Nazirlər Kabineti köhnə avtomobillərin idxalına qadağa qoymaqla, avtomobillərin icbari texniki baxışının saxta olduğunu təsdiqlədi

22:21 31.03.2023 1 524
Nazirlər Kabineti köhnə avtomobillərin idxalına qadağa qoymaqla, avtomobillərin icbari texniki baxışının saxta olduğunu təsdiqlədi

Aprelin 28-dən Azərbaycana 10 və daha öncə istehsal olunmuş avtomobillərin gətirilməsi qadağan edilib. Nazirlər Kabinetinin 94 saylı qərarının əsaslandırılmasında adamların sağlamlığının, ətraf mühitin qorunmasının, atmosferə zərərli maddələrin atılmasının və ekoloji vəziyyətin yaxşılaşdırılmasının vacibliyi göstərilib. Qeyd olunur ki, statistik məlumatlara görə, Azərbaycanda 1,4 milyondan çox minik avtomobili var ki, bunların da 80%-dən çoxu (1,3 milyon) istehsal müddəti 10 ildən çox olan nəqliyyat vasitələridir. Nazirlər Kabineti ölkə ərazisində köhnə avtomobillərin sayını azaltmaqla havanın çirkli tullantı qazlardan təmizlənməsinə nail olmaq istəyir.

Ancaq sual yaranır: məlum olduğu kimi, istehsal tarixi 10 il və ya daha çox olan bütün avtomobillər yol polisinin Diaqnostika mərkəzlərində texniki baxışdan keçməlidir. Texniki baxışın gecikməsinə və ya məlumat bazasında texniki xidmətin aparılmasına dair qeydin olmamasına görə sürücü 20 manat cərimə edilir. Eyni zamanda, texniki xidmət zamanı avtomobillərin mühərriklərindən çıxan qaz tullantılarının tərkibi mütləq yoxlanılır, əgər tullantı normaya uyğun deyilsə, belə maşın istismara buraxılmamalıdır. Yəni, ölkədə istifadə olunan bütün avtomobillər nəzəri olaraq atmosferi çirkləndirmir. Lakin Nazirlər Kabineti hesab edir ki, köhnə avtomobillər ekologiyaya təhlükə yaradır və bu cür avtomobillərin idxalının qadağan edilməsi barədə qərar qəbul edib.

Ziddiyyətin səbəbi nədir? Bəlkə ondadır ki, 2020-ci ildə Bakıda Sədərək bazarının yanında tikilmiş, müasir diaqnostika aparatları ilə təchiz edilmiş Baş Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzi boşdur?
Qeyd edək ki, "Turan.az"da Zabrat qəsəbəsindəki boş Diaqnostika Mərkəzi haqqında məqalə də dərc olunub - "Gündə 2000 avtomobilin yoxlanması üçün nəzərdə tutulmuş Texniki Baxış Mərkəzi niyə boşdur?"

Adının açıqlanmasını istəməyən oxucu martın əvvəlində Sədərəkdəki Diaqnostika Mərkəzində avtomobilini yoxlatdırıb. O, "Turan.az"a bildirib ki, beş texniki baxış xətti olan böyük zal boşdur, girişdə bir neçə gənc işçi var: "Yaxınlıqda inzibati korpus yerləşir, sürücülər avtomobillərini park edirlər və dərhal da dəhlizdə növbətçi zabitin göstərdiyi kabinetə gedirlər. Orada məndən 120 manat istədilər, mən 100 manat verdim. İki dəqiqə ərzində avtomobili yoxlamadan müfaviq normalara uyğun və istifadəyə yararlı kimi məlumat bazasına daxil etdilər".

Beləliklə, oxucu öz avtomobilini "yoxladıb", bu xidmət 100 manata (dövlət rüsumları da daxildir) başa gəlib.

"Əgər maşının qanuni yoxlanmasına israr etsəydim, mütləq 2-3 nasazlıq tapacaqdılar ki, onların aradan qaldırılması üçün bir neçə gün vaxt və yüz manata yaxın pul itirərdim. Sonra yenidən Diaqnostika Mərkəzinə gələcəkdim və avtomobilin ikinci testi uğurla keçəcəyi və ya məni yenidən təmirçilərə göndərib-göndərməyəcəkləri məlum deyil. Onlara dərhal yüz manat vermək və məsələni dəqiqələr ərzində həll etmək daha yaxşıdır", - deyə, oxucu bildirib.

Bakılılar İnternet forumunda Zlaw yazır: "Səhər saat 8.20-də yol polisinə (Sədərək) gəldim. Yanğınsöndürən soruşdular. Tibbi yardım çantası var? Deyirəm ki, yoxdur. O zaman 5 nömrəli kabinetə gedin. 100 manat istədilər, 90 manat verdim, 5 dəqiqədən sonra talon aldım, belə oldu".

Faktiki olaraq, Azərbaycanda avtomobillərin icbari texniki baxışı aparılmır, Diaqnostika mərkəzlərində yalnız pulun sürücülərin cibindən çıxıb, orada çalışan bir neçə zabitin cibinə getməsi baş verir. Bunun təsdiqini hər gün Azərbaycan yollarında görmək olar, qonaqlar 20-30 il öncəki sovet və digər avtomobillərin bolluğuna heyran qalırlar. Bəziləri dəhşətli vəziyyətdədir, köhnə əyilmiş "Jiguli"lərin damında metal qırıntıları daşınır, tullantı borusundan qara tüstü çıxır...

Azərbaycanda həqiqi icbari texniki baxışın olmaması Nazirlər Kabinetinin rəsmi saytında dərc edilmiş, köhnə avtomobillərin idxalına qoyulan qadağanın əsaslı olmasını bir daha sübut edib.

Əgər prosedur formal və korrupsiya ilə aparılırsa, niyə dövlət sürücülərdən məcburi texniki xidmətdən keçməyi tələb edir? 2022-ci ilin oktyabrından nəqliyyat vasitələrinin icbari texniki baxışının ləğv olunduğu digər ölkələrdən nümunə götürmək daha yaxşı deyilmi?

"Turan.az" Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru Mübariz Ağayevə (012 590-81-07) dəfələrlə zəng edib, lakin telefon cavab vermir. Bütün avtomobillər üçün icbari texniki baxış olduğu halda, köhnə maşınların idxalına qoyulan qadağanın səbəbi barədə sualı qurumun elektron ünvanına göndərdik. Cavab yoxdur.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}