Nərimanovun varisindən ittihamlara cavab: “Bizdə Qarabağ və Zəngəzurla bağlı sənədlər var”

20:33 3.04.2023 1 381
Nərimanovun varisindən ittihamlara cavab: “Bizdə Qarabağ və Zəngəzurla bağlı sənədlər var”

Nəriman Nərimanovun varisi - qardaşı qızının nəvəsi Kamilə Hüseynova mərhum dövlət xadiminin Bakıdakı heykəlinin sökülməsi ilə bağlı fikirlərə münasibət bildirib.

Bu barədə K.Hüseynova deyib ki, sosial şəbəkələrdə Nəriman Nərimanovla bağlı səsləndirilən tənqidi fikirlər həqiqəti əks etdirmir:

“Nəriman Nərimanovun Bakıdakı heykəli onun 100 illik yubileyi münasibəti ilə qoyulub. Mərhum Prezident Heydər Əliyev heykəlin qoyulması üçün iki il Moskva və ermənilərlə mübarizə aparıb. Bəlkə də, bunu hamı bilir. Hesab edirəm ki, heykəlin sökülməsini istəyənlər bu qədər zəhməti heçə sayanlardır".

K.Hüseynova qeyd edib ki, Nəriman Nərimanovla bağlı doğru olmayan informasiyalar paylaşılır:

“Guya onun Qarabağla bağlı hansısa sənədə qol çəkdiyini deyirlər. Halbuki, Nərimanov Qarabağın ermənilərə verilməsinə qarşı çıxıb. Bu barədə protokol və sənədlər var. Hazırda həmin sənədlər muzeydə saxlanır. Zəngəzurla bağlı sənədlər də mövcuddur. Hamı bildi-bilmədi danışır. İnsanlarda çaşqınlıq yaratmaq düzgün deyil. 70 ci illərdə Heydər Əliyev Nəriman Nərimanovun bütün arxivlərini açdırdı. Əgər Heydər Əliyev kimi dünyaşöhrətli siyasətçi Nərimanova o cür qiymət veribsə, məncə, başqa kimsənin danışmaq haqqı yoxdur. Heykəlin sökülməsinə gəlincə, mən, ancaq münasibət bildirə bilərəm. Bu,artıq dövlət orqanlarının məsələsidir”.


Qeyd edək ki, bir neçə gün əvvəl Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən “Böyük bağ” ərazisindəki büstünün sökülməsi barədə məlumat yayılıb. Büstün götürülməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bir çox insanlar Nərimanovun Bakıdakı heykəlinin də sökülməsini təklifi edib.

Xatırladaq ki, 1972-cı ildə dövlət xadimi, yazıçı, həkim Nəriman Nərimanovun heykəli Bakının Yasamal rayonunda ucaldılıb.

Məlumat üçün onu da bildirək ki, Nərimanovun adı tarixi mənbələrdə Qarabağda erməni muxtariyyətinin yaradılmasına razılıq verməkdə və Zəngəzurun Ermənistan SSR-ə bağışlanmasında hallanır. Türkiyənin müdaxiləsi nəticəsində Naxçıvanla bağlı da oxşar aqibətin yaşanmasının qarşısı alınıb.(modern)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}