Baş Prokurorluq sərhəddəki təxribata görə məlumat yayıb

19:49 15.06.2023 1 338
Baş Prokurorluq sərhəddəki təxribata görə məlumat yayıb

İyunun 15-i saat 08.00 radələrində Ermənistan Respublikasının Silahlı Qüvvələri terror-təxribat-provakasiya əməllərini növbəti dəfə davam etdirməklə, müxtəlif çaplı odlu silahlardan Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunub və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açmış, nəticədə 1 nəfər hərbi qulluqçu - gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək, cinayətin izləri rəsmiləşdirilib, maddi sübutlar götürülüb:

"Müəyyən edilib ki, Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd edilən cinayət əməlləri nəzarət məntəqəsinə ziyan vurub və həmin təxribat nəticəsində postun iş rejimi pozulub.

Zərərçəkmiş Elşən Rüstəmov dərhal helikopterlə tibb müəssisəsinə təxliyə olunaraq, əməliyyat edilib və tibbi ekspertizadan keçirilib, vəziyyəti stabilləşdikdən sonra dindirilməsi təmin olunacaqdır.

Cinayət işi üzrə götürülmüş maddi sübutlarla bağlı məhkəmə trosoloji-kriminalistik və digər ekspertizalar təyin olunub.

Hazırda iş üzrə hadisənin şahidləri və digər zərərçəkmişlərin dindirilməsi, həmçinin zəruri olan təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması istiqamətində intensiv işlər davam etdirilir.

Baş Prokurorluq olaraq, bəyan edirik ki, hadisə yeri Azərbaycan Respublikasının Laçın rayonunun Güləbird kəndinin ərazisi olmaqla, Azərbaycan Respublikasının istisnasız suveren ərazisidir, təqsirli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirlərin görülməsi təmin olunacaqdır".


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}