Ağsunun Bico kəndində "təmizlik aksiyası"na start verilib - FOTOLAR

18:46 11.06.2023 1 567
Ağsunun Bico kəndində "təmizlik aksiyası"na start verilib  - FOTOLAR

Ağsu rayonunun Bico kəndində "abadlıq işləri" çərçivəsində kənd qəbiristanlığında bu gündən təmizlik işlərinə start verilib. Tədbir 3 gün davam edəcək.

Bu barədə məlumatı Becan.az-a Ağsu RİH başçısının Bico kənd ərazi vahidliyi üzrə nümayəndəsi Bəhlul Mahmudov verib.

Bəhlul Mahmudovun sözlərinə görə, kənd bələdiyyəsinin və icra nümayəndəliyinin təşəbbüsü ilə kənd məzarlığının kol-kosdan, alaq otlarından və tullantı əşyalardan təmizlənməsi həyata keçirilir:

"Bildiyiniz kimi, kənd məzarlığı da ümumi istifadədə olan məkanlardandır. Bu üzdən ərazinin həmişə səliqə-səhmanda qalması vacib məsələlərdəndir. Məzarlıq həm də kənar və açıq sahədə olduğundan, orada mövsümi yabanı bitkilər və alaq otları bitir. Eləcə də, xüsusən bayram günlərində əhali kütləvi şəkildə yaxınlarının qəbirlərini ziyarət edərkən, apardıqları plastik su qablarının və digər əşyaların ətrafa tullanması nəticəsində qəbiristanlığın ərazisi zibillənir. Nəticədə ərazinin, heç olmasa ildə bir dəfə, təmizlənməsinə ehtiyac yaranır. Biz də, kənd rəhbərliyi olaraq, bu vacib tədbiri həyata keçiririk".

"Təmizlik işlərinə, kənd rəhbərliyi ilə yanaşı, bir neçə sakin də könüllü olaraq qatılıb. Hələ təmizlik aksiyası 3 gün davam edəcək. Məzarlıq ərazisi böyük olduğundan, işlərin tez yekunlaşması baxımından, əlavə köməyə ehtiyac duyulur. Hələ birinci gündür işə başlamışıq, ola bilsin, kənd sakinlərinin çoxu tədbirdən xəbərsizdir. Yəqin ki, əhali saytınız vasitəsilə bu aksiyadan tam şəkildə xəbərdar olacaq. Arzu edirik ki, sabahdan əhalinin əksər qismi iməcilik şəklində bu aksiyaya qoşulsun. Çünki qəbiristanlıq hamınındır və hamının son ünvanı da buradır. Ən əsası, nəzərə alaq ki, bu qəbristanlıqda həm də müqəddəs şəhidlərimiz uyuyur",- deyə, icra nümayəndəsi fikirlərini tamamlayıb.





Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}