Elşad İsgəndərov: “Ermənistan beynəlxalq hüququ pozaraq dəqiq mina xəritələrini Azərbaycana vermir”

22:27 19.06.2023 789
Elşad İsgəndərov: “Ermənistan beynəlxalq hüququ pozaraq dəqiq mina xəritələrini Azərbaycana vermir”

“Ermənistan beynəlxalq hüququ pozaraq hələ də dəqiq mina xəritələrini Azərbaycana vermir”.

“Report” xəbər verir ki, bunu Cenevrədə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Konvensiyanın 2023-cü il sessiyalararası görüşü çərçivəsində LINKS Avropa Fondunun təşkilatçılığı və Avropa Birliyinin dəstəyi ilə “Minalardan azad Cənubi Qafqaz” mövzusunda tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov məruzəçi qismində çıxışında deyib.

Elşad İsgəndərov 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin 10% -ə yaxın ərazisinin Ermənistan tərəfindən məqsəqyönlü şəkildə minalarla çirkləndirildiyini, sözügedən ərazilərdə 1 milyon yarımdan artıq minanın basdırıldığını diqqətə çatdırıb.

Ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etdirilməsinin bölgədə dayanıqlı sülhün əldə olunmasına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri olduğunu vurğulayan E.İsgəndərov mina qurbanlarından söz açıb. Təkcə 2020-ci ilin noyabr ayından indiyənədək işğaldan azad edilmiş ərazilərdə baş vermiş 179 insident nəticəsində 57 vətəndaşımızın həlak olduğunu, 247-sinin isə ağır yaralandığını bildirib.

Çıxışda, həmçinin Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini pozaraq Azərbaycana hələ də dəqiq mina xəritələrini verməkdən boyun qaçırdığı vurğulanıb. Mövcud çətinliklərə baxmayaraq Azərbaycanın minalarla çirklənmiş ərazilərinin artıq onda birini təmizlədiyi bildirilib. Bu xüsusda, beynəlxalq həmrəyliyin göstərilməsinin vacibliyi, həmçinin ölkəmizin beynəxalq təşkilatlarla əməkdaşlığa hazır olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə habelə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Konvensiya sədrliyinin nümayəndəsi Albreöt von Vittke, Avropa Birliyi Nümayəndəliyinin tərksilah şöbəsinin müdiri Marketa Homolkova, Gürcüstanın BMT-nin Cenevrə Mərkəzi nəzdində daimi nümayəndəsi Alexander Maysuradze, LİNK Avropa Fondunun icraçı direktoru Dennis Sammut çıxış edib. Natiqlər minaların Cənubi Qafqaz regionunda dayanıqlı sülh və inkişafa ciddi maneə olduğunu, bu böyük humanitar problemlə bağlı beynəlxalq həmrəyliyə ehtiyac duyulduğunu vurğulayıblar. Bu səpkidə dəyərləndirmə və yardım üzrə maraqlı tərəflərin iştirakı ilə beynəlxalq konfransın təşkil edilməsinin vacibliyi qeyd olunub.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}