İtkin düşən tələbənin anası oğlunun ardınca İrana yollanıb

21:09 27.03.2023 1 000
İtkin düşən tələbənin anası oğlunun ardınca İrana yollanıb

Martın əvvəllərində İranda itkin düşən azərbaycanlı tələbə Fərid Səfərli hələ də tapılmayıb. Bu barədə Turan.az-a onun anası Dilarə Əsgərova martın 27-də bildirib. Ana oğlunu axtarmaq üçün Tehrana yollanıb.

Xatırladaq ki, Fərid Səfərli fevralın 20-də təhsil aldığı Almaniyadan Tehrana gedib. Martın 4-dən sonra onunla əlaqə kəsilib.

Almaniya polisi onun kompüterini və şəxsi əlaqələrini araşdırır, amma hələlik heç bir bağ tapa bilməyib. Yalnız Fəridin Almaniyada təhsil alan iranlı qızla tanış olduğu və onun ardınca İrana getdiyi məlumdur.

Ananın sözlərinə görə, o, bu qızın telefon nömrəsini tapıb, qız Tehran Tibb Universitetinin sonuncu kursunda oxuyur. "Onun təcrübə keçdiyi klinikanın nömrəsini öyrəndim. Amma oradan mənə dedilər ki, bu qız 20 gündür klinikaya gəlmir. Aydın olurdu ki, məni aldadırlar və həqiqəti gizlədirlər", - deyə, qadın bildirib.

Dilarə Əsgərova İranda vəkil tutub və bu ölkənin hüquq-mühafizə orqanlarına müraciət edib:

"Hüquq-mühafizə orqanlarının sistemində Fəridlə bağlı məlumat çıxmadı. Bəzi orqanlar isə baxmaqdan imtina etdi. Dedilər ki, Fərid yüngül cəza alsa idi sistemdə onun barəsində məlumat olardı. Ağır cinayətlər sistemdə görünmür. Mən, soruşdum ki, ağır cianyət nədir? Dedilər ki, casusluq və sair cinayətlərdir. Bir sözlə, indiyədək Fəridlə bağlı hər hansı məlumat ala bilməmişik".

Azərbaycanın Təbrizdəki konsulluğundan qadına deyiblər ki, İran hakimiyyəti Fərid Səfərlinin işi ilə bağlı sorğuya cavab verməyib.

Azərbaycan XİN də itkin düşən tələbənin işi ilə bağlı İran hakimiyyətinə nota göndərib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}