İmişli məktəbindəki biabırçılıq dərindən araşdırılmalıdır - VİDEO

22:52 8.01.2023 1 834
İmişli məktəbindəki biabırçılıq dərindən araşdırılmalıdır - VİDEO

Bu problem yaranmamalı idi, yaranıbsa, cavabdehlər cəzalandırılmalıdır

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı sosial şəbəkələrdə video paylaşılıb. Videoda müəllimə şagirdlərə bildirir ki, məktəbdə ayaqyolu tikilməyənə qədər, məktəbə gəlməsinlər. Və videoda tualetə getmək istəyən, lakin tualet olmadığından, sobanın yanında dayanıb, ağlayan uşaq da görünür. Müəllimə qeyd edir ki, bir dəfə də video çəkiliş yayımlayıb, lakin nəticəsi olmayıb...

Ürək ağrıdan mənzərədir. Şagirdlər 5-6 saat ərzində təbii təlabatlarını ödəmək üçün olmalı olan yerin yoxluğundan zülüm çəkirlər, o cümlədən cəmiyyətin alisi - müəllimlər!..

Problemin videosu ictimailəşəndən sonra, məsuluyyətli tərəflərdən olan Mil-Muğan Regional Təhsil İdarəsi açıqlama yayır ki, sözügedən məktəbdə 3 sanitar qovşağı var... Doğrudan da məsələ videoda qabardıldığı kimi yox, dövlət qurumunun bildirdiyi kimidirsə, onda, belə çıxır ki, müəllimlərin və şagirdlərin boyunlarına, sadəcə, tərslik düşüb. Amma Mil-Muğan Regional Təhsil İdarəsinin açıqlamasının sonrası müəllimin düz, cavabdeh tərəfin isə yalan danışdığını sövqi-təbiiliyi ilə üzə çıxarır. Rəsmi idarənin açıqlamasının davamında qeyd olunur: “Məktəb qəzalı vəziyyətdə olduğundan, 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq. Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq”... Deməli, məktəb binası həm acınacaqlıdır, həm də sanitar qovuşağı "yoxa" çıxıb!

Əsas məsələ budur ki, problem olub, var və ictimailəşəndən sonda məsul qurum açıqlama verərək vəziyyətdən çıxış yolu tapmağa çalışır. Bəs bu vaxtadək aidiyyatı qurumlar məktəb kimi mühüm bir ictimai məkanda ayaqyolunun yoxluğunu niyə nəzərə almayıblar?!. Ordakı müəllimlər, şagirdlər bu millətin, bu dövlətin sakinləri, balaları deyillər?!.

Məsuliyyət daşıyan, lakin məsuliyyətini qulaqardına vuran şəxslər bu məsələnin bu vəziyyətə gəlib çatmasına görə, mütləq cəzalandırılmalıdırlar ki, başqalarına da dərs olsun!

Əhməd

REDAKSİYADAN: Sonda aldığımız məlumata əsasən, çox təəssüf ki, "kresloya" görə, bu vaxtadək məktəbin problemlərini gizlədən direktor, videonu çəkən və yayan Leyla müəllimənin maaşından tutmaqla, üstəlik ona "Töhmət" də verib. Əslində, məktəb direktoru, - postuna olan sevdasından yaranan öz acizliyinin müqabilində, - Leyla müəllimənin cəsarətinə, qeyrətinə "əhsən!" - deyib, ona böyük təşəkkürlər etməli idi. Lakin, əfsuslar olsun ki, direktor bu əməlilə bir daha məktəbi, təhsili, şagirdləri, müəllimləri yox, yalnız öz mənafeyini düşündüyünü ortaya qoyub!..
İnanırıq ki, ölkənin təhsil sahəsinin ali qurumları bu məsələyə ədalətli yanaşacaqlar.
Qarşı tərəflər məsələ ilə əlaqədar fikir bildirmək istəsə, dinləməyə hazırıq.

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}