“Ona səs vermək gülləni öz ayağına sıxmaq deməkdir” - “Böyük layihə”yə ŞİLLƏ kimi CAVAB

20:39 7.05.2023 772
“Ona səs vermək gülləni öz ayağına sıxmaq deməkdir” - “Böyük layihə”yə ŞİLLƏ kimi CAVAB

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu “Nə Qərb, nə Şərq, bu, türkün yoludur” dediyi “böyük layihəsi”ni təqdim edib. O, bu layihəsinin Türkiyənin mənfəətinə hesablandığını bildirib.

Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə hədəflədiyi “Yeni İpək Yolu” Azərbaycandan keçmir! 5500 km-lik quru yolu İrandan (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd), Qazaxıstanda Almatını keçərək Çinə birləşir.


Başqa sözlə, Kılıçdaroğlu “İpək Yolu” layihəsindən Azərbaycanı kənarlaşdırıb və bunu açıqca elan edir. O halda Zəngəzur dəhlizindən ümumiyyətlə, söz etməyə dəymir. Ona görə ki, Zəngəzur dəhlizi bu layihənin bir hissəsi kimi nəzərdən keçirilir. (Axar.az)

Kamal Kılıçdaroğlunun Azərbaycan və Zəngəzur layihəsinə bu münasibəti nədən qaynaqlanır?
Politoloq Qabil Hüseynli Musavat.com-a açıqlamasında bildirib ki, Kılıçdaroğlu orta ölçülərə malik, siyasi sanbalı ilə seçilməyən, rəhbərlik etdiyi siyasi partiyada yetərincə reytinqi olmayan bir siyasətçidir.


Politoloq qeyd edib ki, onun gəlişi ilə partiyada çalxalanma yaşanır:

“Partiyada siyasi liderlik uğrunda mübarizə hər an davam edir, qurultayların yaxınlaşması ilə daha da artır. Bu partiyanın özündə sağlam ruhi-psixoloji vəziyyət yoxdur. Kamal Kılıçdaroğluda partiyanı siyasi mübarizənin avanqardına çıxara bilmək qabiliyyəti yoxdur. Düşünmürəm ki, o, Türkiyə kimi dünyada sayılıb-seçilən bir ölkəyə rəhbərlik edə bilsin, ölkənin problemlərini həll edə bilsin. Türkiyənin hədəfləri həddindən artıq böyükdür - Türkiyəni 10 inkişaf etmiş ölkədən birinə çevirmək, Türk Dövlətləri Təşkilatını inkişaf etdirərək dünyanın siyasi mərkəzlərindən birinə çevirmək, regional gücünü daha da inkişaf etdirib Yaxın Şərqin, eləcə də Avroasiya Birliyinin ən fəal oyunçularından birinə çevrilmək hədəfi. Kılıçdaroğlunun Türkiyəni bu hədəflərə çatdırmağa nə potensialı, nə də digər keyfiyyətləri var. O, yalnız əyalət siyasətçisi ola bilər. Türkiyəyə Ərdoğan kimi dünya miqyaslı, Türkiyəni nəzərdə tutduğu hədəflərə çatdıra biləcək bir lider lazımdır. Kılıçdaroğlunun qlobal siyasətin ayrı-ayrı nüansları barədə formalaşmış fikirləri yoxdur”.

Politoloq Qabil Hüseynli vurğulayıb ki, Kılıçdaroğlu türk millətçisi deyil, Türkiyənin milli, mədəni və digər problemlərini həll edə biləcək konseptual baxışlara malik deyil:

“O, Zəngəzur dəhlizi haqqında, Azərbaycanın strateji rolu haqqında, Türk Dövlətləri Təşkilatının çəkisi barədə elementar təsəvvürə malik deyilsə, Türkiyəni hansı hədəflərə aparıb çıxara bilər? Kılıçdaroğlunun fəaliyyətini ciddi surətdə izləyən bir şəxs kimi əgər sıralama lazım gələrsə, onu Türkiyə siyasətçiləri arasında bəlkə də onuncu, ondan daha sonrakı yerə qoya bilərəm. Kılıçdaroğlunun ətrafına toplanan komandasına baxanda adam dəhşətə gəlir. Məsələn, Əli Babacan erməni mənşəli bir adamdır, Qərbin nökəri olmağa hazır olan, Qərbin istənilən sifarişini həyata keçirməyə hazır olan bir şəxsdir. Meral Akşeneri vitse-prezident təyin etmək istəyirlər. Bir-biri ilə uyğun gəlməyən, ruhi-psixoloji vəziyyətləri bir-birindən fərqlənən komanda Türkiyəni, türk dünyasını fəlakətə apara bilər. Mən onların iş başına gələcəyinə inanmıram. Kamal Kılıçdaroğluya səs vermək gülləni öz ayağına sıxmaq deməkdir.

Biz Türkiyədən ruh alırıq. Amma Türkiyənin lideri elə bir şəxs olmalıdır ki, ölkəni bizim arzuladığımız, qardaş xalqın arzuladığı dəyərlərə çatdıra bilsin. Kılıçdaroğlunun hətta Türkiyənin inkişaf etmiş, formalaşmış hərbi-sənaye kompleksi haqqında belə normal baxışları yoxdur. O, Türkiyənin gələcəyi ilə bağlı açıq-aydın, elmi surətdə əsaslandırılmış və praktikanın sınağından çıxmış baxışları olmayan, idarəçiliklə bağlı səriştəsi olmayan, xalqın müəyyən dairələri tərəfindən istehza ilə qarşılanan bir şəxsdir. Türk xalqı hər şeyi diqqətlə ölçüb-biçən xalqdır. Ciddi siyasi təcrübəsi olan bir xalqdır. Xalq siyasi naşılara səs verməz”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}