Neft-qaz elmi-tədqiqat layihə İnstitutunda kadrları necə seçirlər?

20:22 3.04.2023 6 839
Neft-qaz elmi-tədqiqat layihə İnstitutunda kadrları necə seçirlər?"SOCAR-ın Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” mövzusunda imtahanlar keçirilib. Əvvəllər də bir neçə dəfə keçirilmiş belə imtahanlar institutun iş rejimini pozmaqdan başqa bir işə yaramır".

Bu haqda institutun əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, yüzlərlə insan iş-gücünü buraxıb, imtahana hazırlaşmaq məcburiyyətində qalıb:

“İnstitut daxilində fəaliyyət göstərən klinikaya müraciət edən əməkdaşların sayı çoxalıb. Attestasiya imtahanlarını institutun baş mühəndisi Fazil Həsənov götürür. SOCAR-ın vitse-prezidenti Yaşar Lətifovun təbirincə desək, bu, “bir aktyorun teatrı” təsiri bağışlayır. İmtahanlar yenə sovetdənqalma ənənə üzrə, bilet çəkmə metodu ilə keçirilir. 6-7 nəfərlik komissiya üzvləri baş mühəndisi izləmək məcburiyyətində qalırlar. İmtahan keçirməkdə məqsəd heç də əməkdaşların biliyini müəyyənləşdirmək deyil. Fazil Həsənovun dediyi kimi, hər bir əməkdaşın arxasında kimin durduğunu müəyyənləşdirmək və gələcəkdə hər hansı xahiş etmək məqsədi daşıyır. İnstitutda keçirilən imtahanlarla əlaqədar baş mühəndis Fazil Həsənova məxsus bir deyim dillər əzbəridir: “Bu axmaqlar elə bilirlər ki, oxumaqla imtahan vermək olar”. Maraqlıdır, əgər doğrudan da Fazil Həsənovun dediyi kimi, oxumaqla imtahan vermək mümkün deyilsə, o zaman o, niyə bu qədər insanı stress altında saxlayır? Bunun nə mənası var?"

Şikayətçinin bildirdiyinə görə, 1000-dən artıq əməkdaşı olan Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunun baş mühəndisi Fazil Həsənovun dissertasiya işi, elmlər doktoru alimlik dərəcəsi almaq üçün topladığı, dərc etdirdiyi bütün materiallar, institutun vəsaiti hesabına dərc etdirdiyi kitablar (17-18 ədəd) saxtadır.

O, həmçinin qeyd edib ki, baş mühəndis Fazil Həsənov Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) ev almaq üçün də saxtakarlığa əl atıb:

"İlk saxtakarlığı 1990-cı illərdə əkiz övladlarının olması barədə saxta sənədlə ev almaq cəhdi olub. Amma bu cəhd uğursuz alınıb. Ev almaq üçün növbəti saxtakarlıq cəhdi isə uğurla nəticələnib. MİDA-nın sosial təbəqə üçün inşa etdirdiyi Yasamal Yaşayış Kompleksində güzəştli mənzilə yiyələnib. MİDA-nın Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı zamanı qanunsuz şəbəkə quraraq vətəndaşlara pul müqabilində ev udmaqda kömək edən vətəndaşlardan biri də Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunun əməkdaşı, İT mütəxəssisi Məmmədov Elçin Elman oğlu olub. Yüksək sürətli internet və bir neçə kompüterdən eyni vaxtda istifadə imkanı institutun baş mühəndisi Fazil Həsənovun icazəsi olmadan mümkün deyil. Elçin Məmmədov birbaşa Fazil Həsənovun rəhbərliyi altında fəaliyyət göstərib”.

Şikayətçi bildirib ki, baş mühəndisin aztəminatlı sosial təbəqə üçün nəzərdə tutulmuş evlərdən mənzil alması mənəviyyat məsələsidir:

"İnsanları yüksək vəzifəyə təyin edən zaman mənəviyyat, vicdan deyilən məfhumlar nəzərə alınımırmı"?

İnstitutun əməkdaşı Fazil Həsənovun kadr seçimi ilə əlaqədar narazılığını da bildirib. O, rəhbər vəzifələrə qadın əməkdaşların cəlb olunduğunu qeyd edib:

“Fazil Həsənovun rəhbərliyi dövründə kurasiyasında olan şöbələrdə rəhbər vəzifələrdə qadın əməkdaşlar irəli çəkilir. Şöbə rəisləri və layihənin baş mühəndisləri vəzifələrində qadınlar üstünlük təşkil edir. Halbuki, dəniz və quru obyektlərinə tez-tez getmək nöqteyi-nəzərindən həmişə bu vəzifələrə kişi əməkdaşların təyin olunması prioritet olub. İnstitutda qadın əməkdaşların rəhbər vəzifələrə təyin olunması gender bərabərliyi prinsipinə əsaslanır, yoxsa institutun baş mühəndisinin başqa kriteriyaları da mövcuddur”?

Qeyd edək ki, sözügedən ittihamlarla bağlı F.Həsənovun mövqeyini öyrənməyə çalışdıq. Lakin SOCAR-ın mətbuat xidmətindən bildirdilər ki, F.Həsənov institutda deyil.(Bakupost.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}