M.Ə.Rəsulzadənin nəvəsi aclıq, səfalət içində ölməməli idi... - VİDEO, FOTO

13:51 6.05.2023 1 189
M.Ə.Rəsulzadənin nəvəsi aclıq, səfalət içində ölməməli idi... - VİDEO, FOTO

"Fotoda bilirsiz kimdir? Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, oğlu Azərin övladı Ramiz Rəsulzadə. 1942-ci ildə Qazaxıstanda doğulub. Onun da taleyi şəcərənin əksər üzvləri kimi kədərli olur".

Bakupost.az xəbər verir ki, bunu sosial şəbəkədə tanınmış tarixçi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev yazıb.

O, qeyd edib ki, Ramiz Rəsulzadə repressiyalardan sonra vətənə - Naxçıvana, xalası və əzizlərinin yanına dönüb:

"Hətta xalası onun üçün elçi gedir və Ramizi evləndirir. Lakin cəmi iki il sonra 2000-ci ildə özündən sonra övlad izi qoymadan, beyninə qan sızaraq dünyadan köçür. Özü də necə ölür? Kasıbçılıq, səfalət və aclıq içində".

Böyük Rəsulzadənin nəvəsi Ramizin son fotosu və onun geyindiyi ayaqqabıların fotolarını da paylaşan Zaur Əliyevin sözlərinə görə, Ramiz Rəsulzadə qul bazarında fəhləlik edib:

"Çox kasıb və acımasız həyat yaşayıb. Böyük bir coğrafiyada müstəqil dövlət quran Rəsulzadənin nəvəsi belə ölməli deyildi, özü də belə şəraitdə.

Müsavatı və müsavatçılıq ideyasını yaradan Böyük adamın nəvəsi səfalət çəkəndə Müsavat partiyası hara baxırdı? Hakimiyyət hara baxırdı? Naxçıvan rəhbərliyi hara baxırdı? Azərbaycanda Rəsulzadə adı altında özlərinə ad-san qazanan deputatlar harada idi?

Böyük nəslin davamçısının səfalət içində ölməsi Azərbaycan adına heç yaraşmadı".


Qeyd edək ki, bir müddət əvvəl rejissor Tahir Tahiroviç Ramiz Rəsulzadənin ölüm anının görüntüsünü yaymışdı. 2000-ci ildə çəkilən videonu rejissor belə şərh etmişdi:

"Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Ramiz Rəsulzadə ilə dostluq edirdim. Bir gün zəng gəldi ki, Ramz bəy yolda hüşunu itirib, yıxılıb. Kameramı götürüb, xəstəxanaya getdim. Təxminən 3 saat sonra vəfat etdi. Həmin anları nə qədər acı olsa da, lentə ala bildim. Ruhun şad olsun. 2000-ci ilin xatirəsi".









Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}