Yeni kitab - "Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək"

18:53 8.06.2023 2 195
Yeni kitab - "Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək"

Azərbaycanda mühacirət ədəbiyyatı ilə bağlı nəfis tərtibda kitab çapdan çıxıb. Bakı Dövlət Universitetinin professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının müəllifliyi ilə yenicə yayınlanmış “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” kitabı ən qədim dövrlərdən çağdaş dönəmədək mühacirətin keçib gəldiyi yolun, zəngin ədəbi-bədii və nəzəri-kulturoloji irsin araşdırılması baxımından önəm daşıyır.

Azərbaycan Dövlət Nəşriyyatında yayınlanan bu kitab müəllifin mühacirət ədəbiyyatı ilə bağlı ilk araşdırması deyildir. Belə ki, onun “Ağır yolun yolçusu” (1996), “Azərbaycan mühacirət ədəbiyyatı” (1998), “Ömrün nicat sahili” (2004) kitabları və çoxsaylı məqalələri bu mövzuda qələmə alınmışdır. Həmçinin araşdırmaçının İstanbulda yayınlanmış “Azərbaycan mühacirət ədəbiyyatı” (2007), “Ruhun ağırıları” (2010) kitabları da köçmən ədəbiyyatı ilə bağlıdır.

Vaqif Sultanlının yeni kitabını əvvəlki araşdırmalarından fərqləndirən əsas cəhət burada mühacirət ədəbiyyatının tarixinə bütöv və sistemli şəkildə yanaşılmasıdır. Müəllif, ilk tədqiqatlarından fərqli olaraq, burada VII əsrin sonları, VIII əsrin əvvəllərində Mədinəyə köçetmiş məvali şairlərdən başlayaraq, Sovetlər Birliyinin dağılmasından sonra mühacirətin yayılma arealına qədər, geniş zaman kəsimini əhatə etmiş, bu dönəmdə yaranmış ədəbi-kulturoloji irsin ümumi mənzərəsini canlandırmışdır.

Monoqrafiyada Azərbaycanın Quzeyinin çar Rusiyası tərəfindən işğalı ilə başlayan dönəmin miqrasiya axınları fonunda ədəbi-mədəni sferada yaşanan proseslərə yer verilmişdir. Həmçinin, rus-sovet müstəmləkəçiliyi dövründə mühacirət ədəbiyyatının keçdiyi mərhələlər işıqlandırılmış, ayrı-ayrı şəxsiyyətlərin ədəbi portreti yaradılmışdır. Burada Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cəfəroğlu, Mirzə Bala Məmmədzadə, Səlim Rəfiq Rəfioğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, İren Məlikhoff və başqaları haqqındakı portret yazıları diqqəti çəkməkdədir.

Monoqrafiyada Qurban Səidin “Əli və Nino”, “Altunsaç” romanları ilə bağlı ədəbiyyatşünaslıqda uzun illərdən bəri davam edən mübahisələrə də toxunulmuş, həmçinin həmin əsərlər təhlil olunmuşdur.

Araşdırıcı İkinci Dünya savaşı ilə bağlı qürbətə üz tutmuş Azərbaycan mühacirətinin ədəbi-bədii, nəzəri-kulturoloji və publisistik irsini də geniş şəkildə araşdırmış, legion ədəbiyyatından ayrıca bəhs etmişdir.

Müəllif kitabın ön sözündə tədqiqatla bağlı qənaətlərini belə ümumiləşdirərək, yazır:

“Bəzən bеlə bir fikir səslənir ki, mühacirət hеç bir zaman sözün həqiqi mənasında böyük ədəbiyyat yaratmamış, dünya ədəbi fikrinə qеyri-adi sənət örnəkləri bəхş еtməmişdir. Bu məntiqin kifayət qədər ciddi еlmi-faktоlоji arqumеntlərə söykənmədiyini qеyd еtməklə yanaşı, bеlə bir məqama diqqət yеtirməyə еhtiyac vardır ki, tariхin müəyyən, bəlli bir zaman kəsiyində ədəbiyyatı хalqın, vətənin talеyi ilə bağlı məsələlər düşündürdüyündən, ədəbi-bədii kritеriyaların bir növ “unudularaq” arхa plana kеçdiyi məqamlar da оlur. Buna görə də mühacirət ədəbiyyatı dəyərləndirilərkən, onu yaradanların yalnız ədəbi istedadı deyil, sosial-əxlaqi mövqeyi də nəzərdən qaçırılmamalıdır”.

Tədqiqatçının qənaətincə, qədim tarixə malik olan mühacirət ədəbi-bədii və nəzəri-kulturoloji irsi bütöv Azərbaycan mədəniyyətinin ayrılmaz parçasıdır:

“Bir zaman gələcək ki, ədəbi şəхsiyyətlərin biоqrafiyası, yaхud yaradıcılıq yolu dəyərləndirilərkən, əski çağlarda olduğu kimi, оnların vətəndə və ya mühacirətdə yaşamasının fərqləndirilməsinə lüzum görülməyəcək. Lakin Azərbaycan mühacirət irsinin uzun illər araşdırmalardan kənarda qalması, özəlliklə çarlıq və sovet siyasi rejimi dönəmlərində yaranan ədəbiyyatın öyrənilməsinə ciddi yasaqlar qoyulması onun ayrıca araşdırılmasını şərtləndirir”.

Kitabda indiyədək mühacirət ədəbiyyatı ilə bağlı bir çox mübahisələrə aydınlıq gətirilmiş, gələcəkdə bu sahədə aparılacaq araşdırmalar üçün elmi-metodoloji istiqamətin müəyyənləşdirlməsinə çalışılmışdır.

Vaqif Sultanlının oxuculara təqdim olunan monoqrafiyasının mühüm özəlliklərindən biri müxtəlif dövrlərdə Azərbaycanın Güneyindən ayrı-ayrı ölkələrə mühacirət etmiş ədəbi şəxsiyyətlərin yaradıcılıq irsinin də araşdırılmasıdır. Eyni zamanda, araşdırmada Sovetlər Birliyinin dağılması və Azərbaycanın yenidən bağımsızlıq qazanmasından sonrakı dönəmdə yaranmış, indiyədək yetərincə öyrənilməmiş mühacirət ədəbiyyatı da sistemli şəkildə təhlilə çəkilmişdir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}