Peşəkar boks niyə diqqətdən kənarda qalıb?..

21:36 25.03.2023 1 119
Peşəkar boks niyə diqqətdən kənarda qalıb?..

"Hazırda Azərbaycanda peşəkar boks sahəsində vəziyyət o qədər də ürəkaçan deyil”.

Bunu Qaynarinfo-ya boks üzrə məşqçi Ramil Məmmədzadə bildirib. Onun sözlərinə görə, əsas problem sponsor tapmaqdır:

"Yaxşı boksçularımız var. Onlar dünya arenasında Azərbaycanı layiqincə təmsil etmək iqtidarındadırlar. Təəssüf ki, sponsor tapa bilmirik. Öz gücümüzə müəyyən döyüşlər edirik. Amma bu kifayət deyil”.

Məşqçinin sözlərinə görə, hazırda yetirməsi Kazım Umudovu döyüşə hazırlayır:

"Aprel ayında döyüş baş tutmalıdır. Kazım Umudov kifayət qədər ümidverici boksçudur. Əminəm ki, bu döyüş onun üçün uğurla nəticələnəcək. O, peşəkar boks karyerasında 10 döyüş keçirib, 5 qələbəsi var. 33 yaşı olmasına rəğmən, daha yüksək titullar uğrunda döyüşmək gücündədir”.

Onun sözlərinə görə, bu gün Azərbaycanda idmanın digər növləri sürətlə inkişaf etsə də, peşəkar boks sahəsində axsama var:

"Bunun səbəbi təkcə sponsorla bağlı məsələ deyil. Nepotizm bütün sahələrə sirayət etdiyi kimi, idman sahəsinə də təsirsiz ötüşməyib. Peşəkar boksun da diqqətdən kənarda qalmasının əsas səbəblərindən biri də budur. Bir də görürsən, istedadlı boksçu kənarda qaldı, hansısa biznes maraqlarına və yaxud qohumuq əlaqələrinə görə bir başqasını önə verdilər. Yəni, dəstək oldular. O da uğurlu nəticə göstərmir. Bu halda, istedadlı boksçular həvəsdən düşür, karyerasına son verir. Mən, çox sayda istedadlı boksçular tanıyıram ki, bu gün yarışlara çıxmaq imkanı yoxdur. Halbuki onlara dəstək verən olsa, Azərbaycan bu sahədə öncüllərdən olar.

Bu gün ölkədə narkomaniya geniş vüsət alıb. Bu bəlaya qarşı mübarizənin bir növü də təbii ki, idmandır. Biz də fəaliyyətimizdə bu məsələyə xüsusi diqqət yetiririk. Yəni, məqsədimiz yalnız yaxşı idmançı yetişdirib, pul qazanmaq, bu işi biznesə çevirmək deyil. Məqsədimiz həm də gəncləri pis vərdişlərdən uzaq tutmaq, sağlam həyat tərzi sürmələrinə vəsilə olmaqdır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}