İşıqlı insan, dəyərli akademik - Feyzulla Qasımzadə!

12:31 30.03.2023 4 384
İşıqlı insan, dəyərli akademik - Feyzulla Qasımzadə!

29 mart ədəbiyyat tariximizin dəyərli araşdırmaçısı, çoxsaylı monoqrafiyaların, qiymətli kitabların müəllifi, əvəzsiz akademik Feyzulla Qasımzadənin anım günüdür. Xəzinə sayıla biləcək əsərləri ilə həm də öz imzasını tarixə yazmış hörmətli akademikin elmi həyatı və yaradıcılığı ilə oxucularımızı da bir qədər yaxından tanış etmək istəyirik.

Feyzulla Səməd oğlu Qasımzadə 1898-ci il, fevralın 22-də Bakı qəzasının Mərdəkan kəndində anadan olub. Atası Səməd kişi Zeynalabdin Tagiyevin məktəbinin tikilib ərsəyə gəlməsi üçün varisi olduğu öz torpağını təmənnasız olaraq, məktəb üçün bağışlamışdı.

F.Qasımzadə Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb (1923-1925), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib (1926-1929), Azər­baycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspirantı olub (1929-1931). Filologiya üzrə namizədlik (1939), doktorluq (1955) dissertasiyaları müdafiə edib, professor (1957) elmi adını alıb.

F.Qasımzadə 1962-ci ildə AMEA-nın müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü seçilib.

Akademik Mirzə Feyzulla Qasımzadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya kafedrasının yaradıcısı, XX esrin dahi alimi olub.

Əmək fəaliyyətinə 1916-cı ildən Abşeron kəndlərində və Bakı şəhərinin mək­təblərində müəllimliklə başlayıb, Bakı Pedaqoji Texnikumunda (1928-1929), APİ-də (1929-1931) müəllim, Xalq Maarif Komissarlığında metodist-təlimatçı (1931-1938) vəzifələrində çalışıb. SSRİ EA Azərbaycan Filialının Dil və Ədəbiyyat İns­titutunda baş elmi işçi, Azərbaycan Pedaqoji İnstitutunda dosent, kafedra müdiri, Azərbaycan Dövlət Universitetində kafedra müdiri, Azərbaycan Pedaqoji İnstitu­tunda Ədəbiyyat kafedrasının müdiri (1959) vəzifələrində çalışmışıb.

Akademik Feyzulla Qasımzadə Azərbaycan ədəbi-elmi fikrində ədəbiyyat tarixçisi kimi tanınan ilk alimlərdən biridir. Azərbaycan ədəbiyyatı tarixinin zəngin və məhsuldar bir mərhələsi olan XIX əsr dövrünün ilk və əsaslı tədqiqi bilavasitə onun adı və fəaliyyəti ilə bağlıdır. Alim bütün ömrü boyu həmin dövrün ədəbiyyatının həm tarixi, həm də nəzəri məsələləri ilə məşğul olaraq, sonrakı ədəbiyyatşünaslar üçün məktəb və örnək rolu oynayan fundamental əsərlər yazıb. F.Qasımza- dənin elmi tədqiqat üsulunu və prinsiplərini müəyyən edən əsas cəhət onun həmişə ilk mənbələrə - təzkirə və əlyazmalarına, arxiv sənədlərinə və dövrü mətbuat materiallarına istinad etməsi və ədəbiyyat tarixini, onun ayrı-ayrı nü­mayəndələri haqqında monoqrafik tədqiqatları özünün tapıb, üzə çıxardığı faktlar əsasında yaratmasıdır.

Alim özünün müəyyən etdiyi prinsiplər əsasında həm Azərbaycanda yeni ictimai-siyasi sistemin məhsulu kimi formalaşan bir dövrün - bütöv bir yüzilliyin ədəbiyya­tının ümumi inkişaf istiqamətini və mərhələlərini əks etdirən «XIX əsr Azərbaycan ədəbiyyatı tarixi» adlı fundamental tədqiqat (1956,1962,1974), həm də bu yüzillik­də yaşayıb-yaratmış böyük sənətkarlar haqqında monoqrafiyalar yazıb.

F.Qasımzadənin Azərbaycan ədəbiyyatının böyük klassiklərindən M.F.Axund-zadə (1938), A.Bakıxanov (1956) və N.Vəzirov (1954) haqqındakı monoqrafiyaları ədəbiyyatşünaslığımızı zənginləşdirən əsərlərdəndir. Alimin «Xalq aşıq poeziyası» (1950), «Tənqidi realizm» (1952), «Vaqifin ədəbi məktəbi» (1954) və s. kitabları da ədəbiyyatımızın mühüm tarixi və nəzəri məsələlərinin araşdırılmasına həsr edilib. O, üçcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin (1957-1960] 2-ci cildinin əsas müəlliflərindən biridir.

F.Qasımzadə iki dəfə «Qırmızı Əmək Bayrağı» ordeni (1953,1967) və medal­larla təltif edilmiş, Əməkdar müəllim (1943), Əməkdar elm xadimi (1958) fəxri adlarını alıb.

Akademik Feyzulla Qasımzadə 1976-cı il, martın 29-da Bakıda vəfat edib, doğulduğu Mərdəkanda dəfn olunub.

Əsl ziyalı Vətən oğlu olan akademikmizə Allahdan rəhmət diləyirik!

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}