Məktəblərdə təhlükəli vəziyyət – “Cəmiyyət səfərbər olmalıdır”

12:50 27.04.2023 1 359
Məktəblərdə təhlükəli vəziyyət – “Cəmiyyət səfərbər olmalıdır”

“İstər orta məktəblərdə, istərsə də ali məktəblərdə, digər təhsil müəssisələrində xoşagəlməz hadisələrin sayı artıb. Amma bunların qarşısının alınması üçün heç bir ciddi tədbir görülmür, təhsil müəssisələrinin rəhbərlərinin baş verən hadisələrə münasibəti çox vaxt adekvat olmur”.

Bu fikirləri Bakupost.az -a təhsil eksperti Nadir İsrafilov deyib.

Onun fikrincə, şagirdlərin zərərli vərdişləri, cinayət aləminə meyilliliyi gələcək üçün böyük problemlər vəd edir:

“Bir müddət əvvəl universitetlərimizin sabiq rektorlarından birinin imtahanda tələbələrin hiyləyə əl atması ilə bağlı yayılan məlumatlara sərt reaksiyası yəqin, çoxlarının yadındadır:

“Səhər tezdən zəng vurub, deyirsiz ki, uşaqlar "şparqalka”dan istifadə edib. Böyük iş olub elə bil. İmtahanda uşaq "şparqalka”dan da istifadə edər, çıxış üçün yüz dənə yol da tapar. Nə olsun? Siz oxuyanda "şparqalka”dan istifadə etməmisiniz? Özünüzdən əfsanə düzəltməyin”.



Deyək ki, “şparqalka” hardasa başa düşülən idi. Bəs, indi imtahana gələn bəzi abituriyentlərin üzərində bıçaq, kəsici-deşici vasitələrin, kimyəvi tərkibli zərərli maddələrin və s. olması nə deməkdir? Vəzifə təkcə “şparqalka”ların müəyyən edilməsi və aradan qaldırılmasından ibarətdir? Yeniyetmə və gənclərimizin bu kimi əməllərinə məsuliyyəti təkcə Dövlət İmtahan Mərkəzi daşıyır? Bunun səbəblərini araşdıran və qarşısını almaq üçün konkret bir təklif verən olubmu?

Elə bir müddət əvvəl iki universitetimizdə Novruz bayramı tədbirində tələbələrin kriminal avtoritetə həsr olunmuş mahnını oxuyaraq oynamaları sosial şəbəkələrdə yayılıb. Hətta, bunu “Zet nəslindən ZEK nəslinə keçid” kimi qiymətləndirənlər də olub. Onların “oğru dünyası”na meyl etməsi açıq-aşkar görünür. Gözləmək olardı ki, təşkilatçı və ya təşkilatçılar tezliklə üzə çıxarılacaqlar. Təəssüf ki, hər hansı bir profilaktik tədbirin həyata keçirilməsinin belə şahidi olmadıq”.


N.İsrafilov hesab edir ki, bu hallara qarşı cəmiyyət səfərbər olmalıdır:

“Qərbdən transfer olunan “Nəsillər nəzəriyyəsi”nə bizdə də maraq göstərənlərin sayında artım müşahidə olunur. Onlar, nəsillərin “alfa”, “betta”, “Z (zet)” kimi bölgüsünü aparır, nəsilləri xarakter və xüsusiyyətlərinə görə bölür. Bunlardan hansınasa üstünlük verib, bəraət qazandırırlar. Qloballaşmanın, milli kimlikdən uzaqlaşmanın fəsadlarına qarşı yeniyetmə və gənclərə nəsil-nəcabəti qorumaq kimi hisslərin aşılanması nəinki məktəblərin, universitetlərin, KİV-lərin, TV-lərin vəzifəsidir, bu milli mənsubiyyəti olan hər kəsin mənəvi borcudur. Elə çıxmasın ki, gənclər bizim gələcəyimizdir deyək, ancaq bu kimi gənclərlə hara gedəcəyimizin elə də fərqində olmayaq”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}