Ali Attestasiya Komissiyasinda şəxsi maraqların tüğyanı: “Bu, nə dostbazlıq, nə tanışbazlıqdır, Famil müəllim?!”

21:05 14.04.2023 1 026
Ali Attestasiya Komissiyasinda şəxsi maraqların tüğyanı: “Bu, nə dostbazlıq, nə tanışbazlıqdır, Famil müəllim?!”

“Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev sosial mikrofona güc verib şəffaflıqdan danışır, reallıqda isə dövlət qurumunda şəxsi istəklərinin diktəsi ilə hərəkət edir. Xeyir ola, bu, nə dostbazlıq, nə tanışbazlıqdır, Famil müəllim?! Yenə də adamı olanı xoş qarşılayır, qısa müddətdə dərəcələndirir, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək adamı olmayan faydalı Azərbaycan övladlarını sürünüdürür, “texniki qüsur” axtarır, təzyiq altında saxlamağa çalışırsınız?! Dəyişin davranışlarınızı və iş prinsipinizi!”

Pravda.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris Abbasov deyib.

O, bildirib ki, Azərbaycan dövlətinin elm potensialını möhkəmləndirmək naminə quruma dəvət olunan iddiaçı özünü düşmən əsirliyində hiss etməməlidir:

“Unutmayın ki, oturduğunuz kürsü Azərbaycan dövlətinə məxsusdur. Orada yalana, iftiraya, bəhanəyə yer olmamalıdır! Famil müəllim, görün, AAK-da vəziyyət nə dərəcədə acınacaqlıdırsa, hazırda 2 ildir ki, sizi ifşa edən statuslarını sildirib (və ya onun vasitəsilə yüzə yaxın doktorant və dissertantın təcrübəsizliyini istismar edib), ekspert qismində yanınıza apardığınız ADU-nun əməkdaşı, elmlər doktoru, professor Həbib Zərbəliyev qurumun ləğvi üçün petisiya hazırlayıb, ölkə Prezidentinə ünvanlamağın zəruriliyi üzərində dayanıb.

H.Zərbəliyev belə qənaətə gəlir ki, AAK kimi ləğv olunmalı bir qurum mənfi halların qarşısını ala bilməz. Sitat: “AAK lüzumsuz bir qurumdur... Kimsə bu orqanın guya mənfi halların qarşısını aldığını düşünürsə, yanlış düşünür...”.

H.Zərbəliyevin AAK haqqında “orqanın işgəncələrinə dözmək” ifadəsini işlətməsi dərhal erməni canilərinin günahsız övladlarımıza tutduqları divanı beynimizdə canlandırır.

H.Zərbəliyev davam edir: “Əks halda, alim olmaq, dərəcə almaq istəyənlər bu orqanın işgəncələrinə dözməli olacaqlar. Bu orqanın ləğv olunması tələbi ilə petisiya hazırlayıb, Prezidentə ünvanlamaq lazımdır” Sitatın sonu...”.

İ.Abbasov sonda əlavə edib:

“H.Zərbəliyev 2021-ci ildə Famil Mustafayevlə görüş əsnasında AAK-da arzuladığı işə nail olduqdan sonra AAK-ı tənqid edən "zərərli vərdişləri"nə son qoyub”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}