Ermənilər Xankəndidə evləri satışa çıxardı - Necə almaq olar?

15:43 25.04.2023 939
Ermənilər Xankəndidə evləri satışa çıxardı - Necə almaq olar?

Ermənistanın əmlak saytlarına nəzər saldıqda 2020-ci il müharibəsindən sonra qiymətlərin aşağı düşdüyünü müşahidə etmək mümkündür. Bununla bərabər, Qarabağda yaşayan ermənilərin kütləvi şəkildə, hətta avadanlıqlarla birgə satışa çıxarılan əmlaklarının sayının artdığını görmək olar.

Bu ucuzlaşma əsnasında Azərbaycan vətəndaşları Xankəndidə mənzillər ala bilərmi?

Mövzuya dair Yenisabah.az-a danışan “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc bildirib ki, hazırda azərbaycanlıların Xankəndi, Xocalıdan ev almasının perspektivi yoxdur:

“Ermənilər özləri də başa düşürlər ki, onların Xankəndində uzun müddət qalma perspektivləri sıfıra bərabərdir. Çünki onlar bu və ya digər tarixi dövrlərdə Azərbaycana qarşı cinayətlər törədiblər. Bilirlər ki, gələcəkdə də problemlər ortaya çıxacaq. Ona görə də tqısa zamanda ərazini tərk etmək qərarına gəliblər.

Hesab edirəm ki, məsələni biryolluq həll etmək lazımdır. Hər hansı Azərbaycan vətəndaşının müstəqil şəkildə Xankəndidən ev alması sonradan onun istifadə olunub-olunmaması problemini ortaya çıxara bilər. Əgər belə meyllər kütləvidirsə, Azərbaycan hökuməti dövriyyəyə girib bütün evləri almaq imkanını ortaya qoya bilər. Lakin, mən, bunu real görmürəm.

Əvvəlcə Xankəndinin Azərbaycana inteqrasiyası təmin edilməlidir. Hazırda orada olan seperatçı rejim hakimiyyətdən uzaqlaşdırılmalıdır, Azərbaycasn öz hakimiyyətini qurmalıdır. Bundan sonra əgər oradakı ermənilər həmin ərazidə yaşamaq istəməzsə, bu proseslərə start verilə bilər.

Hazırda isə bu fikir real deyil. Xankəndidə seperaçtı rejimin davam etdiyi şəraitdə orada evlərin alınması real nəticələri ortaya qoymağa imkan verməyəcək. Hər şey alqı-satqı müqaviləsinin üzərində qalacaq”.


Ekspert bildirib ki, sözügedən ərazilər əvvəl Azərbaycana reinteqrasiya edilməli, daha sonra alqı-satqı məsələsi gündəmə gətirilməlidir:

“Əvvəlcə Azərbaycan Xankəndini özünə reinteqrasiya etməlidir. Ondan sonra orada yaşayan dinc əhaliyə Azərbaycan Konstitusiyasında nəzərdə tutulan hüquqlar verilməlidir, bundan sonra orada yaşamaq istəməzlərsə, diskomfort hiss edərlərsə, bu zaman evlərin alınmasından söhbət gedə bilər. Mövcud ərazi hələ ki, Azərbaycan daşınmaz əmlak bazarına aid deyil. Baxmayaraq ki, Qarabağı azad etmişik, amma Xankəndiyə nəzarət hələlik bərpa olunmayıb. Bu nəzarət bərpa ediləndən sonra proseslərə start vermək olar”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}