Polkovnik: “Görək, beynəlxalq qurumlar əsirlikdə olan əsgərlərimizin haqlı müdafiəsinə qalxacaqlarmı...”

20:15 13.04.2023 986
Polkovnik: “Görək, beynəlxalq qurumlar əsirlikdə olan əsgərlərimizin haqlı müdafiəsinə qalxacaqlarmı...”

“Öncədən Müdafiə Nazirliyinin Mətbuat Xidməti tərəfindən elan edilmişdi ki, iki nəfər Azərbaycan əsgəri Naxçıvan bölgəsində hava şəraiti pis olduğu üçün yolunu azaraq itkin düşüb və onların atarışı ilə bağlı müəyyən tədbirlər görülüb. Adətən sərhədlərə yaxın, yaxud dağlıq ərazilərdə bir-birinin qarşısında duran mövqelərə yaxın belə hallar olur. Bilirsiniz ki, dəfələrlə erməni hərbçiləri də, mülki şəxslər də hava şəraitinin pis olması ilə əlaqədar Azərbaycan tərəfə keçiblər. Hətta ərazilərimiz işğalda olan dövrdə də belə hallar tez-tez yaşanırdı.

Azərbaycan tərəfi həmişə olduğu kimi insanlıq dəyərlərindən irəli gələrək belə hallara çox diqqətlə yanaşıb, Konvensiyanın bütün beynəlxalq tələblərini yerinə yetirib. Əsirlərin qaytarılması prosesi də bunu göstərirdi. Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən də erməni əsirlərdə zorakılıq əlamətləri olmadığı barədə rəsmi bəyanatlar verilirdi. Lakin biz yenə də itkin düşən hərbçimizə qarşı erməni vəhşiliyini, işgəncə verildiyini görürük. Bu, azmış kimi ermənilər əsgərlərimizə işgəncə edərək onları hətta belə ifadə verməyə məcbur edirdilər ki, guya bizim əsgərlər ermənilərin başını kəsiblər. Bu yolla tətbiq etdikləri işgəncənin üstünü örtmək üçün əsgərlərimizi əsir kimi yox, cinayətkar kimi qələmə vermək istəyirlər. Əlbəttə, artıq yayılan videomateriallar konkret faktlardır. Bir neçə videogörüntü yayılıb. Bəzi yerlərdən, hətta həmin videoları siliblər”.

Bu sözləri Pravda.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O, bildirib ki, bu gün həbçimizə işgəncə verilməsi ilə bağlı yayılan videolar beynəlxalq qurumlar tərəfindən diqqətə alınmalıdır:

“Düşünürəm, Azərbaycan dövləti bununla bağlı müəyyən işlər aparacaq. Çünki real faktlar var. Bu əməli törədənlərə qarşı cinayət işi qaldırılmalıdır. Beynəlxalq normaları, əsirlərlə davranış qaydalarını kobudcasına pozması ilə bağlı beynəlxalq qurumlar Ermənistanı məsuliyyətə cəlb etməli, Ermənistanı qınamalıdırlar. Ancaq ikili standartları müşahidə edən zaman beynəlxalq qurumların bu videogörüntülərə obyektiv yanaşacaqlarına inanmaqda çətinlik çəkirəm. Hər halda, erməni vəhşiliyini 30 il ərzində də görümüşük. Bu gün işğaldan azad olunmuş Azərbaycan ərazilərində, hətta tikililərin ermənilər tərəfindən darmadağın edilməsi ilə bağlı faktları bütün dünya görür, amma yenə də susur.

Ermənilərin xəmiri belə yoğrulub. Buna görə də onların nəticə çıxaracaqlarına, bundan sonra vəhşiliklərindən əl çəkəcəklərinə inanmıram. Gözləyək görək, beynəlxalq qurumlar bunu qınayacaqlarmı, Ermənistanı məsuliyyətə cəlb edəcəklərmi, əsirlikdə olan əsgərlərimizin haqlı müdafiəsinə qalxacaqlarmı...”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}