Türkiyə prezidentliyinə namizədlərin hələlik 4-ü məlumdur

21:33 29.03.2023 1 728
Türkiyə prezidentliyinə namizədlərin hələlik 4-ü məlumdur

Xəbər verdiyimiz kimi, Türkiyənin Ali Seçki Qurumu prezidentliyə namizədlərin ilkin rəsmi siyahısını yayıb: Rəcəb Teyyub Ərdoğan, Kamal Kılıçdaroğlu, Məhərrəm İncə, Sinan Oğan.

Yekun siyahı martın 31-də açıqlanacaq.

Prezident seçkisi mayın 14-də parlament seçkisi ilə birgə keçiriləcək.

İlk turda prezident seçilmək üçün etibarlı səslərin 50 faizindən çoxunu almaq tələb olunur, əks halda ən çox səs yığmış iki namizəd ikinci tura (28 may) çıxır.

Rəcəb Teyyub Ərdoğan Xalq ittifaqında birləşən Ədalət və İnkişaf, Milliyyətçi Hərəkat, Böyük Birlik, Yenidən Rifah partiyalarının namizədidir. Hür Dava Partiyası da ona dəstək verir.

1954-cü il fevralın 26-da doğulan Rəcəb Teyyub Ərdoğan iqtisadiyyat və ticarət üzrə ali təhsil alıb.

1976-cı ildən siyasətlə məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub, 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.

2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyasına liderlik edən Rəcəb Teyyub Ərdoğan, 2003-cü ildən baş nazir olub, 2014-cü ildə prezident seçilib. 2017-ci ildə Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub, 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alaraq, həm də hökumət başçısı səlahiyyətlərinə yiyələnib.

Kamal Kılıçdaroğlu Cümhuriyyət Xalq, Demokrat, Demokratiya və Sıçrayış, Gələcək, Səadət partiyalarını və Yaxşı Partiyanı birləşdirən Millət ittifaqının namizədidir.

1948-ci il dekabrın 17-də doğulan Kamal Kılıçdaroğlu iqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Maliyyə Nazirliyində, Gəlirlər Baş İdarəsində, Əmək və Sosial Müdafiə Nazirliyində məsul vəzifələr tutub, Sosial Sığortalar Qurumuna başçılıq edib.

2002-ci ildən parlamentin – Türkiyə Böyük Millət Məclisinin deputatıdır.

2010-cu ildən Cümhuriyyət Xalq Partiyasına sədrlik edir.

Məhərrəm İncə lideri olduğu Məmləkət Partiyasının namizədidir.

1964-cü il mayın 4-də doğulan Məhərrəm İncə fizika üzrə ali təhsil alıb, bir müddət müəllimlik edib. 1983-cü ildən siyasi fəaliyyətlə məşğuldur. 2002-ci ildən 2015-ci ilədək 5 dəfə parlamentin deputatı seçilib. 2018-ci ildə Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olub. Məmləkət Partiyasını 2021-ci ildə yaradıb.

Müstəqil siyasətçi Sinan Oğanı Ata ittifaqında birləşən Ədalət, Ölkəm, Türkiyə İttifaqı və Zəfər partiyaları namizəd göstərib.

1967-ci il iyulun 1-də doğulan Sinan Oğan Azərbaycan türküdür. İqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Milliyyətçi Hərəkat Partiyasının üzvü, parlamentin deputatı (2011-2015-ci illər) olub.

Partiyalar 600 nəfərlik Böyük Millət Məclisinə düşmək üçün təkbaşına və ya ittifaq daxilində ölkə üzrə etibarlı səslərin azı 7 faizini qazanmalıdır.

Millət vəkilliyinə müstəqil namizədlik də mümkündür.

Ali Seçki Qurumu parlament seçkisinə 36 partiyanı buraxıb: Ana Vətən Partiyası, Böyük Birlik Partiyası, Böyük Türkiyə Partiyası, Cümhuriyyət Xalq Partiyası, Demokrat Partiyası, Demokratik Sol Partiya, Demokratiya və Sıçrayış Partiyası, Ədalət Partiyası, Ədalət-Birlik Partiyası, Ədalət və İnkişaf Partiyası, Əmək Partiyası, Gələcək Partiyası, Gənc Partiya, Güc Birliyi Partiyası, Hür Dava Partiyası, Haqq və Azadlıqlar Partiyası, Xalqın Qurtuluş Partiyası, Xalqların Demokratik Partiyası, Məmləkət Partiyası, Millət Partiyası, Milli Yol Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Müstəqil Türkiyə Partiyası, Səadət Partiyası, Sol Partiya, Türkiyə Fəhlə Partiyası, Türkiyə İslahat Partiyası, Türkiyə Kommunist Hərəkatı, Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Yaxşı Partiya, Yaşıllar və Sol Gələcək Partiyası, Yeni Türkiyə Partiyası, Yenidən Rifah Partiyası, Yenilik Partiyası, Zəfər Partiyası.(Pressklub)

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}