Erməni təxribatçılarını himayə edən sülhməramsız kontingent

21:48 24.03.2023 1 202
Erməni təxribatçılarını himayə edən sülhməramsız kontingent

Bu gün növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti aşkarlanıb.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı videogörüntüdə ərazilərimizdə müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə məxsus "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli "Ural" və üzərində yanacaq çəni olan "KamAZ" avtomobilinin hərəkəti müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb. Azərbaycanın Müdafiə Nazirliyi son günlər artıq neçənci dəfədir ki, Rusiya sülhməramlı kontingentinin Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət edən görüntülərini yayır.

Bütün bunlar onu göstərir ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatın müddəalarının icrası ilə bağlı üzərinə düşən vəzifə borcunu yerinə yetirmir, əksinə, bir sıra hallarda özü onu pozur. Bu isə həm Rusiya sülhməramlı kontingentinə olan etimadı azaldır, eyni zamanda, Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni dəstələrinin geniş əl-qol açmasına, Azərbaycan ərazisində növbəti təxribatlara yol açır.

Üzərinə düşən missiyanı yerinə yetirməyən sülhməramlı kontingent mandatının tam əksinə fəaliyyət göstərir, qanunsuz əməllərini gündən-günə artırır, onların bu cür himayəsi isə erməni silahlılarının növbəti təxribatlarına rəvac verir. Ötən il, eləcə də 2021-ci ildə qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri təxribatlar “sülhməramlıların” bu himayəsindən qaynaqlanırdı.


Azərbaycan dəfələrlə Ermənistana, Rusiya Müdafiə Nazirliyinə və "sülhməramlıların" rəhbərliyinə bu qanunsuzluqlara yol verilməməsi müraciəti ilə xəbərdarlıqlar edib. Lakin Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatlar, foto və videogörüntülər vəziyyətin dəyişmədiyini, “sülhməramlıların” öz amplualarında qaldığını, müvəqqəti yerləşdikləri Azərbaycan ərazisində ikibaşlı oyun oynadıqlarını üzə çıxarır.

Ancaq belə davam edərsə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımalar və Rusiya sülhməramlı kontingentinin onları müşayiət etməsi Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını reallığa çevrəcək. Bu isə təkcə regionda deyil, bütün dünyada adını “sülhməramlı” qoyan kontingentin missiyasının əsl mahiyyətini ortaya çıxaracaq, eyni zamanda, onun daha da nüfuzdan düşməsinə səbəb olacaq. Çünki məramı sülh olan kontingent qanunsuz silahlı birləşmələr üçün silah daşımamalı, silah-sursat daşıyan karvanı müşayiət etməməlidir. Ən azı, ona görə ki, qanunsuz silahın, birləşmənin olduğu yerdə sülhdən danışmaq sadəlövhlükdür.(Report)

Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}