Politoloq: “Sərhəd keçid məntəqəsi üçün əlverişli vəziyyət yaranıb”

14:14 22.04.2023 888
Politoloq: “Sərhəd keçid məntəqəsi üçün əlverişli vəziyyət yaranıb”

Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan Ordusunun bölmələrinin Laçın yolunun şimalındakı torpaq yolları nəzarətə götürməsindən sonra Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına və bu məqsədlə yeni keçid yollarının müəyyən edilməsinə cəhdlər göstərilir.

Bu cəhdlərin qarşısının birdəfəlik alınması üçün hansı addımların atılması mütləqdir?

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov suala cavab olaraq, bildirib ki, sülhməramlılar özlərinə məxsus olmayan bir fəaliyyətlə məşğuldurlar - sərhəd funksiyaları həyata keçirirlər. Politoloq vurğulayıb ki, Azərbaycan bu funksiyaları tam şəkildə öz üzərinə götürməlidir:

“Bu məsələnin bir yolu var – orada keçid məntəqəsi qurmaq. Keçiddən kənar cəhdlər olsa, təbii ki, sərhəd qanunlarına əsasən onun qarşısı alınmalıdır. Hesab edirəm ki, indi əlverişli vəziyyətdir. Çünki Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, Zəngəzur dəhlizində eksterritoriallıq olmayacaq. Paşinyan rəsmən bildirib ki, onlar öz öhdəliklərini həyata keçirmək niyyətində deyillər. Bu baxımdan Azərbaycan 5 ili gözləmədən də Laçın dəhlizi deyilən bölgədə sərhəd nəzarətini bərpa edə bilər.


Bu mərhələdə aktual mövzu ondan ibarətdir ki, Qarabağda silahlı terrorçular var. Biz, həmin terrorçulara ultimatum verməliyik ki, ya onlar çıxsınlar, ya da könüllü şəkildə tərk-silah edilsinlər. Biz, onlara müddət verməliyik, hansısa məntəqələr qurulmalıdır ki, gəlib orada silahlarını könüllü şəkildə təhvil versinlər. Bunu antiterror əməliyyatı, yaxud da hərbi birləşmələrin dağıdılması və s. adlandırmaq olar. Orada da Azərbaycan qanunları işləməlidir, başqa cür ola bilməz. Bizim siyasətin məqsədi və mənası ondan ibarətdir ki, orada suverenlik bərpa olunsun. Suverenlik isə hüquqdan və öhdəliklərdən ibarətdir”.
(Müsavat)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}