İran agentləri ifşa olunur... Şeyx susur... Dövlət düşünür...

11:10 7.04.2023 1 373
İran agentləri ifşa olunur... Şeyx susur... Dövlət düşünür...

Azərbaycanda İran agentlərinin ifşası maraqlı nüansları üzə çıxarıb. Hüquq-mühafizə orqanlarının ard-arda keçirdiyi əməliyyatlar bu istiqamətdə başlayan müzakirələri daha da intensivləşdirib. Hazırda cəmiyyəti İranın agentura şəbəkəsinin ölkəmizdə necə kök atması ciddi düşündürməkdədir.

İran Azərbaycan vətəndaşlarını müxtəlif vədlərlə əməkdaşlığa cəlb edərkən əlaqədar qurumlar niyə bu hadisədən xəbər tuta bilməyiblər?

Qeyd edək ki, Azərbaycanda İran agentlərinin ifşası cənub qonşumuza qarşı ittihamların artmasına səbəb olub. Əgər əvvəllər bu ittihamlar mətbuat, müstəqil ekspertlər və ayrı-ayrı deputatlar tərəfindən irəli sürülürdüsə, indi rəsmi şəxslər də bu haqda danışır. İrana ünvanlanmış ittihamların rəsmi xarakter alması məsələnin ciddiliyindən xəbər verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ötən gün İranı hədəf alan bəyanatla çıxış edib. Azərbaycanda kifayət qədər yüksək və strateji postun sahibi olan cənab Qurbanlının İranın Azərbaycanda geniş agentura şəbəkəsini yaratmasını dilə gətirməsi uzağagedən nəticələr çıxarmağa əsas verir.

Komitə sədrinin məlum açıqlaması analitiklər üçün yeni müzakirələrə rəvac verib. Buna səbəb Qurbanlının İranın maraqlarından çıxış edən 118 din xadiminin məscidlərdə tutduğu vəzifələrdən uzaqlaşdırılması barədə açıqlama verməsi olub. Dövlət rəsmisi həmin şəxslərin əvvəlki dövrlərdə məscidlərdə özlərinə “yuva” saldığına işarə edib.

Burada söhbətin kimdən getdiyi isə açıq-aydın ortadadır. Məlum olduğu kimi, bir neçə il əvvələ qədər məscidlərdə imam və axund təyinatı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən həyata keçirilirdi. İrana işlədiyi üçün ifşa edilərək, vəzifəsindən azad olunan həmin 118 nəfər də məhz QMİ-in sədri Şeyx Hacı Allahşükür Paşazadənin əmri ilə vəzifəyə təyin olunub. Həmin şəxslərin sayının isə daha çox olduğu şübhə doğurmur. Qarşıdakı günlərdə həm hüquq-mühafizə orqanları, həm də DQİDK tərəfindən yeni İran agentlərinin aşkarlanaraq, ifşa ediləcəyi gözlənilir.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, ölkədə İran agentlərinə qarşı mübarizənin ciddi xarakter alması QMİ rəhbərliyini və şəxsən bu qurumun sədri A.Paşazadəni çətin durumda qoyub. Cəmiyyətdə aparılan müzakirələr Şeyx üçün xoşagəlməz situasiya yaradıb. İndi təkcə küncdə-bucaqda deyil, hətta KİV-də və açıq müzakirələrdə də bu sualı tez-tez, həm də yüksək səslə eşitmək mümkündür: İran öz agentlərini Azərbaycan məscidlərində yerləşdirəndə Şeyx hara baxırdı?

Düzdür, son vaxtlar QMİ-nin rəhbər şəxsləri İran əleyhinə tez-tez çıxışlar edirlər. Dəfələrlə Şeyxin özü də cənub qonşumuzun ünvanına tənqidi fikirlər səsləndirib. Amma bu, onun uzun illər ərzində buraxdığı səhvlərə göz yummağa əsas vermir. Bu, bir faktdır ki, İran Azərbaycanda özünün agentura şəbəkəsinə dinə meylli olan, bir çox hallarda isə mömin həyatı yaşayan şəxslər arasında formalaşdırıb. Həmin şəxslərə nəzarət etmək isə birbaşa QMİ-nin vəzifəsinə aid olub. Sözsüz ki, hüquq-mühafizə orqanları İran agentlərinin Azərbaycan məscidlərinə necə yol tapdığını hərtərəfli araşdıracaq. Görünən odur ki, təkcə məscidlərimizdən qalxan kimi istifadə edən İran agentləri deyil, həm də onların əməllərinə göz yuman, bəlkə də bu təyinatları gözüyumulu həyata keçirən şəxslər də çoxsaylı suallara cavab vermiş olacaq!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}