Qarabağdakı sülhməramlıların yeni komandanı - DOSYE

21:57 25.04.2023 1 121
Qarabağdakı sülhməramlıların yeni komandanı - DOSYE

Xəbər verdiyimiz kimi, Rusiya hakimiyyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu geri çağırmaq qərarına gəlib.

Bu barədə İrəvanın “Hraparak” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Rusiya sülhməramlılarının yeni komandanı general-polkovnik, təcrübəli hərbçi, Rusiya müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir.

Son məlumatlara görə, bu posta müdafiə naziri Sergey Şoyqunun müşaviri, general-polkovnik Aleksandr Lentsov təyin olunacaq. O, bu vəzifədə Andrey Volkovu əvəz edəcək.

Aleksandr İvanoviç Lentsov 20 dekabr 1956-cı ildə Krasnodar diyarında anadan olub. Orta məktəbi bitirdikdən sonra Ryazan Ali Hava Desant Komandanlığı Məktəbinə qəbul edilib.

103-cü hava desant diviziyasının tağım komandiri vəzifəsində çalışıb. 1979-cu ildə Əfqanıstana gəlib. 1980-1982-ci illərdə - hava-desant təlimlərinin təlimatçısı, kəşfiyyat briqadasının komandiri olub. O, kəşfiyyat qrupuna rəhbərlik etdiyi 2 il ərzində bir döyüşçüsünü də itirməyib və bir çox mühüm tapşırıqları yerinə yetirib. 1982-ci ildə 234-cü paraşüt alayının kəşfiyyat komandiri, 1982-1983-cü illərdə 234-cü paraşüt batalyonunun qərargah rəisi təyin edilib. 1983-1986-cı illərdə də 234-cü Hava Desant Alayının batalyon komandiri olub.

Lentsov Əfqanıstan, Birinci çeçen, İkinci çeçen, Bosniya, Cənubi Osetiya, Donbas və Suriya müharibələrində iştirak edib.

2013-cü ildən 2020-ci ilə qədər Rusiyanın Quru Qoşunları Baş Komandanının müavini vəzifəsini icra edib. O, 2014-cü ildə general rütbəsini alıb. 2009-2013-cü illər ərzində də Rusiya Hərbi Hava Qüvvələri komandirinin müavini vəzifəsində çalışıb.

22 yanvar 2020-ci ildən Rusiya Federasiyası Müdafiə nazirinin müşaviridir.

Ailəlidir, bir oğlu var.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}