Fransada "Sumqayıt: SSRİ-nin dağılmasının başlanğıcı" nəşri təqdim edilib

22:27 31.03.2023 1 323
Fransada "Sumqayıt: SSRİ-nin dağılmasının başlanğıcı" nəşri təqdim edilib

Dünən Parisdə "Sumqayıt: SSRİ-nin dağılmasının başlanğıcı" kitabını təqdim etmək üçün Fransanın paytaxtına gələn Aslan İsmayılov tərəfindən təşkil edilmiş ədəbi dəyirmi masa keçirilib.

Bunun üçün "Fransa-Azərbaycan Dialoqu" Assosiasiyası tərəfindən dəyirmi masa təşkil edilib. Tədbirdə Fransa jurnalistləri və beynəlxalq jurnalistlər, müəssisə, assosiasiya rəhbərləri və ziyalıların nümayəndələri iştirak ediblər.

Sumqayıt prosesində ittiham aktı 400 səhifədən ibarət olub. Cildləri hər gün oxumaq "qorxuducu idi". İstintaqın bütün nöqteyi-nəzərləri "bu qırğının sponsoru" kimi SSRİ-ni göstərirdi. Azərbaycanlılar və ermənilər "Rusiyanın bu manipulyasiyasının əlavə qurbanları" olub.

Müəllif 2008-ci ildə Krımda və hazırda Donbasda baş verənləri müqayisə edir, "bu proses Sumqayıtda baş verənlərlə bənzərdir, çünki Rusiyanın siyasəti hökmranlıq naminə bölməkdən ibarətdir".

Sumqayıtda kütləvi iğtişaşlar 27-29 fevral 1988-ci il tarixlərində baş verib. Həmin vaxt bu hadisələr Azərbaycan ərazilərinin bir hissəsinə - Qarabağa iddia edən Ermənistanın əlində mühüm karta çevrilib.

Məşhur azərbaycanlı vəkil Aslan İsmayılovun kitabı 2010-cu ildə işıq üzü görüb. İsmayılov Sumqayıt hadisələri haqqında cinayət işində dövlət ittihamını müdafiə edən prokuror olub.

İsmayılov bildirib ki, Sumqayıt hadisələri geosiyasi, regional xarakterli müxtəlif maraqların toqquşmasına, sovet sistemində böhrana və erməni milliyyətçi qruplarının ambisiyalarına səbəb olub.

Onun fikrincə, həmin vaxt erməni milliyyətçi dairələri azərbaycanlılarla birgə yaşamağın mümkün olmadığını sübut etməyə çalışırdılar və onlar hadisələri başladıblar - 1987-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyası və Qarabağın Azərbaycandan ayrılması uğrunda açıq mübarizə başlayıb.

Ermənilərin talan edilməsi məqsədilə ilk təxribat Naxçıvanda, ikincisi Gəncədə törədilib. Hər iki halda yerli hakimiyyət təxribatların qarşısını almağa müvəffəq olub.

Keçmiş prokuror yada salır ki, Sumqayıt işini Moskvanın, Belarusun istintaq qrupları, habelə Ermənistanın istintaq orqanları aparırdı. Və talanlara erməni Eduard Qriqoryanın rəhbərlik etdiyi sübut olunub. Amma yenə də istintaq mühüm faktlar aradan qaldırılmaqla aparılıb. Nəticədə hər şey hadisələrin xuliqan ünsürlər tərəfindən təşkil olunması kimi qələmə verilib.

İttiham aktında Qərb mətbuatının yazdığı kimi minlərlə deyil, 32 nəfərin - 26 erməninin və erməniləri müdafiə edən 6 azərbaycanlının öldürüldüyü qeyd edilirdi.

Sonradan zorakılıq vüsət alıb, bu da hər iki tərəfdən bir milyondan çox insanın köçürülməsinə, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə və hələ də davam edən çoxillik düşmənçiliyə gətirib çıxarıb.(Turan.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}