Rüstəm Usubov MTN-də şantaj edilib?..

22:13 29.03.2023 1 599
Rüstəm Usubov MTN-də şantaj edilib?..

Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi bu gün də davam edib.

"Qaynarinfo" xəbər verir ki, zərərçəkən Qulam Bağırov MTN polkovniki Sahib Ələkbərovun ötən prosesdə səsləndirdiyi iddialara cavab verib. O, çıxışında Sahib Ələkbərovun baş prokurorun birinci müavini olmuş Rüstəm Usubovu şantaj etdiyini bildirib:

“Sahib Ələkbərov deyir ki, guya baş prokurorun birinci müavini Rüstəm Usubov ona təzyiq göstərib. Bu, inandırıcı deyil. Çünki Sahib Ələkbərov öz otağında Rüstəm Usubovdan izahat aldığını dəfələrlə bildirib. Belə qənaətə gəlmək olar ki, MTN-in İstintaq İdarəsi Rüstəm Usubovun günahlarını ifşa etməklə, onu şantaj edərək, pis niyyətlərinə nail olaraq, millətdən külli miqdarda, hədə-qorxu ilə pul almaq üçün həmin təzyiq vasitəsi ilə baş prokurorun müavinindən tələb olunan qərarları və təqdimatları almağa nail olublar”.

Zərərçəkən daha sonra MTN polkovnikinin onda video görüntülər və səs yazıları olması barədə iddialarına toxunub:

“Sahib Ələkbərov çıxışında bildirib ki, onda video görüntülər və səs yazıları var, onları ortaya çıxarsa, faciə baş verəcək. Möhtərəm hakimlər, Sahib Ələkbərov bu ifadəsi ilə bir daha subut edir ki, o, MTN-də yuva salmış mütəşəkkil cinayətkar quldur dəstənin tərkibində olub. Özünü sığortalamaq üçün dəstə tərkibindəki cinayətləri videoya çəkib, səslər yazıb. Onun bu ifadəsi həm də ittihamı sübut edir. Əgər cinayət əməlləri olmayıbsa, MTN İstintaq İdarəsi Azərbaycan Respublikasının qanunlarına riayət etməklə fəaliyyətdə olubsa, orada müstəntiq işləyən Sahib Ələkbərov niyə özünü sığortalamaq haqda düşünüb, gizli videolar çəkib və yaxud səs yazırdı? Sahib Ələkbərov hər iki məhkəmə instansiyasında şantaj xarakterli çıxışlar etməklə, özünün də MTN-dəki cinayətkar dəstənin tərkibində olmasını sübut edir. Təsəvvür edək ki, Sahib Ələkbərovda həmin səs yazıları və video görüntülər var, onu ortaya çıxardı. Həmin materiallar bizim məhkəməyə aiddir ya yox, bunu bilmirəm. Fərz edək ki, həmin yazılarla bağlı kimisə cəlb elədilər və o, hansısa ifadələr verdi. Bu zaman o da üzə çıxacaq ki, Sahib Ələkbərovun özü də həmin cinayətlərin içində olub və bu səsli və yaxud video görüntüləri lentə alıb. Buyurun aydınlıq gətirin, mən düz deyirəm, yoxsa Sahib Ələkbərov?”

Qulam Bağırov Mövlam Şıxəliyevin məşhur vəkil Elçin Qəmbərova 510 min manat rüşvət verməsindən danışıb:

“Bu məhkəmə kürsüsündən Mövlam Şıxəliyevə ritorik sual verirəm: Niyə Elçin Qəmbərovdan 510 min manat görə şikayət etmisiz? Belə qənaətə gəlmək olar ki, siz 510 min manat pul itkisi ilə heç cürə razılaşa bilməmisiniz. Necə olur? Sizin qanunsuz yolla əldə etdiyiniz pullarınız dəyərlidir, amma bizim ailənin mənzilini satırmaqla aldığınız pullar dəyərli deyil?!

Əvvəlki məhkəmə prosesində Mövlam Şıxəliyevin çıxışını diqqətlə dinləmişəm və analiz etmişəm. Mən, hüquqşunas deyiləm, amma ali savadlı maliyyəçiyəm və ümumiyyətlə, analiz etmək mənim bilavasitə peşəmdir. Mövlam Şıxəliyevin çıxışı çap olunmuş vərəqlərdə idi və Şıxəliyev vərəqdən oxuyurdu. Burdan belə qənaətə gəlmək olar ki, həmin çıxış ona vəkilləri tərəfindən verilib. Çünki onun saxlandığı Bakı İstintaq Təcridxanasında printer və kompyuterə dustaqların çatımlılığı yoxdur. Mövlam Şıxəliyev uzun illər MTN İstintaq Baş İdarəsinin rəisi olub, 2 vəkili var. Bunlar çıxışa necə hazırlaşıblar ki, yazılı çıxışın əvvəli ilə sonunda ziddiyyət yaranır? Mən, sualı boşuna vermədim, düşünürdüm ki, sualıma Şıxəliyev yox, onun vəkilləri cavab verib, çıxışın saxtalığını ört-basdır edərlər. Məsələn, deyə bilərdilər ki, “Şıxəliyev öz otağında heç kimi qəbul etməyib, müstəntiqlərin otağında görüşüb Fuad Kərimov və yaxud digərləri ilə”. Amma vəkilləri susdular. Şıxəliyevin cavabı şok oldu: “Təbii”. Düşünürəm ki, Şıxəliyev baş verənlərdən nəticə çıxarmalıdır!”
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}