"Çek almağa pulum yoxdur, həkim qəbuluna düşə bilmirəm" - 26 saylı poliklinikadan şikayət

14:54 25.05.2023 1 401
"Çek almağa pulum yoxdur, həkim qəbuluna düşə bilmirəm" - 26 saylı poliklinikadan şikayətBakı şəhəri, Nizami rayon sakini Gülbala Abdullayev 26 saylı Şəhər Poliklinikasından şikayətçidir.

Bu barədə şikayətçi Gülbala Abdullayev özü mətbuata açıqlama verib.

Onun sözlərinə görə, çek almadığı üçün həkim qəbuluna düşə bilmir:

"Poliklinikada belə qayda var, həkim qəbuluna düşmək üçün 20 manat ödəyib, sonra çek almalısan. Bütün xəstələr belə edir. Amma mənim pulum yoxdur. İmkanım çatmır deyə, qəbul etmirlər. Hər dəfə çek almaq üçün yaxınlaşanda, deyirlər ki, komputer işləmir. Bu poliklinikanın anam və həyat yoldaşımın ölümündən də xəbəri olmayıb. Yoldaşım 9 il onkoloji xəstəlikdən əziyyət çəkib. 5 ildir vəfat edib. Heç birindən xəbərləri yoxdur. Özüm də 2-ci qrup əliləm”.

Gülbala Abdullayev çekin verildiyi şöbənin rəisindən narazılığını da ifadə edib:

“Çek verən şobənin rəisi Vüsalə adlı xanımdır. O, sanitar idi. Birdən-birə gəlib bu vəzifəni tutub. Vüsalə xanım baş həkim Aidə xanımın yanında mənə dedi ki, get, hara istəyirsən, şikayət et, Bakı Baş Səhiyyə Mərkəzindən Aysel xanım mənim arxamdadır. Baş həkim Aidə xanım onlarla başa çıxa bilmədiyini deyir. O, bildirir ki, hər tibb bacısının bir adamı var, zəng edib tapşırtdırır”.

Şikayətçi, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsə də, ona cavab verilməyib:

"Bakı Baş Səhiyyə Mərkəzində 4, TƏBİB-də isə 1 dəfə olmuşam. Məni yola verdilər. Srağagün hər iki quruma elektron qaydada müraciət etdim. Səhiyyə Nazirliyinə də müraciət etmişəm. Cavab yoxdur. 1 həftə də gözləyəcəm, nəticə olmasa, Mehriban Əliyevaya müraciət edəcəyəm. Hər şeyi sübut edə bilərəm”.

Məsələ ilə bağlı 26 saylı Şəhər Poliklinikası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.(Bakupost.az)

Qarşı tərəfləri də dinləməyə hazırıq(red.).
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}