Niyə AZAL-ın gəliri çox vaxt xərcindən az olub? – “Bu, əlbəttə, korrupsiya, yeyinti barədə əsaslı şübhələr yaradır…”

12:39 7.04.2023 1 286
Niyə AZAL-ın gəliri çox vaxt xərcindən az olub? – “Bu, əlbəttə, korrupsiya, yeyinti barədə əsaslı şübhələr yaradır…”

“AZAL-ın maliyyə hesabatlarını araşdırdım. İnternetdə şirkətin sonuncu hesabatı 2020-ci il görünür. 2021 və 2022-ci illərin maliyyə hesabatları yoxdur. Ümumi hesabatlara görə, AZAL-ın illik gəliri, doğrudan da, 1 milyarddan çoxdur. Amma xərci 1 milyarddan bir qədər azdır. Yəni hansısa illəri mənfəətlə də başa vurub. Əvvəlcə aydınlıq gətirmək istəyirəm ki, “gəlir” və “mənfəət” ayrı-ayrı şeylərdir. Mənfəət gəlirdən xərcin çıxılması yolu ilə əldə edilir. Məsələn, biz adi vətəndaşıq, kimsə, təxminən, min manat əməkhaqqı alır, bu, onun gəliridir, mənfəəti yox. Çünki onun aylıq hansısa xərcləri var. Bu vətəndaşın aylıq xərci 700 manatdırsa, deməli, mənfəəti 300 manat olur. Əksinə, xərci 1100 manatdırsa, deməli, 100 manat da əlavə ziyandadır. 100 manatı bəs haradan götürüb? Ya kimdənsə borc edib, ya da əvvəl yığdığı puldan xərcləyib. Eyni məsələ AZAL və digər şirkətlərə də aiddir. AZAL-ın maliyyə hesabatlarından görünür ki, bəzi illərdə mənfəəti olub, yəni gəliri xərcindən çox olub. Amma əksər illərdə, xüsusən əvvəlki illərdə ziyanla işləyib. Həmin ziyan isə indiyə qədər toplana-toplana gəlib. Tutaq ki, 10 il ilin 8 ilini ziyanla, 2 ilini mənfəətlə işləyib. Hətta bu il mənfəətlə işləsə belə, əvvəlki ziyanlar hələ də AZAL-ın “belindədir”. Bunun da, dediyimiz kimi, iki yolu var – ya borc almalıdır, ya da dövlət kömək edə bilər…”

Bu fikirlər ekspert Əkrəm Həsənova aiddir.

O, “Niyə AZAL-ın gəliri xərcindən çox vaxt az olub?” sualına isə belə cavab verib:

“Hamımız bilirik ki, AZAL-ın qiymətləri digər xarici aviaşirkətlərlə müqayisədə çox yüksəkdir. Bu, əlbəttə, korrupsiya, yeyinti barədə əsaslı şübhələr yaradır. “Xərcim çoxdur” deyəndə, bu xərclərin xeyli hissəsi reallıqda AZAL-ın fəaliyyətinin təmin edilməsinə yox, kimlərinsə cibinə gedib. Bunun da müxtəlif yolları var. Guya baha qiymətə nəsə alırlar. Məsələn, təyyarənin avadanlıqlarının həqiqi qiyməti, təxminən, 1 milyondursa, AZAL hesabata 3 milyon yazır. 2 milyonun 500 minini satanın cibinə qoyurlar, 1 milyon 500-nü də öz ciblərinə. Belə-belə xərcləri artırıb, şişirirlər. AZAL-da müvafiq yoxlamalar da gedib. Ümid edirəm ki, xüsusən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni rəhbərliyi bu sahədə dəyişikliklər etmək əzmindədir. Yəqin, nəticəsini görəcəyik ki, AZAL nəinki çox yüksək gəlirlə, həm də mənfəətlə işləyəcək”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}