Azərbaycan Ordusu yenidən irəliləyib?

21:13 3.04.2023 1 120
Azərbaycan Ordusu yenidən irəliləyib?

Azərbaycan Silahlı Qüvvələri əvvəl tutduğu mövqelərdən irəliləyərək, Şuşa rayonunda iki kəndi – Allahqulular və Zamanpəyəsini tutub. Bu barədə aprelin 3-də ölkənin hökumətyönlü və rəsmi KİV-ləri məlumat yayıb.

Müdafiə Nazirliyinin saytında belə məlumat yoxdur. Bu məlumatları Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqləmək cəhdləri nəticə verməyib.

Qeyd edək ki, azərbaycanlı əhalinin yaşadığı bu iki kiçik kənd hələ 1992-ci ildə Birinci Qarabağ Müharibəsi zamanı erməni qoşunları tərəfindən işğal edilərək, yandırılmışdı. Son vaxtlara qədər bu ərazi ermənilərin nəzarəti altında idi.

Şuşadakı postdan yan keçərək, Ermənistanla əlaqə saxlamaq üçün erməni tərəfin istifadə etdiyi torpaq yol bu kəndlərdən keçir.

Martın 25-də Azərbaycan Silahlı Qüvvələri Sarıbaba dağı tərəfdən irəliləyərək, 2054 metrlik yüksəkliyi (2,9 kilometr şimal-şərqdə) tutub və post qurub. Bu yerdə üç torpaq yol birləşir ki, bununla Şuşadan yan keçməklə Laçın yoluna çıxmaq mümkün idi.

Beləliklə, erməni tərəfinin Azərbaycanın nəzarətindən yan keçməklə Ermənistanla əlaqə yaratmaq imkanını əngəlləmək mümkün olub.

Hazırda Azərbaycan Silahlı Qüvvələri bir o qədər irəliləyərək, Zamanpəyəsi kəndindən Laçın trasına qədər daha bir torpaq yolu tutub. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin postlarından yan keçərək, Xankəndidən Laçın yoluna daha bir çıxış yolu bağlanıb.(Turan)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}