"Elmira Axundova Azərbaycanın yox, Rusiyanın səfiri kimi danışır"

13:27 8.04.2023 1 320
"Elmira Axundova Azərbaycanın yox, Rusiyanın səfiri kimi danışır"Azərbaycan Ukraynaya yeni səfir təyin edir. Bu barədə Bakupost.az saytı Xarici İşlər Nazirliyindəki etibarlı mənbədən məlumat əldə edib. Bildirilib ki, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyinin yeni rəhbəri artıq təsdiqlənib. Lakin Prezident sərəncamı üçün prosedura uyğun olaraq, Ukrayna hökumətindən dəvətnamə, daha doğrusu, aqreman alınmalıdır. Bununla bağlı lazımi sənədlər Ukrayna Xarici İşlər Nazirliyinə təqdim olunub.

Qeyd edək ki, keçmiş deputat Elmira Axundova 2020-ci ilin mart ayında səfir təyin olunub. O, Ukrayna müharibəsi başlayan kimi Kiyevi tərk edib və həmin vaxtdan Ukraynaya getməyib. Onun səlahiyyətlərini Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev yerinə yetirir. Peşəkar diplomat olmayan E.Axundovanın səfirlik fəaliyyəti ilə bağlı mediada bir çox tənqidi materiallar gedib.

Yayılan xəbəri dəqiqləşdirmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə ilə əlaqə saxlanıb. Ayxan Hacızadə “Yeni Müsavat”a bildirib ki, bu barədə onlarda hər hansı məlumat yoxdur: “Səfirin geri çağırılması və yeni səfirin təyinatı cənab Prezidentin səlahiyyətindədir. Ukraynadakı səfirlə bağlı sərəncam olarsa, o zaman bu barədə rəsmi məlumat veriləcək”.

Bəllidir ki, Ukrayna iki ildir Rusiya ilə müharibə vəziyyətindədir. Belə bir dövlətdə Azərbaycanın səfiri əlavə hansı keyfiyyətlərə malik olmalıdır? Elmira Axundovanın səfirlik fəaliyyətini necə qiymətləndirmək olar?

Politoloq Elxan Şahinoğlu bildirib ki, Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır, Ukrayna ağır müharibə içərisindədir, işğala son qoymağa çalışır:

“Ona görə də Azərbaycanın belə bir ölkədə çox təcrübəli, peşəkar bir diplomatının səfir olmasına ciddi ehtiyac var. Elmira Axundova Ukrayna kimi vacib ölkədə səfir yükünü daşıya bilmədi. O, səfir təyin olunandan az sonra müharibə başladı və səfir Elmira Axundova orada azərbaycnalıların problemləri ilə məşğul olmaq əvəzinə, Ukraynanı tərk etdi və geri qayıtmadı. Faktiki olaraq uzun müddətdir Azərbaycanın Ukraynadakı səfirliyi başsız qalıb və bu vəziyyət səfirliyin fəaliyyətinə təsir edir. Halbuki Azərbaycanla Ukraynanın əlaqələrinin inkişafına ehtiyac var. Azərbaycan müharibə başlanandan indiyə qədər Ukraynaya humanitar yardımlar göndərib, əlaqələrini davam etdirib. Ancaq bütün bu və digər vacib işlərin koordinasiyasına ciddi ehtiyac var. Ona görə hesab edirəm ki, Ukraynaya daha təcrübəli peşəkar bir diplomat səfir təyin olunmasına zərurət yaranıb. Mütləq deyil ki, diplomat səfir təyin olunsun. Bu, peşəkar siyasətçi də ola bilər. Siyasi proseslərdən baş çıxaran, Ukrayna siyasiləri ilə diplomatları ilə sıx əlaqə qura bilən kommunikasiya imkanları geniş olan şəxsin səfir olması Azərbaycan-Ukrayna əlaqələrinin gələcəyi üçün vacibdir.

Elmira Axundova yazıçıdır, o, səfir təyin olunanda məndə ciddi suallar doğurmuşdu. Bu sualların haqlı olduğu onun fəaliyyətə başladığı ilk vaxtlardan təsdiqləndi. Mənim Ukraynalı diplomatlarla söhbətlərim olurdu, onlar da Elmira Axundovanın səfir təyin olunmasına təəccüblənmişdilər və fəaliyyətindən də narazı idilər. Onlar xanım səfirin açıqlamalarını izləyirdilər və səfirin Rusiyanın mövqeyi ilə bağlı çıxışları onlarda suallar yaradırdı. Deyirdilər ki, Elmira Axundova bəzən Azərbaycanın yox, Rusiyanın səfiri kimi danışır".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}