Vahid Əhmədova hansı cəza veriləcək?..

21:00 26.04.2023 1 521
Vahid Əhmədova hansı cəza veriləcək?..

Milli Məclisin deputatı Vahid Əhmədov intizam məsuliyyətinə cəlb olunur. Parlament rəhbərliyi və həmkarları onu bloqçu Mehman Hüseynova verdiyi müsahibəyə görə qınayır. Bloqçunun “Mənə həqiqətən də xalqın seçdiyi və millətin vəkilliyini edən üç deputat adı deyə bilərsinizmi” sualına cavabında Vahid Əhmədov Əli Məsimli və Qənirə Paşayevanın adlarını çəkib, həmçinin öz adını vurğulayıb. Bir çox deputat bunu Milli Məclisin fəaliyyətinə kölgə salmaq kimi qiymətləndirir. Parlamentin 25 aprel iclasında Milli Məclisin sədri Sahibə Qafarova məsələni İntizam Komissiyasında araşdırmaq göstərişi verib.

Bildirirk ki, “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” Qanuna görə, deputat Milli Məclisin nüfuzuna xələl gətirə biləcək davranışa yol verməməlidir. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti Milli Məclisin İntizam Komissiyası həyata keçirir.

Milli Məclisin daxili nizamnaməsinə əsasən, İntizam Komissiyası 1 il müddətinə 11 üzvdən ibarət tərkibdə seçilir. Hazırda quruma Eldar İbrahimov sədrlik edir.

Deputat etik davranış qaydalarını pozduqda (kobud surətdə pozduğu hallar istisna olmaqla) parlamentdaxili məsuliyyətə cəlb olunur. Tətbiq edilən intizam tədbirləri belə sıralanır: xəbərdarlıq; söz kəsmə; iclas salonundan çıxartma; töhmət; deputat səlahiyyətlərinin itirilməsi.

İndiki halda Vahid Əhmədova xəbərdarlıq edilməsi və ya töhmət verilməsi mümkün görünür.

Vahid Əhmədov 1947-ci il aprelin 2-də Quba rayonunda doğulub. Azərbaycan Politexnik İnstitutunu və Bonn Menecment İnstitutunu bitirib. Texnika doktorudur.

Paytaxtın Maşınqayırma, Radio, Dəzgahqayırma zavodlarında məsul vəzifələr tutub, “Bakı fəhləsi”, Keşlə Maşınqayırma zavodlarının direktoru, “Bakneftmaş” İstehsalat Birliyinin baş direktoru, baş nazirin müavini, birinci müavini olub. 1990-cı ildə Ali Sovetin, 2005, 2010, 2015, 2020-ci illərdə Milli Məclisin deputatı seçilib.

Parlamentdə 52 saylı Quba seçki dairəsini təmsil edir.

“Şöhrət” ordeni laureatı, əməkdar mühəndisdir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}