Necə qidalanarsan, elə də yaşayarsan - FOTO

15:51 8.06.2023 1 170
Necə qidalanarsan, elə də yaşayarsan - FOTO

Təbiətdə yağışın yağmasını, küləyin əsməsini pis hadisə baş vermişdir kimi dəyərləndirə bilmərik. Bütün təbiət hadisələrinin yetərli miqdarı balansı qoruduğu halda, həddindən çox miqdarı təbii fəlakətə səbəb olur. Hətta günəşin yetərli miqdarı insan sağlamlığı üçün faydalı olsa belə, artıq miqdarda qəbul edilmiş günəş şüaları dəriyə zərər yetirir. Aydın şəkildə görünür ki, təbiətə və bədənimizə fayda və ya zərər verən baş vermiş hadisənin növü deyil miqdarıdır. Eynilə artıq çəki problemlərinə də səbəb olan qidanın çeşidi deyil, qidalanma və hərəkətin miqdarıdır.


İnsan sabit varlıq olmadığı üçün onun qidalanması da standart olmamalıdır. Qidalanma vərdişlərimiz sabitdir, lakin hərəkət etmə, yəni enerji sərf etmə vərdişlərimiz sabit deyildir. Artıq çəkiyə səbəb olan problemlər də məhz buradan başlayır. Bədənin qidalanma üçün həqiqətən ehtiyac duyduğu enerji miqdarı hərəkətin günlük miqdarı ilə müəyyən edilməlidir. Hər bir şəxsdə isə hərəkət etmə ehtiyacı hər gün müxtəlif olur.

Əgər uşaq, gənc və yaşlı şəxslər eyni miqdarda qidalanarsa, problemlər meydana gəlməzmi? Və ya, 190 sm boy və 110 kq çəkiyə sahib olan əzələli bir kişi ilə 160 sm boy və 50 kq çəkiyə sahib olan bir qadının qidalanması eyni olmalıdırmı? Bəs o zaman qidalanma miqdarı necə təyin edilməlidir?


Ən önəmli qayda qidalanmağa bəsit düşüncələrlə yanaşmaqdır. Qidalanmanı çəki dəyişikliyi ilə əlaqələndirmək doğru deyil. Qidalanma haqqında məhdudiyyət və qadağalar olduğu halda, daima çəki problemləri meydana gələcək. Yemək haqqında nə qədər bəsit düşünməyə başlasaq və diqqətimizi qadağalardan yayındırsaq, qidalanma obsessiyalarımız da bitəcək.


Qeyd etmək lazımdır ki, artıq çəki almaq prosesi həftələrlə, aylarla davam edir. Bir günlük hərəkətsizlik və ya qidalanma pozuntusu artıq çəkinin yaranmasına səbəb olmaz. Eynilə artıq çəkidən qurtulmaq da bir gündə baş vermir. Bədənə geyimlərlə nəzarət edilməlidir. Geyimlər dar olmağa başlayırsa, elə həmin gün hərəkətin miqdarı artırılmalıdır. Bununla da problem bir neçə gün ərzində bitəcək. Lakin həmin anda hərəkətə keçilməzsə, zaman içərisində problem böyüyər və daha ağır fəsadlara səbəb ola bilər.


Aparılan araşdırmalar sübut etmişdir ki, insanlar emosional aclığı da qidalanaraq dəf edir. Lakin emosional aclığımızı qidalarla dəf etməyə başladığımız halda, bir müddət sonra qidalanma miqdarımız yetərsiz olacaq. Buna görə də insanlar daima əlavə qidalanma ilə emosional aclığın öhdəsindən gəlməyə çalışır. Emosional çətinliyin öhdəsindən gəlmək üçün buna səbəb olan faktoru aradan qaldırmaq lazımdır. İfrat miqdarda qidalanmanı yetərli miqdara endirmək üçün duyğularımızı idarə etməliyik.


Yuxarıda qeyd edildiyi kimi, qidalanmada zərər və faydaya qidalanmanın növü deyil, miqdarı səbəb olur. Doğru miqdarı bədənə öyrətmək üçün qida haqqındakı inancları dəyişdirməli, duyğuların ehtiyaclarını onları yaşayaraq ödəməliyik. Qidalanma ehtiyaclarını isə bədəndən gələn mesajlarla dəyərləndirmək lazımdır.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}