“De Byazi bizə xeyir verməyəcəksə, onu niyə saxlamalıyıq?” - Mircavadov

22:44 29.03.2023 1 526
“De Byazi bizə xeyir verməyəcəksə, onu niyə saxlamalıyıq?” - Mircavadov

“Ümidliydik. Amma hər iki oyunda çox böyük səhvlər oldu. O səhvlər ki, Azərbaycan çempionatında nadir hallarda edilir. Əslində Avstriya və İsveç millimizin səhv etməyi üçün problem yaratmadı. Problem bizim komandamızın özündə oldu”.

Bu sözləri Qol.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.

Avro-2024-ün seçmə mərhələsində millimizin Avstriya (1:4) və İsveçə (0:5) məğlubiyyəti haqda fikirlərini bildirən yığmamızın sabiq çalışdırıcısı komandamızdakı problemlərdən danışıb:

“Müdafiədə həddindən artıq zəif oynadıq. Nə Avstriya, nə də İsveç əvvəlki kimi güclü deyil. Bundan istifadə etmək lazım idi. Birinci növbədə millimizdə heyət seçimi düzgün deyildi. Bir az yaşlı oyunçuları kənarda saxlamaq olmaz. Onların təcrübəsindən istifadə etmək lazımdır. Bizim millidə Emin Mahmudov lider ola bilər. Onun iş qabliyyəti, danışığı, hörməti var. Amma ona da kömək lazımdır. Onu da deyim ki, Almeyda ilə oyunu yaxşı alınırdı. Bir-birini yaxşı tapırdılar.

Mən, özüm də belə hesabı gözləmirdim. Hər iki oyuna yaxşı başlamışdıq. Amma tez də söndük. Elə qollar buraxdıq ki, adam məəttəl qalır. Rəqiblər bizim qapımıza həddindən artıq zərbə vurdular. Komandamız 60-cı dəqiqən sonra “oturur”. Amma bu oyunlara hazır olmalı idik”.


"De Byaziyə demişəm ki, mövqe dəyişikliyi etmə, komanda öz oyununu itirir"

A.Mircavadov yığmamızın baş məşqçisi Canni De Byazinin lazımsız rotasiyalar etdiyini bildirib:

“Oyunçu dəyişikliyində diqqətli olmalıyıq. De Byazinin özünə də demişəm ki, çalış, mövqe dəyişikliyi etmə, sən dəyişiklik edəndə komanda öz oyununu itirir. Mən, heç vaxt bu cür yerdəyişmə etməmişəm. Oyunçunun mövqeyini dəyişəndə onunla məsləhətləşməlisən, məşq prosesində onu yoxlamalısan. Futbolçunun özünün də razılığı olmalıdır. Oyun ərzində müəyyən yerdəyişmələr ola bilər. Amma oyunçunun mövqeyini birdən-birə dəyişəndə təbii ki, problem olacaq. Cinah müdafiəçisi cəld olmalıdır. Hücuma çıxanda geri qayıtmağı da bacarmalıdır. Yəni bunu çatdırmalıdır. Əgər geri qayıda bilmirsə, onda problemlər yaranır. Biz də buna görə çox boşluqlar verdik. Höccət Haqverdi cinahda istənilən oyunu göstərmir. Biz noyabr ayında Məşqçilər Komitəsi olaraq, De Byazi ilə görüşəndə ona mövqe dəyişiklikləri ilə bağlı sual verdik. Dedi ki, ardıcıl qələbələr qazanırıq, ona görə bu cür davam etmək istəyirəm. Amma futbolçu öyrəşmədiyi mövqedə yaxşı oynaya bilməz”.

"Maksim Medvedev, Qara Qarayev niyə millidə olmasın?"

