Deputat: “Bizə belə sülhməramlı lazım deyil”

11:20 27.03.2023 746
Deputat: “Bizə belə sülhməramlı lazım deyil”

“Son günlər Qarabağda yenidən gərginlik artmaqdadır. Bunun əsas səbəblərindən biri sülhməramlı missiya və onun yarıtmaz fəaliyyətidir. Qarabağdakı sülhməramlıların ermənilərin qanunsuz silah daşınmasına şərait yaratması onu göstərir ki, Rusiya və Ermənistan müharibəyə hazırlaşır. Hamıya məlum olduğu kimi, sülhməramlılar - adlarından da göründüyü kimi regionda sabitliyin təmin olunmasına çalışmalı idilər. Silahların daşınması isə onu göstərir ki, onlar mövcud gərginliyi daha da gücləndirmək, sülh prosesinə maneə olmaq istəyirlər. Əlbəttə, bu, qəbuledilməzdir. Ən azından ona görə ki, rus hərbçilərinin bu addımı həm də 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanata ziddir...”

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu gün artıq sülhməramlılar açıq şəkildə terrorçuların dəstəkçisinə çevriliblər:

“Bu, məkrli siyasətdən xəbər verir. Separatçıların Azərbaycana qarşı təxribatlarında sülhməramlılar da rol oynayır. Görünür, tərəflər arasında güclü işbirliyi var. Vəzifə və öhdəliklərinin əksinə olaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır. Biz, 3 il ərzində sülh üçün çalışdıq. Amma sülh prosesinə süni əngəl yaradılır. Təxribatlara, o cümlədən qanunsuz silah daşınmasına imkan verə bilmərik.

Ermənistanın təxribatları onu deməyə əsas verir ki, biz, güc yolu ilə cavab verməli olacağıq. Qarabağdakı rus hərbçiləri haqqında isə onu deyim ki, belə sülhməramlılara ehtiyacımız yoxdur. Əsas vəzifə kənarda qalıb. Sülhməramlılar gah “taksi” fəaliyyəti ilə məşğul olur, gah bağça tikir, gah da təxribatçıları dəstəkləyirlər. Madam ki, onlar sülh yox, gərginlik yaratmaqla məşğuldurlar, onda ən qısa zamanda - vaxtından tez onların torpaqlarımızı tərk etməsi barədə düşünməliyik. Çünki alternativ yoxdur.

Biz, sülh üçün çalışsaq da, buna qarşılıq görmürük. Yəni daha 30 il gözləmək niyyətimiz yoxdur. Ən kiçik təxribata belə çox sərt reaksiya veriləcək. Bunu hamı bilməlidir. Eyni zamanda mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruriliyini göstərir”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}