qudərzi Azərbaycanla sərhəddə gəlib və “Azərbaycan-Ermənistan arasında olan problemin diplomatik yolla həllinə ümid edirik” deyib, “müharibə və qan heç kimə fayda verməyib” kimi təhdid xarakterli tövsiyə də səsləndirib.

SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Pakpur da İran-Ermənistan və İran-Azərbaycan birgə sərhəd bölgələrinə baş çəkib, “Aşura” adlandırdıqları sərhəd birliyinin döyüş qabiliyyətini yoxlayıb".


Bakupost.az xəbır verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı Feysbuk hesabında qeyd edib.

Onun sözlərinə görə, son dövrlər daha çox videoblogerliklə məşğul olan SEPAH-ın Araz sahili üzərindən Azərbaycana uçan dronlarlarla çıxardığı kino, İran hərbi hava qüvvələrinin Azərbaycanla sərhəddə patrul xidməti aparmaq üçün döyüş hazırlığı vəziyyətinə gətirildiyi haqda məlumatlar, “Əliyev və himayədarlarına aydın mesajımız: Bir gün gələcəyik...” kimi açıq mətnli təhdidlər də bu kontekstdə diqqət çəkir:

"İranın Azərbaycana ritorik hücumunun iki mümkün səbəbi görünür:

Birincisi, Azərbaycan və Ermənistan arasında mümkün eskalasiyanın yaşanmasıdır: Bakı-İrəvan xəttindəki ritorika gərinliyin yaşana biləcəyi gözləntisini artırır, xüsusilə Ermənistan Aİ missiyasını legitimləşdirmək, Azərbaycanı “təcavüzkar” göstərmək və ümumilikdə danışıqların gündəliyini tamamilə yeniləmək məqsədilə sərhəd döyüşlərində maraqlıdır; buna paralel olaraq, İrəvanın sülh müqaviləsi ilə bağlı sərgilədiyi mövqe də eskalasiyanı yeganə seçimə çevirir və bu mənzərə fonunda Tehran Bakıya “hədə-qorxu” gəlməklə Ermənistanın “təhlükəsizliyində” rolunu nümayiş etdirir;

İkincisi, Ermənistanın “təhlükəsizliyində” rolunu nümayiş etdirmək erməni diasporu/lobbisinin dəstəyini qazanmaq, Qərbə “İran olmasa, Ermənistan bölgədə təklənəcək” mesajı vermək və bununla İrana hərbi müdaxilə ssenarisində cəbhənin genişlənməsinin qarşısını almaq istəyirlər;

Tehrandakı mollalar iddia edirlər ki, mümkün eskalasiyada Azərbaycan İran-Ermənistan sərəhədini – Zəngəzur dəhlizini nəzarətə götürəcək, halbuki Bakının belə bir planının olduğuna dair heç bir işarə yoxdur, xüsusilə mövcud vəziyyətdə Azərbaycan buna getmək fikrində deyil. Hərçənd mollalar bütün iddialarını bu kontekstdə qurmaqla Bakıya təzyiq hücumlarına haqq qazandırmağa çalışır və belə görünür ki, Tehran bu bəhanə ilə Azərbaycanla sərhəd boyunca hərbi qüvvələri artırmaq niyyətindədir, çünki özlərini İrana mümkün hərbi müdaxilədə bu coğrafiyanın platforma olacağına inandırıblar. Və bütün bunların fonunda İran həm daxili, həm də xarici təhlükələrdə istiqaməti yayındırmaqda Azərbaycanı “zəif bənd” olaraq görür.

Bu baxımdan, İran müdaxilə edə bilməsə də, Azərbaycanla sərhəddə hansısa təxribatlara əl atacağı da istisna edilməməlidir. Çünki Tehran Bakıya ilk atəş açan tərəf olmaq istəmir və bunu Azərbaycanın etməsi üçün əlindən gələni edir. Bu qədər təxribat xarakterli bəyanatların verilməsi də Azərbaycanı təhrik etmək məqsədi daşıyır".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}