Azərbaycan XİN: "Paşinyanın etnik təmizləmə barədə iddiaları cəfəngiyyatdır"

21:33 27.04.2023 1 120
Azərbaycan XİN: "Paşinyanın etnik təmizləmə barədə iddiaları cəfəngiyyatdır"

Laçın yolunda sərhəd-nəzarət məntəqəsinin yaradılmasının "etnik təmizləmə" məqsədini güdməsi barədə Ermənistanın baş naziri Nikol Paşinyanın fikirləri qəbuledilməz və absurddur. Bu barədə Ermənistan hökumətinin bugünkü iclasında Paşinyanın verdiyi bəyanata cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.

“Azərbaycanın öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır, Ermənistanın Praqa və Soçidə öz üzərinə götürdüyü öhdəliklərə, eləcə də beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir.

Ermənistan tərəfinin bu kimi bəyanatları bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, qəsdən gərginliyin artırılması məqsədi daşıyır”,
- Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir.

44 günlük müharibədən sonra üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan Laçın yolundan qanunsuz fəaliyyət, döyüş sursatı və minaların daşınması üçün istifadə edib, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasını təmin etməyib.

Sərhəd məntəqəsinin yaradılması Ermənistan tərəfindən təxribatların, bu qanunsuz fəaliyyətin qarşısının effektiv alınmasına xidmət edəcək.

“Yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək bu məntəqənin təsis edilməsinin yolun bağlanması kimi qiymətləndirilməsi tamamilə yanlışdır”, - şərhdə deyilir.

Digər tərəfdən, Azərbaycan Laçın yoluna səlahiyyət və suveren hüquqlara malikdir və öz öhdəlikləri çərçivəsində vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verir.

“Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin “etnik təmizləmə” məqsədi güddüyü barədə baş nazirin cəfəng iddiası qəbuledilməzdir. Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur”, - şərhdə vurğulanır.

Paşinyanın Laçın yoluna beynəlxalq faktaraşdırıcı missiya göndərilməsinin, erməni sakinlərlə Bakı arasında dialoqun beynəlxalq mexanizmlərinin vacibliyi haqda bəyanatlarına gəlincə, Azərbaycan tərəfi erməni sakinlərlə dialoqu ölkə qanunvericiliyi çərçivəsində həyata keçirəcək və üçüncü tərəflərin bu məsələyə müdaxiləsi qəbuledilməzdir.

“Ermənistan tərəfini əsassız bəyanatlar vermək əvəzinə, ötən ilin dekabrından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara məsuliyyətlə və konstruktiv yanaşmağa çağırırıq.

Kommunikasiyaların açılması, öz qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyə çağırırıq”,
- Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}