Azərbaycan əhalisi televiziyalarda hansı verilişləri izləyir? - SORĞU

12:24 1.06.2023 1 138
Azərbaycan əhalisi televiziyalarda hansı verilişləri izləyir? - SORĞU

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi ötən sorğular vətəndaşların məlumat mənbələri arasında televiziyanın ilk sırada qərarlaşdığını göstərib. Bu istiqamətdə növbəti rəy sorğusundan əldə olunan nəticələr yerli, yoxsa xarici televiziya yayımlarına üstünlük verildiyini, eləcə də daha çox hansı növ proqramların izlənildiyini müəyyən etməyə imkan verib.

Ümumi nəticələrə görə, respondentlərin 81.8%-i televiziya kanallarını izlədiyini, 18.2% izləmədiyini bildirib. O cümlədən, sorğuda iştirak edənlərin 69.8%-i əsasən yerli televiziya kanallarına, 12.0%-i xarici televiziya kanallarına üstünlük verdiyini ifadə edib.


Nəticələr respondentlərin yaş qrupu, gender mənsubiyyəti və yaşayış yerinin növünə görə fərqlənir:

Aşağı yaş qruplarından yuxarı yaş qruplarına doğru televiziya kanallarını izlədiyini bildirənlərin sayında artım qeydə alınır. Xatırladaq ki, ötən sorğular gənc nəslin əsas məlumat mənbələri kimi internet resurslarının, sosial şəbəkələrin ön planda olduğunu göstərib. Hazırkı sorğu da televiziya kanallarını izləməyənlərin daha çox 18-24 yaş qrupu (46.2%) iştirakçılar olduğunu müəyyən edib.

Kənd ərazi vahidlərində yaşayan respondentlərin 87.6%-i, şəhərdə məskunlaşanların isə 77.0%-i televiziya kanallarını izlədiyini bildirib. Kəndlərdə yaşayan respondentlərin 93.8%-i əsasən yerli, 6.2%-i əsasən xarici kanalları izlədiyini ifadə edərkən, şəhərdə yaşayanlar üzrə bu göstəricilər 80.5% və 19.5%-ə bərabər olub.

Nəticələri gender aspektindən nəzərdən keçirdikdə, qadınların 86.1%-i, kişilərin 77.7%-i televiziya kanallarını izlədiyini bildirib.

Respondentlərin hansı növ proqramları daha çox izləməsinə gəlincə, bu barədə ardıcıllıq yerli və xarici kanal izləyiciləri üzrə fərqlənir. Yerli kanalları izləyənlər daha çox xəbər və analitika proqramlarını qeyd edərkən, xarici kanallar üzrə film və serial izləyiciləri üstünlük təşkil edib.

"Xəbər və analitika” cavabı ən çox yaşı 65-dən yuxarı olan, "film və seriallar”, "şou və əyləncə” cavabları daha çox orta yaş qrupu iştirakçılar tərəfindən seçilib.
"İctimai-siyasi” məzmunlu proqramlar daha çox ali təhsillilər, film və seriallar, şou və əyləncə tipli proqramlar orta təhsilli iştirakçılar tərəfindən izlənilir.


Sorğular 2023-cü ilin 14-17 may tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}