Təcrübəli mütəxəssis “Qarabağ”ın futbolçuları Qara Qarayev və Maksim Medvedevin yığmadan kənarda qalmasını düzgün hesab etmədiyini deyib:

“Bizdə oyunçu olmasa, onda baş məşqçinin bu taktikasını başa düşmək olar. "Mən yığmanı cavanlaşdırıram" deyə bir şey yoxdur. Milli komandada futbolçunun pasportuna yox, onun oyununa baxırlar. Məsələn, Maksim Medvedev, Qara Qarayev niyə millidə olmasın? Həm Maksimin çıxış etdiyi sağ cinahda, həm də Qaranın oynadığı mərkəzdə çox problem oldu. O problemlər də nəticədə belə məğlubiyyətlərə gətirib çıxardı. Deyirlər ki, Maksimin 33 yaşı var. Amma “Qalatasaray”la oyunda çox yaxşı çıxış etdi. Maksim kənarda qalası oyunçu deyil. Ümumiyyətlə, yaşlı oyunçunu birdən-birə atmaq olmaz. Onun yığmadakı əməyinə qiymət vermək lazımdır. Yeri gələndə onunla məsləhətləşmək də lazımdır. Onu milliyə çağırmayanda da özü ilə danışmalısan. Futbolçu mənə filan sözü söylədi deyə, onu birdən-birdə millidən kənarlaşdırmaq olmaz. Bunu SSRİ dövründə yalnız dahi məşqçilər edirdi. O məşqçilərin çəkisi ağır idi. Ancaq onlar da sonradan həmin oyunçunu çağırıb, söhbət edib, komandaya qaytarırdı. Xorvatiya millisinin kapitanı Luka Modriç elə oynayır ki, elə bil 20 yaşındadır. Heç mən bilməzdim ki, onun 37 yaşı var. Yəni təcrübəli futbolçuların meydanda olması çox vacib amildir. Heyf ki, bizdə buna fikir vermirlər”.

"Həmkarımdır, istəmirəm ağır söz deyim..."

75 yaşlı mütəxəssis millimizin baş məşqçisi Canni De Byazinin İsveçə 0:5 hesablı məğlubiyətdən sonra “Komandam əla oyun göstərdi” ifadəsinə də münasibət bildirib:

“Futbolda belə ifadə yoxdur ki, "əla oynadım", 0:5 uduzdum. De Byazinin bu cür açıqlamasının mənası belə çıxır ki… Həmkarımdır, istəmirəm ağır söz deyim.

Futbol elə bir oyundur ki, küçədə oynayanda birinci hesabı soruşurlar. Qol vurmusunuz? Bəli. Əla. Yəni heç kim demir ki, qol vurmadıq, amma əla oynadıq. Tablo hər şeyi göstərir. İsveçlə oyunda daha böyük hesabla uduza bilərdik. Əslində Avstriyadakı oyun bizə siqnal idi ki, bəzi futbolçularda psixoloji durum yaxşı deyil, tez sınırlar. Niyə Qazaxıstan Danimarkadan 2 qol buraxandan sonra 3 qol vura bilir? Hər iki oyunda qol buraxana qədər bizim futbolçularımız da yaxşı çıxış edirdilər. Yəni topla yaxşı işləyirdilər, səhvsiz idilər. Ancaq qol buraxandan sonra oyunumuz itir".


Mircavadov hazırda qrupun ən zəifi bizim millimiz olduğunu qeyd edib:

“Estoniya millisinin baş məşqçisinin fikirləri mənə çox təsir etdi. Deyir ki, biz Bakıda əks-hücumda yox, hücumda oynayacağıq. Təəssüf ki, indi qrupda ən zəif bizim millimiz hesab olunur. Bunu özümüz etdik”.

“Sabah yığışıb, söhbət edəcəyik"

AFFA Məşqçilər Komitəsinin üzvü "De Byazi millimizdə qalmalıdır, yoxsa göndərilməlidir” sualını da cavablandırıb:

“Sabah özümüz yığışıb, söhbət edəcəyik. Görək, rəhbərlik nə deyəcək. Əsas məsələ odur ki, baş məşqçi ilə bağlı nə etmək lazımdır. Əgər, De Byazi bizə xeyir verəcəksə, o başqa məsələ. Əgər xeyir verməyəcəksə, niyə onu saxlamaq lazımdır? Biz bunu Məşqçilər Komitəsi olaraq, özümüz müzakirə edəcəyik. Adətən oyundan dərhal sonra adam əsəbi olur. Ona görə də bir az sakitləşəndən sonra qərar vermək lazımdır. Sakitlik olandan sonra müzakirələr aparmaq daha yaxşıdır”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}