Tez parlayıb, əbədi yanan işıqlar – ŞƏHİDLƏR

12:12 4.05.2023 2 283
Adı BƏXTİYAR idi, ruhu da bəxtiyar oldu

Tez parlayıb, əbədi yanan işıqlar – ŞƏHİDLƏR

Şəhid valideyni, jurnalist və ictimai təşkilat nümayəndələrindən ibarət bir qrup ictimai fəal Qobustan rayonunun Nabur kəndində Şəhid Bəxtiyar Bayramşah oğlu Məmmədovun ailəsini ziyarət ediblər. Şəhid ailəsini ziyarət etməkdə məqsəd ailə ilə tanışlıq, onların qayğıları ilə maraqlanmaq və onları geniş oxucu auditoriyasına tanıtmaqdan ibarət olub.

Bu barədə məlumat verən ziyarətçilər, Şəhid Bəxtiyar Məmmədovun həyat və döyüş yolu ilə Şəhidin valideynlərinin, kənd ağsaqqallarının, qohum və qonşularının hekayələşmiş söhbətlərindən bir daha yaxından tanış olublar. Şəhidin ata və anası nə qədər kövrəlsələr də, fəxarətlə etdikləri söhbətləri bir tarixi qəhrəmanın obrazını canlandırıb ziyarətçilərin düşüncəsində. Bayramşah kişi igid oğlu Bəxtiyarın uşaqlıq xarakterlərindən, idmana həvəsindən, hərbçi olmaq arzularından və döyüş yollarından sinə dolusu danışıb.


Ağsaqqallar, qohum-qonşular da öz növbələrində Bəxtiyarın böyüdüyü mühitdən, yeniyetməlik, gənclik çağlarında hərtərəfli aktiv oğul olmağından, mehriban davranışlarından, el-obasına, vətəninə bağlılığından müxtəlif ibarələrlə bəhs ediblər və Nabur kəndinin bütün Şəhid balaları ilə qürur duyduqlarını məğrurluqla dilə gətiriblər.

Qeyd edək ki, Nabur qədim tarixə malik Azərbaycan kəndlərindən olmaqla yanaşı, həm də xalq yaradıcılıq ənənələrinin formalaşdığı və yaşadıldığı, istedadlı aşıqların, sənətkarların, ziyalıların yetişdiyi torpaqdı (bu barədə başqa yazımızda geniş bəhs etməyi planlaşdırırıq). Qəhrəmanımız da məhz belə bir yurdda ərsəyə yetib, sevdiyi hərbçi peşəsinə yiyələnib və Nabur oğlu olaraq Azərbaycan hərb tarixinə adını əbədi yazdırıb.

Valideynlərinin və ellilərinin etdikləri söhbətlər əsnasında ziyarətçilərin topladıqları Şəhid həyatının qısa məlumatlarını oxucularımızın da diqqətinə çatdırırıq:


Bəxtiyar Bayramşah oğlu Məmmədov 1996-cı ildə, avqust ayının 8-də Qobustan rayonunun Nabur kəndində anadan olub. 2002-ci ildə Əbülfət İbrahimov adına Nabur kənd tam orta məktəbinin 1-ci sinfinə qədəm qoyub, 2013-cü ildə isə həmin məktəbin 11-ci sinfini bitirib.

O, 2012-2014 illərdə “taekvondo” idman növü ilə məşğul olub və müxtəlif yarışlarda 1-ci2-ci yerlərə layiq görülb.

Bəxtiyar 02 oktyabr, 2014-ci ildə Qobustan RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılıb və daxili qoşunların “N” saylı hərbi hissəsində 2016-cı ilin aprel ayına qədər xidmət keçib. Elə həmin hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının kursunu(MAHHXHQ) bitirərək, “çavuş” rütbəsiylə Xüsusi Təyinatlı Dəstədə xidmətini davam etdirməyə başlayıb. Hərbi xidməti boyunca Bəxtiyar döyüş hazırlığı təlimlərində sərrast atıcılığı, idman üzrə aktivliyi, fitri savadı və nümunəvi tərbiyəsi ilə həmişə fərqlənib və nümünə göstərilib.


2019-cu ilin iyun-avqust aylarında Türkiyə Cümhuriyyətində Jandarma Özəl Asayiş Komutanlığı (JÖAK) kursunu yüksək nailiyyətlərlə bitirib. 2020-ci ilin aprel ayında hərb sıralarından tərxis olunan Bəxtiyar Məmmədov, 2020-ci ilin avqust ayında yenidən Müdafiə Nazirliyinin nəzdində MAHHXHQ kursunda “tuşlaycı” vəzifəsinə sahiblənib. Daha sonra “N” saylı hərbi hissədə xidmətə başlayıb.

2020-ci ilin sentyabr ayında başlayan Vətən Müharibəsinə qoşulan Bəxtiyar, bir sıra qızğın döyüşlərin iştirakçısı olub. Əsasən FüzuliXocavənd rayonlarının düşməndən azad olunması uğrunda rəşadətlə döyüşən Bəxtiyar Məmmədov 2020-ci ilin oktyabr ayının 30-da qəhrəmanlıqla Şəhid olub.


Bəxtiyar Bayramşah oğlu Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Qəhrəman İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”
“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Valideynlərinə, el-obasına bol səbr diləyiylə, Qəhrəmanımıza Allahdan rəhmət diləyirik! Ruhu şad, məkanı cənnət olsun igid oğlumuzun!

Allah bütün Şəhidlərimizdən rəhmətini əsirgəməsin!






Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}